Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3531/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Büro Veritas Azeri" MMC-yə qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB üçüncü şəxs qsimində cəlb edilməklə) «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “Büro Veritas Azeri" MMC-yə qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB üçüncü şəxs qsimində cəlb edilməklə) «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə ’’Büro Vcritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 aprel 2022-ci il tarixli, 14K saylı əmrinin ləğv edilməsi, “X14 Müfəttiş” vəzifəsinə işə bərpa, cavabdehdən onun xeyrinə 25 aprel 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün 1.741,61 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, 25 aprel 2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün 176 manat məbləğində məcburi işburaxmaya görə aylıq yemək pulunun, mart və aprel 2022-ci il ayları ücün hər ay üçün 176 manat məbləğində aylıq yemək pulunun, 148 manat məbləğində 2 gün üçün ödənilməmiş əsas məzuniyyət pulunun, 2021-ci iş ili üçün təqribən 1.500 manat məbləğində illik bonusun (mükafatın), ilkin mediasiyaya ödədiyi 65 manat dövlət rüsumunun, maddi ziyanın əvəzi kimi 50.000 manat pulun, mənəvi ziyanın əvəzi kimi 50.000 manat pulun, cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 aprel 2022-ci il tarixli, 14K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, "işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edilib. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh 25 aprel 2022-ci il tarixli, 14K saylı əmrini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edir. 2003-cü ilin iyun ayından əmək fəaliyyəti ilə məşğul olmaqla 17 ilə yaxın iş stajına malikdir. Əmək müqaviləsi bağlamaqla 16 aprel 2019-cu ildə Cavabdehndə (bu “Bureau Veritas” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyidir) “Qazma avadanlıqları üzrə müfəttiş” vəzifəsinə işə qəbul edilmişdir BP proyektində/BP WES komandası. Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında 25 aprel 2019-cu il tarixinden “X14 Müfəttiş” vəzifəsinə keçirilmiş həmin BP proyektində/BP WES komandasında 16 aprel 2019-cu ildən olmaqla Cavabdehndə 3 il müddətdə BP proyektoru/BP WES komandasında işləmiş, işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmiş və şirkətin sistemində lazım olan bütün lazımlı kursları keçmiş 74 kurs/50 saat. Cavabdehndə “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə işçilərin əmək müqaviləsinin ləğv edilməsi aparılmayıb. Belə ki, Cavabdehndə təqribən 25 nəfərə yaxın işçi işləyir, ofis və sahələrdə. Filialda ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa hansı səbəbdən bu yalnız ona şamil olunub. Eyni zamanda onunla BP proyektində/BP WHS komandası (üçüncü tərəf İnspektor/TPİ) işləyən X14 Müfəttişlərdən ancaq onun ştatı isə ixtisar olunub, eyni proyektə (BP proyektində/BP WES komandasında) ondan savayı 5 (beş) X14 Müfəttiş işləyir və 6-cı isə Fəxri Abbaslıdır o həm Baş X14 Müfəttiş həm də Əməliyyat Meneceri işləyir. "Büro Veritas Azeri” Məhdud Məsuliyyətli Cəmiyyətində heç bir ixtisar aparılmamış, əmək müqaviləsinin bu əsasla ləğvi isə yalnız, ona qarşı Fəxri Abbaslının şəxsi qərəzlilik zəminində baş vermiş və formal əsassız həyta keçirilmişdir. Əmək fəaliyyətində yüksək göstəriciləri, o cümlədən peşəkarlığı, neft və qaz sahəsi üzrə (Qazma, Tamamlama və Karotaj avadanlıqları) iş təcrübəsinin çox olmasına baxmayaraq (2003-cü ildən neft və qaz sahəsində çalışır), cavabdeh müəssisə ondan dəfələrlə neft və qaz sahəsində aşağı stajı, peşəkarlığı olan işçiləri işdə saxlayaraq, onun tutduğu ştatı qanunsuz olaraq ixtisar etmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə təqribən 25 nəfərə yaxın işçi işləyir ofis və sahələrdə, filialda ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa, hansı səbəbdən hu yalnız ona şamil olunub. Eyni zamanda onunla BP proyektində/BP WES komandası (X15/TPİ) işləyən X14 Müfəttişlərdən ancaq onun ştatı isə ixtisar olunub, eyni proyektdə (BP proyektində/BP WES komandası) ondan başqa 5 (beş) X14 9 Müfəttiş işləyir. Hansı əsasla bu 5 nəfər işçi arasında yalnız onun ştatı ixtisar olundu. Hesab edir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə heç bir ixtisar aparılmamış, əmək müqaviləsinin bu əsasla ləğvi isə yalnız ona qarşı şəxsi qərəzlilik zəminində baş vermiş və formal əsassız həyata keçirilmişdir. Onun işində heç bir nöqsan olmayıb və hansı əsasla ona mənfi iş barəsində xasiyyətnamə verilir və bu da ona qarşı şəxsi qərəzliyin olmasının göstəricisidir. Yazılı sübutları varsa təqdim etsinlər. Əsassız, şər və böhtan məzmunlu xasiyyətnamə bir daha göstərir ki, menecerin qeyri-peşəkarlığı və ona qarşı şəxsi qərəzliyidir. Hətta o, xəstəlikdə olanda 16 mart - 18 mart 2022-ci ildə (3 iş günü) onun iş hesabı (iş kompüteri, iş e-maili və ofisə giriş) Cavabdeh tərəfindən bloklandı/bağlandı və o, 19 mart 2022-ci ildə ofisə daxil ola bilmədi və X1 hec bir qərar/əmrin sürətini təqdim etmədi. 25 aprel 2022-ci ilə qədər bloklanma qaldı və nəyə görə bloklanıb məlumat verilmədi. Əmək müqaviləsi qüvvədə olduğu halda bu hal işəgötürən tərəfindən iş şəraitinin yaradılmaması və əmək müqaviləsinin 7-ci maddəsinin pozulmasıdır (bax əlavə: №4 Əmək Müqaviləsi və Əmək Müqaviləsinə əlavələr, 10 xəstəlik vərəqəsi və X5 SMS-in sürəti). Bu isə Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanunun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Lakin, Cavabdeh 25 aprel 2022-d il tarixli, 14 K saylı əmri ilə ilə onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “İşçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə ləğv edilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan peşəkarlıqla əlaqədar bu üstünlük hüququ da nəzərə alınmamışdır. Əmək fəaliyyətində yüksək göstəricilərinin, o cümlədən peşəkarlığının və bu neft/qaz sahəsində kifayət qədər iş təcrübələrinin (17 il) olmasına, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə bu hallara baxmayaraq, cavabdeh müəssisə onu tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar etmişdir. Belə ki, sual olunur, mülki iş üzrə cavabdeh, Cavabdeh Məhdua Məsuliyyətli Cəmiyyətdə ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa, qeyd olunan ixtisarlar hansı kriteriyalar əsasında aparılmış, hansı fərqləndirməyə və ya peşəkarlığa görə aparılmışdır. Qeyd olunan peşəkarlıq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə hansı sənədlərlə rəsmiləşdirilmişdir. İşlədiyi sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız ona şamil oluması qeyri-müəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnız ona qarşı açıq-aşkar qərəzliliklə aparılmasını sübut edir. Cavabdehndə həqiqətən ixtisarlar aparılıbsa, bu sahədə çalışan digər vəzifəli şəxslərin heç kimin ştatı ixtisar olunmayıb, ixtisarın bu qaydada aparılması və digər vəzifəli şəxslərin heç biri deyil, məhz yalnız onun vəzifəsinin ixtisar olunması, cavabdeh, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətdə ona qarşı açıq aşkar ayrı-seçkilik və qərəzçilik zəminində baş vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək bildirmişdir ki, iddia sadəcə tələb xatirinə və əsaslandırılmadan tərtib edilərək məhkəməyə təqdim olunmuş iddiadır. Baxılan işin faktiki hallarından görünür ki, İddiaçı 16 aprel 2019-cü il tarixdən "xxxx" MMC-də qazma avadanlıqları üzrə müfəttiş vəzifəsində işə qəbul olunmuşdur. MMC-nin sabiq işçisi İddiaçı tutmuş olduğu vəzifənin ixtisara düşməsi ilə bağlı, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ştatların sayı azaldılarkən, yəni yeni ştat cədvəlinə görə mövcud olan ştatda iddiaçıya nisbətən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmışdır. Belə ki, "xxxx" MMC-də daxili prosedur qaydalar əsasən işçilərin performansının illik dəyərləndirilməsi aparılır. Həmçinin İddiaçı 2021-ci il üçün əvvəlcədən müəyyən olunmuş hədəflərə çatmaq üçün göstərmiş olduğu cəhdlərin dəyərləndirilməsi aparılmışdır. İllik performans dəyərləndirilməsini Büro Veritas şirkətinin “My performance My Development” (X11 İnkişafım) proseduruna əsasən rəqəmsal platforma üzərində yerinə yetirilir. Dəyərləndirilən hədəflər prosedura əsasən hər təqvim ilinin əvvəlində hər bir işçiyə əvvəlcədən bildirilir, İddiaçı da eyni qaydada məlumatlandırılıb və hədəfləri qəbul edib. Bununla əlaqədar 15 yanvar 2022-ci il tarixdə müəssisənin keçirilən iclasında İddiaçı performans dəyərləndirilməsi zamanı meyar kimi qarşıya qoyulan hədəflərə yenidən bir-bir baxılması təklif edilmişdir. İclas zamanı "xxxx" MMC-nin Sənaye Departamentinin meneceri Fəxri Abbasovun (iddiaçının meneceri) rəyi dinlənilmiş və müəyyən edilmişdir ki, İddiaçı hesabatların təqdim edilməsi prosedura - sifariçi tərəfindən layihə üçün nəzərdə tutulmuş 48 saatlıq hədəf dəfələrlə pozulmuş, hesabatlar 48 saatdan gec sifarişçiyə təqdim edilmiş və dəfələrlə düzəliş üçün Fəxri Abbaslıya geri qaytarılmışdır. İddiaçı 2021ci ildə təşkil edilmiş Motivasiyanı artırmaq və əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş fəaliyyətlər və tədbirlərdə iştirakı- heç bir iclas və tədbirdə iştirak etməmişdir. “My Learning” platformasında keçdiyi təlimlər- işçilər əvvəlcədən illik təlim saatlarının minimal həddinin 30 saatdan ibarət olduğu barədə mlumatlandırılıblar və bu illik performans dəyərləndirilməsi zamanı nəzərə alınan və qiymətləndirilən amillərdən biridir. İddiaçı il ərzində təxminən 7 saatlıq təlimlərə qoşulmuşdur. İclasın sonunda yekun olaraq qərara alınmışdır: 1. İddiaçı ona qarşı ayrı-seçkilik edilməsini əsaslandırmalı və bu əsaslandırmaları İR üzrə mütəxəssis Xatirə Məmmədovaya təqdim etməlidir. 2. Fəxri Abbaslı eyni qaydada sifarişçi tərəfindən İddiaçıla əlaqəli daxil olan şikayətləri Xatirə Məmmədovaya təqdim etməlidir. 3. İddiaçı iddiasını əsaslandıra bilmədiyi təqdirdə illik performans dəyərləndirilməsinin nəticələrini qəbul edir və Fəxri Abbaslının qiymətləndirilməsinin obyektiv olması ilə razılaşır. Sözügedən iclasdan sonra, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə şirkətə müraciət etmiş, lakin xx.xx.2022-ci ildə həmin ərizənin etibarsız hesab edilməsi üçün yeni ərizə vermiş və müraciəti icra edilmişdir. İddiaçı işdənçıxma ərizəsi verdiyindən, həmin müddətdə Podratçıya (BP) məlumat verilmiş və qeyd edilən müddətdə İddiaçı BP layihəsində əvəz etməsi üçün Eltac Əlizadə həmin layihəyə cəlb edilmişdir. Ümumiyyətlə şirkətlə BP arasında bağlamış müqavilənin şərtlərinə əsasən yalnız Şirkət (BP) tərəfindən təsdiqlənmiş işçi heyəti layihədə işlərin yerinə yetirilməsinə cəlb edilə bilər. Yəni işçilər onların layihələrinin icrasında iştirak etdiyi üçün işə qəbul zamanı onların rəyi də nəzərə alınır. Şirkətdə ixtisar zamanı ilk növbədə yerli əmək qanunvericiliyinin tələbləri yerinə yetirilmiş və işdə saxlanılmağa üstünlüyü olan şəxslər müəyyənləşdirilmişdir. Daha sonra isə şirkətin daxili prosedurları və qaydaları, etik davranış qaydaları və işçilərin texniki bilik və bacarıqları nəzərə alınaraq qiymətləndirilmişdir. "xxxx" MMC-nin direktorunun 01 mart 2022-ci il tarixli 6K saylı əmrinə əsasən müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, müəssisənin ştat strukturunun, işçi sayının optimallaşdırılması və müəssisədə işçiləriun sayının azaldılması barədə əmrinə əsasən şirkətdə bir sıra ştatların, o cümlədən X14 müfəttiş ştatların sayı azaldılaraq 3 ştat vahidinə endirilmişdir. Bu əmrin verilməsinə səbəb podratçı şirkət tərəfindən verilən sifarişlərin azalması və bunun da iş yükünün azalmasına səbəb olması olmuşdur. Bundan sonra 09 mart 2022-ci il tarixdə işçilərin sayının ixtisarı və ştatların ləğv edilməsi ilə əlaqədar müəssisənin iclası keçirilmişdir. Həmin iclasın keçirilməsinə əsas Sənaye departamentinin meneceri Fəxri Abbaslı tərəfindən BP ilə bağlanmış müqaviləyə əsasən mühəndis avadanlıqlarına nəzarət layihəsinə cəlb olunan işçilərin sifarişçi tərəfindən xx.xx.2022-ci ildən azaldılması səbəbi ilə Sənaye departamentinə daxil olan X14 müfəttiş vəzifəsinin üç (3) ştat vahidi azaldılmasını təklifi olmuşdur. İclasda çıxış edən Fəxri Abbaslı - işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanıldığını, 2021-ci il işçilərin performans dəyərləndirməsinə əsasən İddiaçı və Elşən Rəhmanovun digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər siyahısında olduğunu və adları qeyd edilən işçilərdən birinin ixtisarı məqsədəuyğun hesab edildiyini bildirmişdir. Eyniz zamanda iclasda İnsan resurları üzrə mütəxəssis Xatirə Məmmədova çıxışında qeyd etmişdir ki, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizini aparıldığını, Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğunu, həmçinin onun ailə başçısı olduğu və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğunu, Elşən Rəhmanovla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığnı, İddiaçı isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığını, Elşən Rəhmanov intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyini, İddiaçı isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığını, bununla da işçinin öz səhvlərini görmədiyini və aradan qaldırmaq üçün cəhd etmədiyini göstərmişdir. İclasın sonunda yekun olaraq qərara alınmışdır: 1. Qanuvericiliyin tələblərinə riayət olunmaqla işçilərin sayı ixtisar edilərkən işdə qalmaqda üstünlüyü olan işçilər yenidən nəzərdən keçirilsin. 2. İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üsütünlüyü olan işçilər siyahısında olmadığı təqdirdə ştatların gözlənilən ixtisarı barədə xəbardaqlıq məktubu təqdim edilsin. 3. Alınmış qərara əsasən ştat cədvəlinə müvafiq dəyişikliklər edilsin və yeni ştat cədvəli təsdiq üçün baş direktora təqdim edilsin. Yuxarıda sadalananlardan məlum olduğu kimi "xxxx" MMC-nin işçilərinin say həddinin müəyyən edilməsi barədə 01 mart 2022-cı il tarixli 6K nömrəli əmri ilə müəssisənin yeni ştat cədvəli təsdiq olunmuşdur. O cümlədən iddiaçının işlədiyi şöbədə cəmi 3 ştat təsdiq edilmişdir. Göstərilən tarixədək isə həmin şöbədə X14 6 müfəttiş ştatı mövcud olmuşdur. Sözügedən əmrin icrası üzrə şöbədə mövcud olan 6 ştatdan yeni ştat cədvəlinə görə 3 ixtisara düşmüş, X14 müfəttiş 3 ştat təsdiq edilmişdir. Bu ştatlarda da cəmiyyətin rəhbərliyi tərəfindən peşəkarlıq səviyyəsinin yüksəyinə malik olduğu hesab edilən işçilər işdə saxlanmışdır. 2021-ci il işçilərin performans dəyərləndirməsinə əsasən İddiaçı və Elşən Rəhmanov digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər syahısında olduğundan adları qeyd edilən işçilərdən birinin ixtisarı məqsədəuyğun hesab edilmişdir. İlk növbədə yerli əmək qanunvericiliyinin tələbləri, daha sonra isə şirkətin daxili prosedurları və qaydaları, etik davranış qaydaları və işçilərin texniki bilik və bacarıqları nəzərə alınaraq aparılan qiymətləndirmə zamanı Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğu, həmçinin onun ailə başçısı olduğu və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğu, Elşən Rəhmanovla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığı, İddiaçı isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığı, Elşən Rəhmanov intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyi, İddiaçı isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığı, bununla da işçinin öz səhvlərini görmədiyi və aradan qaldırmaq üçün cəhd etmədiyi nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə MMC-nin 25 aprel 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi digər işçilərin illik qiymətləndirmə üzrə nəticələri və bu baxımdan peşəkarlıq səviyyələri iddiaçıdan daha yüksək olduğundan işəgötürən tərəfindən onların işdə saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. İddia ərizəsində qeyd olunan iddiaçının qərəzli şəkildə işdən çıxarılması ilə bağlı fikrilər isə tamamilə əsassız və heç bir məntiqə uyğun deyildir. Ən azından ona görə ki, işəgötürən «Büro Veritas Azəri” MMC tərəfindən iddiaçının peşəkarlıq və ixtisas səviyyəsinin artırılması üçün onun müxtəlif təlimlərdə iştirakı təmin edilmiş və bu təlimlərin 3500 manata yaxın xərci şirkət tərəfindən qarşlanmışdır. Belə olan halda peşəkar kadr hazırlığı üzrə şirkətin bu addımları atdığı və hətta bunu öz hesabına etdiyi halda, niyə bu qədər əmək və vəsait sərf edilən işçinin işdən çıxarılmasında maraqlı olsun ki?!. Bundan əlavə iddiaçının motivasiya edilməsi üçün onun əmək haqqısı da, artırılmış, lakin o, özü inkişafına önəm verməmişdir. İddiaçının cavabdehin vəsaiti hesabına əldə etdikləri təlimlərdəki bilikləri öz gələcək fəaliyyətində istifadə edəcəyi nəzərə alsaq, onda onun şirkətə qarşı qərəzli davranışla bağlı iddiaları vicdanlı davranış qaydaları baxımından da düzgün deyildir. Bütün bunlardan aydın şəkildə görünür ki, şirkət qərəzli şəkildə deyil, məhz öz imicinin qorunması və podratçılarla işləmək üçün daha peşəkar işçilərin işdə saxlanmasını qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməklə təmin etmişdir. İddiaçı cavabdeh "xxxx" MMC-yə qаrşı “işə bərpa və s” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, 004H saylı əmrlə Cavabdeh MMC-də X16 Avadanlıqları üzrə Müfəttiş vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixli, 001D saylı əmrlə X6 Nəzarət üzrə Müfəttiş vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixli, 14K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsainin 70-ci maddəsinin “b” bəndi üzrə işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh MMC-nin iş təklifinin surətindən görünür ki, İddiaçı nahar üçün aylıq müavinət kimi 176 manat məbləğində pul verilməsi təklif edilmişdir. İddiaçı və Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 006/19 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də Qazma Avadanlıqları üzrə Müfəttiş vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 004H nömrəli əmrdən görünür ki, İddiaçı 1980-ci il təvəllüdlü, xx.xx.2019-cu il tarixindən Cəmiyyətin Sənaye Şöbəsinə Qazma Avadanlıqları üzrə Müfəttiş vəzifəsinə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 934,08 (doqquz yüz otuz dörd manat, səkkiz qəpik) olmaqla ödənilməsi əmr edilmişdir. 006/19 saylı əmək müqaviləsinə “C” saylı, xx.xx.2019-cü il tarixli əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli 006/19 saylı “Əmək müqavilə”sində vəzifə adı “X14 Müfəttiş” olaraq dəyişdirilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə onu öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə yazdığı və təqdim etdiyi (xx.xx.2022-ci il tarixində onu öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə) ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən qərara alınmışıdır görünür ki, İddiaçı ona qarşı ayrı-seçkilik edilməsini əsaslandırmalı və bu əsaslandırılmaları İR üzrə mütəxəsis Xatirə Məmmədovaya təqdim etməli, Fəxri Abbaslı eyni qaydada sifarişçi tərəfindən İddiaçı ilə əlaqəli daxil olan şikayətləri Xatirə Məmmədovaya təqdim etməli, İddiaçı iddianı əsaslandıra bilmədiyi halda illik performans dəyərləndirilməsinin nəticələrinin qəbul edilməli və Fəxri Abbaslının qiymətləndirilməsinin obyektiv olması ilə razılaşmalıdır. "xxxx" MMC-nin Baş X3 Sənaye Departamentinin X2 xx.xx.2022-ci il tarixli ştat cədvəlinə dəyişikliyin edilməsi barədə xidməti yazısından görünür ki, "xxxx" MMC-nin yerinə yetirdiyi işlərin, göstərdiyi xidmətlərin həcminin xx.xx.2022-ci ildən gözlənilən azalması ilə bağlı Sənaye departamentinə daxil olan X14 müfəttiş vəzifəsinin üç (3) ştat vahidi azaldılması təklif edilmişdir. xx.xx.2022-ci il tarixli, 6K saylı əmrdən görünür ki, cəmiyyətin xx.xx.2021-ci il tarixli 1-21 saylı ştat cədvəlinə xx.xx.2022-ci il tarixdən aşağıdakı ştat vahidləri və struktur bölmələri ləğv etməklə dəyişikliklər edilməsi: “Baş İdarə”, “Gəmiçilik” struktur bölmələri ləğv edilsin, “Sənaye şöbəsi” struktur bölməsi ləğv edilsin, tərkibinə daxil olan ştat vahidləri “Sənaye Departamenti” struktur bölməsinin tərkibinə əlavə edilsin, Biznesin inkişafı üzrə mütəxəssis- 1 ştat vahidi Marketinq və satış üzrə aparıcı mütəxəssis - 1 ştat vahidi, X14 müfəttiş - 3 ştat vahidi Aparıcı müfəttiş - 1 ştat vahidi, Baş müfəttiş - 1 ştat vahidi, Keyfiyyət və SƏTƏM üzrə rəhbər - 1 ştat vahidi, Direktor müavini- 1 ştat vahidi, Kadrlar şöbəsi üzrə nümayəndə - 1 ştat vahidi, Sertifıkasiya üzrə mütəxəssis - 1 ştat vahidi; mövcud “X14 müfəttiş” ştat vahidinin adının “sənaye üzrə müfəttiş” olaraq dəyişdirilməsi. “Sertifikatlaşdırma şöbəsi” struktur bölməsinə 1 ştat vahidinin “sertifıkasiya üzrə köməkçi” əlavə edilməsi, aylıq əmək haqqının 586.34 (beş yüz səksən altı manat otuz dörd qəpik) AZN məbləğində təsdiq ediməsi, xx.xx.2022-ci il tarixdən müəssisənin yeni ştat cədvəlinin 24 (iyirmi dörd) ştat vahidi və 73,075.38 ( yetmiş üç min yetmiş beş manat otuz səkkiz qəpik) manat aylıq əmək haqqı fondu ilə təsdiq edilməsi, Əmək Məcəlləsinin 77-ci maddəsində müəyyən edilmiş qaydada müəssisənin işçiləri nəzərdə tutulmuş işçilərin sayının və ştatların ixtisar edilməsi barədə məlumatlandırılması, əmrin icrasına nəzarətin İnsan resurları üzrə mütəxəssis Xatirə Məmmədovaya həvalə edilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən, qanuvericiliyin tələblərinə riayət olunmaqla işçilərin sayı ixtisar edilərkən işdə qalmaqda üstünlüyü olan işçilərin yenidən nəzərdən keçirməsi, İddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan işçilər siyahısında olmadığı təqdirdə ştatların gözlənilən ixtisarı barədə xəbardallıq məktubunun təqdim edilməsi, alınmış qərara əsasən ştat cədvəlinə müvafiq dəyişikliklərin edilməsi və yeni ştat cədvəlinin təsdiq üçün baş direktora təqdim edilməsi qərara alınmışdır. İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli ştatların ixtisar edilməsi barədə xəbərdarlıq mətubundan görünür ki, "xxxx" MMC-də aparılan ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2022-ci il tarixli, 6K saylı Əmr), İddiaçı gələcəkdə gözləyən işdən azad edilmə barədə xəbərdar edilərək, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bu xəbərdarlıq sənədi təqdim ediləndən 4 təqvim həftəsi ( AR ƏM-n n 77-ci maddəsinin 1-ci bəndində müəyyən edilmiş qaydalara əsasən) sonra və ya 25 aprel 2022-ci tarixindən tutduğu vəzifədən azad olunacağı bildirilmişdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. xx.xx.2022-ci il tarixli, 14K saylı əmrdən görünür ki, İddiaçı ‘‘25” aprel 2022-ci il tarixdən cəmiyyətin X14 müfəttişi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinir “b” bəndinə əsasən işçilərin sayı və ştatların ixtisar edilməsi ilə əlaqədar tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti və istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 (on səkkiz) təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, "xxxx" işçilərin onlar ilə bağlanmış Əmək Müqaviləsindən və Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn bütün əmək hüquqlarını qoruyur və işəgötürən kimi işçi qarşısında üzərinə düşən bütün öhdəlikləri əmək qanunvericiliyinə əsasən yerinə yetirir. İddiaçı MMC-yə daha əvvəl xasiyyətnamə təqdim edilməsi üçün müraciət etməmişdir. Müsbət məzmunlu xasiyyətnamə ilə onu təmin edə bilməyəcəyi üçün yazılı razılığı mütləqdir. Müraciətinə əsasən tələb etdiyi xasiyyətnaməni 18 may 2022-ci il tarixində ofisdən əldə edə bilər. Birinci paraqrafda da qeyd edildiyi kimi , "xxxx" MMC Əmək Qanunvericiliyinin bütün tələblərinə riayət edir. Əmək Məcəlləsinin 83cü maddəsinə əsasən onun son iş günündə ( xx.xx.2022-ci İl tarixdə) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası təqdim edilmişdir. Eyni maddənin tələblərindən irəli gələn son haqq-nesab - istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, cari ayın (xx.xx.2022-xx.xx.2022-ci) əmək haqqı, digər ödəmələr (işdənçıxarma müavinəti) son iş günündə (xx.xx.2022-ci il tarixdə) bank hesabına ödənilmişdir. Qeyd edilən sənədlərdən əlavə son haqq-hesab cədvəlinin surəti, iş yeri və əmək haqqı barədə arayışın əsli təqdim edilmişdir. Tələb etdiyi 6-K saylı əmr ştatların ixtisarı, struktur dəyişikliyə yeni ştat cədvəlinin təsdiqi barədədir. Ştat cədvəli daxili normativ sənəddir və bu sənəddə mövcud ştatlar - həmin ştat vahidləri üçün təyin edilmiş əmək haqqı, şirkətin aylıq əmək haqqı fondu qeyd edilir. Qeyd edilənlər konfidensial məlumatlardır ki, işçilərin bu kimi məlumatları tələb etməsi qanunsuzdur və digər işçilərin hüquqlarının pozulmasıdır. Qeyd edilənlər birbaşa əmək fəaliyyətini ilə bağlı olmadığından tələbinni əsassız hesab edir, tərəfindən təmin edilməsi mümkün deyil. 6K saylı əmrin sizin birbaşa əmək fəaliyyəti ilə bağlı hissəsi ilə xx.xx.2022-ci il tarixli Xəbərdarlıq Məktubu vasitəsilə o məlumatlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin "xxxx" MMC-nin müraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətinin araşdırılması zamanı tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən S. Heydərovun çalışdığı dövr üzrə 87 gün əmək məzuniyyəti (77 gün əsas məzuniyyət, 10 gün əlavə məzuniyyət) hüququndan istifadə etdiyi, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə müəssisədəki əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyi və son haqq- hesabının (əmək haqqı, istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi və işdənçıxma müavinəti) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixli 6K saylı əmrin ve xasiyyətnamənin təqdim olunmaması ilə bağlı vətəndaşa tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş cavab məktubuna əsasən həmin əmrin ştatların ixtisarı, struktur dəyişikliyi və yeni ştat cədvəlinin təsdiq edilməsi barədə müəssisəyə məxsus konfidensial məlumatları özündə əks etdirən sənəd olduğundan 3-cü şəxsə təqdim edilməsinin mümkün olmadığı və xasiyyətnamənin təqdim olunması barədə “Büro Veritas Azeri" MMCnin rəhbərliyinə ünvanladığı müraciətinin cavablandırıldığı bildirilmişdir. İddiaçı Xidmətin Bakı şəhər İdarəsində verdiyi izahatında ona müəssisənin direktoru ilə qarşılıqlı razılığa əsasən yemək pulu və bonus ödənişlərinin edildiyini bildirsə də tərəfindən təqdim olunmuş sənədlərdə, eyni zamanda S. Heydərov ilə müəssisə arasında bağlanmış əmək müqaviləsində qeyd olunan ödənişlər öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə uyğun olaraq qeyd edilənlər fərdi əmək mübahisəsinin predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də X16 Avadanlıqları üzrə Müfəttiş vəzifəsinə işə başlamış, xx.xx.2019-cu il tarixdə X6 Nəzarət üzrə Müfəttiş vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 6K nömrəli əmrə əsasən “X14 Müfəttiş” vəzifəsi üzrə 3 ştat vahidinin qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi əmr edilmişdir. Bunun nəticəsində İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 14K saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə 25 aprel 2022-ci il tarixli, 14 K saylı əmrin ləğv edilməsi, “X14 Müfəttiş” vəzifəsinə işə bərpa olunması, cavabdehdən onun xeyrinə işə bərpa olunan günə qədər hər ay üçün 1.741,61 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, 148 manat məbləğində 2 gün üçün ödənilməmiş əsas məzuniyyət pulunun, hər ay üçün 176 yemək pulunun, 2021-ci iş ili üçün təqribən 1.500 manat məbləğində ödənilməmiş illik bonusun (mükafatın), maddi zərərin əvəzi kimi 50.000 manat pulun, mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun və mediasiyaya ödədiyi 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçilərin sayının azaldılması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, azaldılmanın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırımış, iddiaçının işdə saxlanmaq üçün üstünlük hüququnun olub-olmaması araşdırılmış, o, cavabdeh tərəfindən işçilərin sayının azaldılması səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şərait yaradılmışdır. Bundan başqa MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 14K saylı əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. İddiaçı son haqq-hesabın düzgün aparılmadığına istinad etsə də, bu halı təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətin araşdırılması zamanı tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən İddiaçı çalışdığı dövr üzrə 87 gün əmək məzuniyyət (77 gün əsas məzuniyyət, 10 gün əlavə məzuniyyət) hüququndan istifadə etdiyi, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə müəssisədəki əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyi və son haqq-hesabının (əmək haqqı, istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi və işdənçıxma müavinəti) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Yəni cavabdeh-işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tətbehin tətbiq edilməsi üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. İddiaçının 2022-ci ilin mart və aprel ayları ücün (işlədiyi dövr üçün) hər aya görə 176 manat məbləğində aylıq yemək pulunun və 2021-ci iş ili üçün 1.500 manat məbləğində illik bonusun (mükafatın) ödənilmədiyi ilə əlaqədar məhkəmə hesab edir ki, yemək pulunun və mükafatın ödənilməsi məsləsinin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir və MMC-nin özünün diskresion hüququndan qərəzli şəkildə istifadə etməsi halını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006/19 saylı əmək müqaviləsinin 3.4-cü bəndinə əsasən işçinin işlədiyi zaman ərzində hər hansı mükafatların yalnız şirkətin müstəsna mülahizəsinə əsasən ödənilməli olduğu müəyyən edilmiş, “yemək pulunun” isə müqaviləyə əsasən edilməli olan mütləq ödənişlərə aidliyi halı nə əmək müqaviləsində, nə də tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə öz təsdiqini tapmamışdır. Məhkəmə eyni qənaətə iddiaçının tutduğu vəzifə üzrə işçilərin sayının onun hesabına azaldılmasının Cavabdeh tərəfindən ona qarşı edilən ayrı-seçkilik və qərəzlilik zəminində baş verdiyinə dair irəli sürdüyü dəlillər ilə əlaqədar gəlmişdir. Belə ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın “maddi və mənəvi zərərin ödənilməsi”nə dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia bu hissədə də rədd edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və bu tələblərin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 119.1, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB üçüncü şəxs qsimində cəlb edilməklə) «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3531/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3531/2022
04.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver