Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3495/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki iş üzrə əlavə qətnamə çıxarılması məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə, 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxx 2018-ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 249,63 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1668,28 manat, faiz borcuna görə 61,19 manat, dəbbə borcuna görə 232,03 manat, borcun cəmi məbləği 1961,5 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1668,28 manat, faiz borcuna görə 61,19 manat, dəbbə borcuna görə 232,03 manat, cəmi 1961,5 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, SBNPU-1773 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1668,28 manat, faiz borcuna görə 163,65 manat, cərimə borcuna görə 1000 manat, cəmi 2831,93 manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3495/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh əsas borc üzrə 1668,28 (bir min altı yüz altmış səkkiz manat, iyirmi səkkiz qəpik) manat, faiz borcu üzrə 61,19 (altmış bir manat, on doqquz qəpik) manat, dəbbə borcu üzrə 160 (bir yüz altmış) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1919,47 (bir min doqquz yüz on doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalıdır. Belə ki, hazırki iş üzrə çıxarılmış qətnamədə iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “iddia tələbinin həcminin artırılması barədə” ərizəsi müzakirə edilməmişdir. Tərəflər qanunla müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən, əlavə qətnamənin çıxarılması məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü əlavə qətnamə çıxara bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə əlavə qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh əsas borc üzrə 1668,28 (bir min altı yüz altmış səkkiz manat, iyirmi səkkiz qəpik) manat, faiz borcu üzrə 163,65 (bir yüz altmış üç manat, altmış beş qəpik) manat, dəbbə borcu üzrə 160 (bir yüz altmış) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2021,93 (iki min iyirmi bir manat, doxsan üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh əsas borc üzrə 1668,28 (bir min altı yüz altmış səkkiz manat, iyirmi səkkiz qəpik) manat, faiz borcu üzrə 163,65 (bir yüz altmış üç manat, altmış beş qəpik) manat, dəbbə borcu üzrə 160 (bir yüz altmış) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2021,93 (iki min iyirmi bir manat, doxsan üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Əlavə qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3495/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-3495/2020
07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver