Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-351/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-cü il tarixli 4L000001499 sayh kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015ci il tarixli sazişlər kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 197 (yüz doxsan yeddi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001R********** sayh kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 001R**********S saylı, xx.xx.2016-cı il tarixli, 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 001R**********SB saylı, xx.xx.2017- ci il tarixli, 001R**********SC saylı, xx.xx.2017-ci il tarixli, 001R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7762.2 ABŞ Dolları ödəmiş, onun əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 796 gün üçün hesablanmış faiz borcu 9408.02 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 796 gün üçün hesablanmış cərimə 8612.76 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X6 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi özrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 10237.8 ABŞ Dolları məbləğində kredit borcu, 9408.02 ABŞ Dolları məbləğində faiz borcu və 8612.76 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28258.76 (iyirmi səkkiz min iki yüz əlli səkkiz, yetmiş altı sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, borcu olduğunu etiraf etdiyini, hazırda ödənişləri həyata keçirə bilmədiyini və maddi vəziyyəti düzələn kimi ödənişlərə davam edəcəyini bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 01L000001499S saylı uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişindən görünür ki, kredit xəttinin müddəti artırılaraq 100000.00 (bir yüz min) ABŞ dolları, kredit xəttinin müddəti 197 ay olaraq müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000.00 (on səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 001R**********S saylı Sazişdən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008-ci il tarixli, 01L000001499 saylı üzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixdən aylıq 2.0833%; xx xxxx 2017-ci il tarixdən aylıq 2%; xx xxxx 2018-ci il tarixdən aylıq 1.9167%; xx xxx 2018-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır və Kredit Razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxxx 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan, Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri X13 uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 001R**********SA saylı sazişindən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008ci il tarixli, 01L000001499 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxxx 2016-cı il tarixdən aylıq 2.0833% dərəcəsi ilə faizlər hesablanır. Kredit Alan bu Sazişə əlavə olunan xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditrin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 001R**********SB saylı sazişindən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008-ci il tarixli, 01L000001499 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxxxx 2016-cı il tarixli ödəniş ödəniş planına uyğun olaraq Banka ödənilməlidir. Kredit Alan bu Sazişə əlavə olunan xx xxxxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Kredit Razılaşması əsasında verilmiş kreditrin qalıq məbləğini və ona hesablanmış faizləri Banka ödəyir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 001R**********SC saylı sazişindən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008ci il tarixli, 01L000001499 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** kredit Razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişlə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 001R**********SD saylı sazişindən görünür ki, Bank ilə Kredit Alan arasında xx xxxxxx 2008ci il tarixli, 01L000001499 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 001R********** kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İşin materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 01S000001528 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015ci il tarixli, 01S000001528S saylı sazişindən görünür ki, zaminlik müqaviləsi Bank və Cavabdeh1 arasında xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində aşa aşağıdakı şərtlərlə bağlanmış 01L000001499 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin edir: Uzunmüddətli Kredit Müqaviləsinin məbləği: 100000.00 (bir yüz min) ABŞ dolları; Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 197 ay. Bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə mini rvə Borclunun Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədədir. İşdə olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixə 8737,8 ABŞ dolları əsas kredit borcu, 6206,61 ABŞ dolları faiz borcu, 1601,13 ABŞ dolları cərimə borcu, cəmi 16545,54 ABŞ dolları məbləğində borcu vardır. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 10237,8 ABŞ dolları əsas kredit borcu, 9408,2 ABŞ dolları faiz borcu, 8612,76 ABŞ dolları cərimə borcu, cəmi 28258,76 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4065 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli 001R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: -Bitdiyi xx xxxxxx 2018-ci il tarixə: əsas borc üzrə 10237,81 ABŞ dolları, faiz borcu üzrə 3195,31 ABŞ dolları. - Rəyin tərtib edildiyi xx xxxxxx 2020-ci il tarixə: əsas borc üzrə 8737,81 ABŞ dolları, faiz borcu üzrə 4259,37 ABŞ dolları. Ekspert tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli sazişlər kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 197 (yüz doxsan yeddi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 001R********** sayh kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 (on səkkiz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 001R**********S saylı, xx.xx.2016-cı il tarixli, 001R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 001R**********SB saylı, xx.xx.2017- ci il tarixli, 001R**********SC saylı, xx.xx.2017-ci il tarixli, 001R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit razılaşmaları üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit razılaşmaları üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların banka xx.xx.2014-cü il tarixli, **********78 saylı kredit razılaşması və edilmiş əlavə sazişlər üzrə 10237.8 ABŞ Dolları məbləğində kredit borcu, 9408.02 ABŞ Dolları məbləğində faiz borcu və 8612.76 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 28258.76 (iyirmi səkkiz min iki yüz əlli səkkiz, yetmiş altı sent) ABŞ Dolları məbləğində borcları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri tam icra etməmişlər, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər, bununla da müqavilənin şərtlərini pozmuşlar. Ona görə də borclular onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlər olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək xx.xx.2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə cərimə borcu 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 8737,81 (səkkiz min yeddi yüz otuz yeddi ABŞ dolları, səksən bir sent) ABŞ dolları əsas borc, 4259,37 (dörd min iki yüz əlli doqquz ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 13197,18 (on iki min yüz doxsan yeddi ABŞ dolları, on səkkiz sent) ABŞ dolları məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2008-ci il tarixli, 01L000001499 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2014-cü il tarixli, 001R********** saylı kredit razılaşması üzrə 8737,81 (səkkiz min yeddi yüz otuz yeddi ABŞ dolları, səksən bir sent) ABŞ dolları əsas borc, 4259,37 (dörd min iki yüz əlli doqquz ABŞ dolları, otuz yeddi sent) ABŞ dolları faiz borcu, 200 (iki yüz) ABŞ dolları cərimə borcu, cəmi 13197,18 (on iki min yüz doxsan yeddi ABŞ dolları, on səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə ödənilsin İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ AZ 1102 Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel: (012) 530-26-99, Faks: 431-02-05 www.nasimicourt.gov.az mailto:contact@nasimicourt.gov.azElektron İş № 2(006)-339/2020 xx xxxxxxx 2020-ci il İddiaçı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Cavabdehlər: X3 X5 X7 Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 144 Nəsimi Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-339/2020 saylı qətnaməni məlumat üçün Sizə göndərir. Qoşma: qətnamə - “27” (iyirmi yeddi) vərəqədə Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-351/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-351/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver