Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3420/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2006-cı ildə faktiki olaraq evlənmişdir. Cavabdehlə birgə ailə münasibətləri dövründən xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 6206/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Hal-hazırda da bu məbləğ uşaqların saxlanması üçün nəzərdə tutulmuş minimum ehtiyac meyarından çox aşağıdır. Hazırda uşaqlar məktəblidir və bununla yanaşı əlavə hazırlıqlar və digər ehtiyacları üçün əlavə xərc tələb olunur. İddiaçının maddi vəziyyəti çətindir, lakin cavabdeh indiyədək uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehin maddi vəziyyəti normaldır. Lakin bununla belə əldə etdiyi qazancdan uşaqlarının saxlanılması üçün istifadə etmir. Real bazara uyğun olaraq uşaqlarının saxlanılmasında çətinlik çəkir. Odur ki, cavabdehin köməyinə ehtiyac duyur. Ona görə də uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aliment ödəməsinə ehtiyacı vardır. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz olaraq bildirmişdir ki, İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-6206/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. İndi də iddiaçı cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanması üçün nəzərdə tutulmuş minimum ehtiyac meyarından çox aşağı olduğundan, hazırda uşaqların məktəbli olduğundan və bununla yanaşı əlavə hazırlıqlar və digər ehtiyacları üçün əlavə xərc tələb olunduğundan və özünün maddi vəziyyətinin çətin olduğundan 462 manatın yetərli olmadığını əsas gətirərək Nəsimi Rayon Məhkəməsinə “alimentin artırılması” tələbi ilə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia rədd olunmalıdır. Belə ki, cavabdehin özünün də maddi vəziyyəti çox ağırdır. Çünki rəsmi iş yeri yoxdur, dəyişən iş sahibidir. Özünün də 462 manat aliment ödənişindən savayı hal-hazırda Nəsimi Rayon İcra Şöbəsində iki ayrı-ayrı tələblə bağlı icra ödənişləri mövcuddur. Həmin icra ödənişlərinə əsasən 500 manat bir icra tələbinə görə, 600-700 manat da digər icra tələbinə görə pul ödəyir. Ümumilikdə hər ay üzrə 1500-1600 manat arası pul ödəməli olur. Bundan başqa da özünə məxsus xərcləri mövcuddur. Bundan başqa, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 638-ci məhəllə, Sarabski küçəsi, 168 saylı binada yerləşən 25 saylı mənzili (ümumi sahəsi 149 kv.m, yaşayış sahəsi 96,7 kv.m, yardımçı sahəsi 52,3 kv.m olan 3 otaqlı) İddiaçı bağışlamışdır. Hal-hazırda xx.xx.2006-cı il təvəllüdlü X8 17 yaşında, xx.xx.2008-ci il təvəllüdlü X4 16 yaşında və xx.xx.2012-ci il təvəllüdlü X7 12 yaşındadır. Bunu nəzərə alaraq cavabdehin gələcəkdə 3 uşağa görə 4 il ərzində aliment ödəmək öhdəliyi olacaqdır. (4 il x 12 ay = 48 ay, 48 ay x 462 manat (indiki aliment məbləği = 22176 manat, 48 ay x 705 manat (tələb olunan aliment məbləği) = 33840 manat). Bu göstərir ki, cavabdeh uşaqları üçün qeyd olunan aliment məbləğinin əvəzində olmasa da, qeyd olunan məbləğlərdən də artıq qiymətə malik ev bağışlamışdır. Lakin iddiaçı iddia ərizəsində qeyd edir ki, “...lakin cavabdeh indiyədək uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdehin maddi vəziyyəti normaldır. Lakin bununla belə əldə etdiyi qazancdan uşaqlarının saxlanılması üçün istifadə etmir. Real bazara uyğun olaraq uşaqlarının saxlanılmasında çətinlik çəkir.” Görünən odur ki, iddiaçı elədilərini gözdə bilməyərək, cavabdehi məhkəməyə uşaqlarına baxmayan ata kimi təqdim edir. Halbuki bu belə deyildir. Yuxarıda qeyd olunanlar bunun əyani sübutudur. Odur ki, İddiaçı “alimentin artırlması” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 3 övladları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-6206/2018 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-6206/2018 saylı qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. 8.Mülki işin materiallarında olan "xxxx" MMMC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “ünvan 2ləri xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X3r.
9. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/16-00672/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə xx.xx.2024-cü il tarixində 11:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
10. Mülki iş materiallarında olan AZ İ № 925019 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. Mülki iş materiallarında olan AZ İİ № 119366 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X4 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
12. Mülki iş materiallarında olan AZ İİ № 825380 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
13. Mülki iş materiallarında olan AZ İ № 306535 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 xx.xx.2007-ci il tarixdə Hacıqabul rayon VVADQ şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 141 nömrə ilə qeyd edilmişdir.
14. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasən Cavabdeh ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 638-ci məhəllə, Sarabski küçəsi, 168 saylı binada yerləşən 25 saylı mənzili (ümumi sahəsi 149 kv.m, yaşayış sahəsi 96,7 kv.m, yardımçı sahəsi 52,3 kv.m olan 3 otaqlı mənzili tam mülkiyy\t üzrə X1 bağışlamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
16. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
17. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
18. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
20. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
21. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
22. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
26. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
27. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşağın mənafeyini və onun saxlanılması üçün cavabdehdən hər uşağa görə hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq,hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat məbləğində müəyyən edilməlidir.
28. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
29. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-6206/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-6206/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.