Məhkəmə qərarları › İş №2(006)-3449/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(006)-3449/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(006)-3449/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, Kreditor Borclu qarşı «borc tələbi» barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Kreditorndən 14.10.2020-ci il tarixli, ******* saylı “alqı-satqı müqaviləsi”nə əsasən dəyəri 2658,54 manat olan “Samsung 65” markalı televizor əldə edib. Borclu müqavilə üzrə ümumi məbləğdən heç bir ödəniş etməmişdir. Odur ki, borcludan 5317,08 manat məbləğində əsas borcun, 531,70 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5868,78 manat məbləğində pul vəsaitinin alınaraq Kreditornə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280, 281 və 282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş Borclu Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 72/49 ünvanında yerləşən Kreditor xeyrinə 5317,08 AZN (beş min üç yüz on yeddi manat, səkkiz qəpik) məbləğində əsas borcun, 531,70 AZN (beş yüz otuz bir manat, yetmiş qəpik) cərimə və 20 AZN (iyirmi manat) məbləğində ödənilmiş dövlət rüsumu - cəmi 5868,78 AZN (beş min səkkiz yüz altmış səkkiz manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar