Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3500/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Hüseynov Adil Fətulla oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Beynəlxalq Bankında ******************** nömrəli hesabı mövcuddur. 17.02.2021-ci il tarixdə onun həmin hesabına 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə 4.180 manat pul vəsaiti bank tərəfindən hesabından silinmişdir. 18.02.2021-ci il tarixdə X2 rayon filialından aldığı bank çıxarışında əməliyyat «Kredit Ödənişi RKD Soft» kimi göstərilmişdir. Bununla bağlı olaraq "xxxx" ASC-nin idarə heyətinin sədri Abbas İbrahimova 25.02.2021-ci il tarixdə pretenziya ünvanlamasına baxmayaraq iddiaçıya heç bir rəsmi cavab verilməmişdir. X3 ASC-yə müraciət ünvanlanmasına baxmayaraq, bank tərəfindən ona heç bir rəsmi geri dönüş olmamış və hesabından pul vəsaitinin silinməsi hüquqi cəhətdən əsaslandırılmamışdır. Yəni cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək əsassız varlanmışdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus hesabdan silinmiş 4.180 manat pul vəsaitini hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının bankla bağladığı kredit müqaviləsinə əsasən borcu mövcuddur və müqavilənin 11.1-ci bəndinə əsasən borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. Bu bənddən də göründüyü kimi, bank iddiaçının bütün hesablarından silinmələri apara bilər. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 22 avqust 2006-cı il tarixli 583 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 12 ay müddətinə illik 15% ödəmək şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin «Nəqliyyat» filialı ilə borcalan İddiaçı arasında bağlanmış 26 dekabr 2007-ci il tarixli 10435 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcalana 24 ay müddətinə illik 15% ödəmək şərti ilə 200.000 ABŞ dolları məbləğində kredit vermişdir. İş üzrə olan "xxxx" ASC-nin Nərimanov filialı tərəfindən verilmiş İddiaçı hesabdan çıxarışın surətindən görünür ki, bank 17.02.2021-ci il tarixdə iddiaçının hesabından kredit ödənişi kimi 4.180 manat pul vəsaiti silinmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 14.04.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" ASC-yə 22.08.2006-cı il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 5.079,64 ABŞ dolları; 26.12.2007-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1,00 ABŞ dolları, faiz məbləği 55.739,90 ABŞ dolları borcu vardır. İş üzrə 06.02.2018-ci il tarixli X1 görünür ki, İddiaçı 642654 ədəd (bir qiymətli kağızın nominal dəyəri 0.27 manat olmaqla) səhmlər vardır. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən (pretenziyadan) görünür ki, onun Azərbaycan Beynəlxalq Bankında ******************** nömrəli hesabı mövcuddur. 17.02.2021-ci il tarixdə onun həmin hesabına 4.180 manat pul vəsaiti köçürülmüş və elə həmin tarixdə 4.180 manat pul vəsaiti bank tərəfindən hesabından silinmişdir. Bankdan aldığı hesabdan çıxarışından müəyyən olunur ki, 4.180 manat məbləğində pul vəsaiti «Kredit ödənişi PKD Soft» əməliyyat təsviri altında aparılmışdır. Yəni guya onun hansısa mövcud olmayan kredit ödənişinə silinmişdir. Dəfələrlə onun Bank qarşısında öhdəliyinin olmaması barədə məktub yazışmaları olmuş və kredit borcunun mövcudluğu bank tərəfindən rəsmi sənədlərlə təsdiq edilməmişdir. Odur ki, onun ******************** nömrəli hesabından qanunsuz olaraq sildiyi 4.180 manat məbləğin dərhal hesaba geri qaytarılmasını təmin edilməsini tələb etmişdir. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı cavabdeh "xxxx" ASC ilə 22 avqust 2006-cı il və 26 dekabr 2007-ci il tarixlərdə kredit müqavilələri bağlayaraq, həmin müqavilələrin şərtləri ilə razılaşaraq, kredit müqavilələri üzrə borcların vaxtlıvaxtında ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, 22.08.2006-cı il tarixli və 26.12.2007-ci il tarixli kredit müqavilələrinin 4.1ci və 11.1-ci bəndlərindən görünür ki, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ABB-nın İddiaçı aid olan səhmlərdən əldə olunan dividentlər çıxış edir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi təqsirdə borcverən NAQ 276987-AZN-3801-01 saylı cari hesaba daxil olan vəsaiti akseptsiz qaydada silir. Kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan NAQ 276987-AZN-3801-01 ssuda hesabı ilə təmin edilir. Borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdeh "xxxx" ASC ilə həmin müqavilələri bağlamışdır. Borclu İddiaçı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqavilələrinin şərtlərini əsas götürərək iddiaçının hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hüseynov Adil Fətulla oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı «pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3500/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3500/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver