Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3460/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat borcun, müqavilə müddəti bitəndən sonra illik 5 (beş) faiz hesablanmaqla faiz borcu üzrə 2266,66 (iki min iki yüz altmış altı manat altmış altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 19297,06 (on doqquz min iki yüz doxsan yeddi manat altı qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış, Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30.07.2018-ci il tarixinədək qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat borca pul vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 30.07.2018-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu qaytarmadığına görə İddiaçı borcun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin kredit müqaviləsi üzrə (30.07.2018-ci il tarixindən bu günə kimi 850 gün ərzində ödənişi gecikdirmiş məbləğə münasibətdə (170000x0,05% = 850/12 ay = 70,83 x 32 ay) 2266,66 manat pul vəsaiti Cavabdeh gecikmə faizi qismində tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30.07.2018-ci il tarixinədək qaytarmaq şərti ilə 17000 (on yeddi min) manat, 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 32000 (otuz iki min) manat borca pul verdiyini, Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat borcu qaytarmadığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, İddiaçı mübahisələndirilən 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 17000 (on yeddi min) manat borc aldığını, həmin borcun təminatı kimi ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,0924 ha torpaq sahəsində yerləşən bağ evini ipoteka qoyduğunu, lakin ipoteka müqaviləsi üzrə öhdəlik tam olaraq yerinə yetirildiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 14 sayılı notariat kontoru tərəfindən təsdiq olunmuş 3M-393 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 30.07.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 17000 (on yeddi min) manat vermiş, Cavabdeh qeyd edilən borcu 30.07.2018-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Sumqayıt şəhəri 4 sayılı notariat kontoru tərəfindən təsdiq olunmuş 3M-219 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 31.03.2016-cı il tarixli İddiaçı (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanılmış ipoteka müqaviləsinin görünür ki, borc müqaviləsinə əsasən Cavabdeh 32.000 manat borc pul götürür və aldığı borcu 31.12.2016-cı il tarixədək tam qaytarması üçün ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,0924 ha torpaq sahəsində yerləşən bağ evini borcun təminatı kimi yüklü edir. Mülki işin materiallarında olan Sumqayıt şəhəri 4 sayılı notariat kontoru tərəfindən təsdiq olunmuş 3M-714 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş 27.10.2016-cı il tarixli bağ evinin ipoteka müqaviləsinin ləğv edilməsi haqqında sazişdən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,0924 ha torpaq sahəsində yerləşən bağ evinə dair rəsmiləşdirilmiş ipoteka müqaviləsi üzrə olan öhdəlik tam olaraq yerinə yetirildiyi üçün həmin əmlak İddiaçı tərəfindən Cavabdeh qaytarılmışdır. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 30.07.2018-ci il tarixinədək qaytarmaq şərti ilə 17.000 (on yeddi min) manat borca pul vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 30.07.2018-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Eləcə də iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə (30.07.2018-ci il tarixindən bu 974 gün ərzində) ödənişi gecikdirmiş məbləğə münasibətdə (170000x5%:365x850) 2266,66 manat pul vəsaitinin gecikmə faizi qismində tutulmasını tələb edir. Cavabdeh borc məbləğini iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki,Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 17.000 (on yeddi min) manat borc pula görə özünə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,0924 ha torpaq sahəsində yerləşən bağ evini ipoteka qoyduğunu və həmin müqavilə üzrə borcunu tam ödədiyindən İddiaçı tərəfindən ipoteka ilə yükü edilmiş bağ evi yüklülükdən azad edilməsi ilə bağlı cavabdehin dəlilini məhkəmə qəbul etmir. Belə ki, məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,0924 ha torpaq sahəsində yerləşən bağ evi mübahisə predmeti olan 30.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə deyil, digər yani 31.03.2016-cı il tarixli kredit müqaviləsinin təminat üsulu olmuş və bu səbəbdən də həmin əmlakın ipotekadan azad edilməsi 30.07.2015-ci il tarixli kredit müqaviləsinin icra edilməsi və müqavilə üzrə 17.000 (on yeddi min) manat borcun qaytarılması qismində sübut kimi qəbul edilə bilməz. Cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin) 89.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə müqavilədə göstərilən müddətdən, yəni 30.07.2018-ci il tarixindən bir ildən çox vaxt keçməsinə baxmayaraq ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, cavabdeh qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəliyinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdeh iddiaçıya ödəməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, notarial qaydada bağlanılmış 30.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 17.000 (on yeddi min) manat və gecikdirilmiş borc üzrə hesablanan gecikdirmə faizi (illik 5%) 2266,66 manat alınaraq İddiaçı verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulmasını tələb edir. Lakin iş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilsə də, 0,40 manat bank xidmət haqqının ödənilməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, alınaraq İddiaçı ödənilmə, 0,40 manat manat bank xidmət haqqının ilə bağlı hissədə isə tələb təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000 (on yeddi min) manat əsas, icranın gecikdirilməsi ilə bağlı 2266,66 (iki min iki yüz altmış altı manat altmış altı qəpik) manat faiz borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 19296.66 (on doqquz min iki yüz doxsan altı manat altmış altı qəpik) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3460/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3460/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver