Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3514/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X5 qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(071)- 1651/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artıralaraq hər bir uşaq üçün 193 manat, ümumilikdə 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)-1651/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlə aralarında olan xx.xx.2007-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci İl təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 onun yanında qalmaları və xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay bir uşağa 100 manat olmaqla X2 cəmi 200 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(071)- 1651/2016 saylı qətnaməsi ilə qət edilmiş alimentin məbləği uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etmir. Belə ki, cavabdeh uşaqların saxlanılmasında və digər ehtiyaclarının qarşılanmasında qətnamə ilə müəyyən edilmiş alimentdən savayı heç bir köməklik göstərmir. Bu səbəbdən də Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarının artıtılması məqsədə müvafiqdir. Bundan başqa yuxarıda qeyd edilən qətnamənin qəbul edilməsindən beş ildən artıq müddət keçmişdir. Ötən zaman ərzində Azərbaycan Respublikasında uşaqların yaşayış minimumu bir neçə dəfə artmışdır. Həmçinin qətnamə qət edilən vaxtda uşaqların maddi ehtiyacları ilə hazırkı maddi ehtiyacları arasında kifayət qədər böyük fərq vardır. 2022-ci ildə ölkəmizdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəyə biləcəyini və iddia tələbinin qismən təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1651/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X9 ilə İddiaçı arasında 25 aprel 2007-ci il tarixində 105 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 İddiaçı ilə qalması, xx.xx.2008-ci təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq X3 hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmşdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi İddiaçı ilə cavabdeh X4 birgə nikahlarından xx.xx.2008-ci təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 anadan olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1651/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı 25 aprel 2007-ci il tarixində 105 saylı akt qeydi ilə bağlanılmış nikah pozulduqdan sonra xx.xx.2008-ci təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X3 hər ay hər ay uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, iddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Hazırkı halda qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonrakı dövrdə iddiaçı və cavabdehin maddi vəziyyətlərində hər hansı dəyişiklik baş verməmişdir. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Belə olan halda, iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilməsə məhkəmə, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən məbləğdə artırılmasına cavabdeh tərəfin etirazı olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1651/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X9 tərəfindən İddiaçı xeyrinə ödənilən alimentin miqdarı dəyişdirilməli, cavabdeh X3 xx.xx.2008-ci təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1651/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə X9 tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. X3 xx.xx.2008-ci təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3514/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3514/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver