Məhkəmə qərarları › İş №2(006)-3439/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3439/2025

06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3439/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 ((üçüncü şəxs qismində "xxxx" Sığorta Şirkəti ASC və X1 cəlb edilməklə) qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2343 (iki min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X9 minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi № 5XYZT3LB1EG205339 olan, 2014-cü il buraxılışlı, boz metalik rəngdə avtomobil onun mülkiyyətindədir. Avtomobilimi etibarnamə əsasında idarə edən Əfsanə Nəsibova avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində hərəkətdən olan zaman Cavabdeh2 idarə etdiyi, Cavabdeh1nə məxsus “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə ona məxsus avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş, baş vermiş avto qəza nəticəsində mülkiyyətində olan avtomobilə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin sxeminin surətini də hazırki ərizəsinə əlavə etmişdir. Qeyd edir ki, xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokoldan və TP ******* nömrəli, 12.10 2024cü il tarixli qərardan da göründüyü kimi Cavabdeh2 barəsində yol nəqliyyat hadisəsindən dərhal sonra əraziyə yaxınlaşan Bakı Şəhər DYPİ YNH-nıın əməkdaşı polis kapitanı X3 tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2024-cü il mtarixli, İXP ******* nömrəli inzibati xəta protokolun və TP ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarın surətini də hazırki ərizəsinə əlavə edir. Həmçinin bu qərarlar qanuni qüvvəyə minmişdir. Cavabdeh2 vermiş olduğu izahatında idarə etdiyi “DAEWOO BS090 AVTOBUS" markalı, 10TG308 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sabunçu rayonu, R.Rüstəm küçəsində hərəkətdə olan zaman ara məsafəsini gözləmədiyi üçün ona məxsus X10 minik markalı, 77RT794 dövlət nömrə nişanlı avtomobilimi arxadan vurub maddi zərər yetirdiyini, günahkar olduğunu bildirmişdir. Cavabdeh2 izahatının surətini də hazırki ərizəsinə əlavə edir. Qeyd edir ki, Cavabdeh2 idarə etmiş olduğu “DAEWOO BS090 AVTOBUS” markalı, 10TG308 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər Cavabdeh1 MMC-yə məxsus olmuşdur. “DAEWOO BS090 AVTOBUS” markalı, 10TG308 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 MMC-yə məxsus olmasını təsdiq edən elektron sistemdən çıxarışın və “EH” TRANS” MMC tərəfindən Cavabdeh2 verilmiş 08 nömrəli yol vərəqəsinin surətini də hazırki ərizəsinə əlavə edir. Keçirilmiş müstəqil ekspertiza nəticəsində verilmiş ekspert rəyində avtomobilinə dəymiş zərərin yekun olaraq 2300 AZN olduğu göstərilmişdir. Ekspert rəyini də hazırki ərizəsinə əlavə edir. Yuxarıda qeyd etdiyi xüsusatlardan açıq-aydın görünür ki, ona məxsus X10 minik markalı, 77RT794 dövlət nömrə nişanlı, ban nömrəsi № 5XYZT3LB1EG205339 olan, 2014-cü il buraxılışlı, boz metalik rəngli avtomobil ilə Cavabdeh1 MMC-nin mülkiyyətində olan və onun işçisi digər Cavabdeh2 idarə etdiyi “DAEWOO BS090 AVTOBUS” markalı, 10TG308 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş və nəticədə onun avtomobilinə cavabdehlərin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Dəymiş zərər isə bugünkü günədək ödənilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmədə iclsında iştirak edən üçüncü şəxs X1 izahat verərək bildirmişdir ki, Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxs Əfsanə Nəsibova izahat verərək bildirdi ki, cavabdeh nəqliyyat vasitəsini sığortası olmadan idarə etmiş, onun idarə etdiyi nəqliyyat vasitəsinə zərər vurmuşdur. Özü də bildirib ki, hara istəyir ora da şikayət etsin. Bunları nəzərə alaraq iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - “Yol-patrul xidməti haqqında Təlimat”a 17 nömrəli əlavə dair xx.xx.2024-cü il tarixli yolnəqliyyat sxeminindən görünür ki, avtomobili etibarnamə əsasında idarə edən Əfsanə Nəsibova avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində hərəkətdə olan zaman Cavabdeh2 idarə etdiyi, Cavabdeh1nə məxsus “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. - Cavabdeh1 08 nömrəli yol vərəqəsindən görünür ki, Cavabdeh2 “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 01-31 oktyabr 2024-cü il tarixinədək Bakı və Abşeron ərazisində idarə edilməsi etibar edilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin 21 iyul 2025-ci il tarixli MB 18/0892 №-li qiymətləndirmə aktına əsasən aparılan təhlil və hesablamalar nəticəsində alınmış nəticə aşağıdakı kimi olmuşdur: 1-ci sual üzrə 09 oktyabr 2024-cü il tarixdə “Daewoo BS090” avtobus markalı, **-TG- *** dövlət qeydiyyat nəqliyyat vasitəsi ilə “X10” minik markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində ilə “X10” minik markalı **-RT-*** dövlət nişanlı avtomobilə iş materiallarına əlavə edilmiş müstəqil sığorta eksperti X2 tərəfindən tərtib olunmuş 10 oktyabr 2024-cü il tarixli qüsur aktında göstərilən məbləğdə ziyan dəyməmişdir. 2-ci sual üzrə “X10” minik markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilin zədələnən detalların orta bazar qiyməti 1380 (bir min üç yüz səksən) manat, həmçinin avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün işçi haqqı 800 (səkkiz yüz) manat təşkil edir. 3-cü sual üzrə 09 oktyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X10” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə dəymiş zərərin məbləği (ehtiyat hissələrinin dəyəri və işçilik nəzərə alınmaqla) 2180 (iki min bir yüz manat təşkil edir. - Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə, saat 10:00-da “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - Bakı şəhər DYPİ polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə, saat 10:00-da “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. - xx.xx.2024-cü il tarixli Müstəqil Ekspert rəyindən görünür ki, avto nəqliyyat qəzasına uğramış X9 minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi № 5XYZT3LB1EG205339 olan, 2014-cü il buraxılışlı, boz metalik rəngdə avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, avtomobilə zərbə arxa hissədən dəymiş, avtomobilin tam sökülüb yığılmasına, təmir və rəngləməsinə sərf olunan işləri dəyəri yekun olaraq 2300,00 AZN müəyyən edilmişdir. - ödəniş qəbzindən (№**********43) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən "xxxx" SİĞORTA ŞİRKƏTİ Açıq Səhmdar Cəmiyyətinin mülahizəsindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdə zərərçəkmiş şəxsin mülkiyyətində olan “X10” markalı, 77RT794 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi şirkətlərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Hadisə zamanı zərərvuran şəxs Cavabdeh2 idarə etdiyi **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətin icbari sığorta müqaviləsi olmadığına görə hadisə tərəflərindən ZBT (zərərlərin birbaşa tənzimlənməs) qaydaları ilə tənzimlənməmişdir. Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydaların 3-cü maddəsinə əsasən, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Həmçinin, İcbari sığortalar haqqında Qanunun 52-1.1-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. Göründüyü kimi, halhazırki iş üzrə zərərvuranın nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmamışdır. Bu səbəbdən şirkətləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ZBT (zərərlərin birbaşa tənzimlənməsi) mexanizmi üzrə ödəniş etmək imkanına malik deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qeyd edir ki, yol-nəqliyyat hadisəsi üzrə zərərin ödənilməsi öhdəliyi birbaşa zərərvuran şəxsə məxsusdur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırkı iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2343 (iki min üç yüz qırx üç) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırki iş üzrə zərərvuranın nəqliyyat vasitəsinin icbari sığortası mövcud olmadığından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən "xxxx" SİĞORTA ŞİRKƏTİ AÇİQ SƏHMDAR CƏMİYYƏTİ-ni qanunvericilikdə nəzərdə tutulmuş qaydada ZBT (zərərlərin birbaşa tənzimlənməsi) mexanizmi üzrə ödəniş etmək imkanına malik deyildir. Bu səbəbdən yol-nəqliyyat hadisəsi üzrə zərərin ödənilməsi öhdəliyi birbaşa zərərvuran şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təqdim olunmuş sübutlarla əsaslandırılmış və məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materialarından görünür ki, İddiaçı avtomobilimi etibarnamə əsasında idarə edən Əfsanə Nəsibova avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində hərəkətdən olan zaman Cavabdeh2 idarə etdiyi, Cavabdeh1nə məxsus “DAEWOO BS090 AVTOBUS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə iddiaçıya məxsus avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə etdiyi dövrdə inzibati xəta törətmiş və barəsində müvafiq inzibati protokol tərtib olunmuş, həmin protokola əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq barəsində cərimə tətbiq edilmişdir. Məhkəmə mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadları ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası "xxxx" MMC qiymətləndirmə şirkətinin 21 iyul 2025-ci il tarixli MB 18/0892 №-li qiymətləndirmə aktı ilə 09 oktyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X10” markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə dəymiş zərərin məbləği 2180 (iki min bir yüz manat) məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 2300 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 2180 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Müstəqil Ekspert rəyi məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üst-üstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2180 (iki min yüz səksən) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40.7 manat (qırx manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 2220.7 (iki min iki yüz iyirmi manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 43 manatın 40.7 manat (qırx manat yetmiş qəpik ) məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, hazırki iş üzrə iddia qismən təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (beş yüz) manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal fillialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2180 (iki min yüz səksən) manat məbləğində pul vəsaiti və 40.7 manat (qırx manat yetmiş qəpik) məbləğində dövlət rüsumunun, ümumilikdə 2220.7 (iki min iki yüz iyirmi manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. 300 (beş yüz) manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: **********, H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal fillialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar