Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-354/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində cəlb edilməklə) «kredit borcu barədə məlumatın təqdim edilməsi və kompensasiya hesablanması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xarici valyutada olan xx.xx.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcu (xx.xx.2016-cı il tarixə olan 9.749,81 ABŞ dolları məbləğində əsas borc, 1.546,96 ABŞ dolları məbləğində faiz borc, 57,80 ABŞ dolları məbləğində cərimə, cəmi 11.296,77 ABŞ dolları) barədə dəqiq məlumatın Mərkəzi Banka təqdim edilməsi öhdəliyinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasını, xarici valyutada olan xx.xx.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə hesablanıb kompensasiya şəklində İddiaçı hesablanmasının Azərbaycan Respublikası Milli Bankının üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə “Avtomobil krediti müqaviləsi” bağlayaraq cavabdehdən 36 ay müddətinə 16 faiz hesablanmaqla 33.673 ABŞ dolları məbləğində kredit götürmüşdür. Devalvasiya ilə əlaqədar olaraq ödənişləri vaxtında edə bilmədiyi üçün cavabdeh “Avtomobil krediti müqaviləsi” üzrə yaranmış xx.xx.2016-cı il tarixə olan 10.871,42 ABŞ dolları məbləğində əsas borcun, 2662,64 ABŞ dolları məbləğində faiz borcun, 57,80 ABŞ dolları məbləğində cərimənin, cəmi 13.591,87 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin ondan və zamin Muradov Ələmdardan müştərək qaydada tutularaq xeyrinə ödənilməsi, ödəmənin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avotomobilin ilkin satış qiymətinin 39.616 ABŞ dolları müəyyən edilməsi, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 13.591,87 ABŞ dolları məbləğində borcun ödənilməsinə yönəldilməsi tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir, Abşeron rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi ilə ümumilikdə 13.591,87 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə ondan və zamindən tutulması və tutmanın ipoteka predmeti olan “Hundai Santafe” markalı 99DR239 nömrəli avtomobilinə yönəldilməsi, avtomobilin hərrac yolu ilə satılması və satışdan əldə olunmuş pulun borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək borc məbləğinin düzgün hesablanmamasını və ona məxsus olan avtomobilin qanunsuz olaraq bank tərəfindən alındığını göstərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti qismən təmin edərək qətnaməni cavabdehə münasibətdə dəyişdirmiş, xx.xx.2016-cı il tarixə olan 9.749,81 ABŞ dolları məbləğində əsas borcun, 1.546,96 ABŞ dolları məbləğində faiz borcun, 57,80 ABŞ dolları məbləğində cərimənin, cəmi 11.296,77 ABŞ dolları məbləğində pul vəsaiti məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaitinin cavabdehlər İddiaçı və Muradov Ələmdardan müştərək qaydada tutularaq xeyrinə ödənilməsi, ödəmənin ipoteka predmeti olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 11.296,77 ABŞ dolları məbləğində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə zamanı vəsatət verərək əsas borc məbləği 10.000 ABŞ dolları məbləğindən çox olmadığına görə bu məbləğin "Fiziki şəxslərə aid problemli kreditlərin həlli üçün əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsinə görə Abşeron rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsinin ləğv edilməsini və Cavabdeh1 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsinin baxılmaı saxlanılmasını xahiş etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilməmişdən əvvəl tənzimləyici orqana onun kredit borcu barədə məlumat vermişdir. Belə ki, ona göndərilən xx.xx.2020-ci il tarixli 1086 saylı məktubu ilə cavabdeh bildirir ki, borc öhdəliyinin Müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə aidiyyəti Məhkəməyə müraciət edilmişdir. Nəticədə, Abşeron Rayon Məhkeməsinin xx xxxx 2016-cı il tarixli, 2-(012)-877/2016 saylı qətnaməsinə əsasən Müştəridən Cavabdeh1 ASC-nin xeyrinə ümumilikdə 13.591,87 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Hundai Santafe markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin hərrac vasitəsi ilə satılması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və məcburi icra tədbirləri başlamışdır. Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icra olunması üçün icra məmurları tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak saxlanılaraq Cavabdeh1 ASC-yə saxlanca verilmişdir. Lakin, Müştəri tərəfindən Apellyasiya şikayəti verilmişdir. Məsələ üzrə yekun qərarın verilməsindən sonra Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. Bildirirlər ki, Azərbaycan Respublikası Maliyyə X2 Müqavilə üzrə xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərinə olan 10871.42 ABŞ dolları məbləğində əsas borc barədə məlumat təqdim olunmuşdur. Fərmana uyğun olaraq qeyd etmək istəyirlər ki, vətəndaşların ümumi borcu 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. Dəfələrlə müraciət edərək ona kompensasiya verilməsi üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq tədbir görülməsini xahiş etsə də, cavabdeh heç bir tədbir görməmişdir. Hesab edir ki, əsas borc məbləği 10.000 ABŞ dollarından çox olmadığı üçün həmin məbləğ “Problemli kreditlərin həlli ilə bağlı” Prezidentin Fərmanının təsiri altına düşür. Bu səbəbdən də cavabdeh “Problemli kreditlərin həlli ilə bağlı” Prezidentin Fərmanına uyğun olaraq kredit barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. Kredit borcu barədə məlumatlar Mərkəzi Banka göndərilmədiyi üçün bunun məsuliyyəti cavabdehin üzərinə düşür. Bu səbəbdən iddiaçıya kompensasiyanın hesablanıb verilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, xarici valyutada olan xx.xx.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcu (xx.xx.2016-cı il tarixə olan 9.749,81 ABŞ dolları məbləğində əsas borc, 1.546,96 ABŞ dolları məbləğində faiz borc, 57,80 ABŞ dolları məbləğində cərimə, cəmi 11.296,77 ABŞ dolları) barədə dəqiq məlumatın Mərkəzi Banka təqdim edilməsi öhdəliyinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasını, xarici valyutada olan xx.xx.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə hesablanıb kompensasiya şəklində İddiaçı hesablanmasının Azərbaycan Respublikası Milli Bankının üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək xarici valyutada olan xx.xx.2012-ci il tarixli, 109625-1-4895 saylı müqavilə üzrə yaranmış kredit borcu olan və xx.xx.2016-cı il tarixə olan 9749,81 ABŞ dolları olan əsas borc barədə məlumatın "xxxx" MMC-yə verilməsi öhdəliyinin Cavabdeh1 ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili X6 yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi cavabdeh İddiaçı munasibətdə dəyişdirilmişdir. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 109625-1-4895 saylı, xx.xx.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə yaranmış xx xxxxxx 2016-cı il tarixə olan 9.749 (doqquz min yeddi yüz qırx doqquz) ABŞ dolları 81 (səksən bır) sent məbləğində əsas borc, 1.546 (bir min beş yüz qırx altı) ABŞ dolları 96 (doxsan altı) sent məbləğində faiz, 57.80 (əlli yeddi dollar 80 sent) ABŞ dolları məbləğində cərimə, cəmi 11.296 (on bir min iki yüz doxsan altı) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər İddiaçı və X1 müştərək qaydada tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi, ödəmə ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan «Hyunday Santafe-minik» minik markalı, ** DR *** dövlət qeydiy nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş pul vəsaitindən 11296.77 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti İddiaçı Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli, 2(102)-3372/2020 saylı qərarından görünür ki, iddiaçı “xxxx” (Azərbaycan) ASC və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsi kasasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC tərəfindən Mərkəzi Banka və İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qeyd olunan məsələ ilə bağlı Cavabdeh1 ASC (bundan sonra Bank) tərəfindən araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının eyni məsələ ilə əlaqədar olaraq öncə daxil olmuş xx xxxxxx 2019-cu il tarixli, ********** saylı məktubuna Bank tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 14106 saylı cavab məktubu ilə məlumatlar təqdim olunmuşdur. Belə ki, İddiaçı (bundan sonra Müştəri) ilə Bank arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 109625-1-4895 saylı “Avtomobil krediti müqaviləsi"nə (bundan sonra Müqavilə) əsasən müştəriyə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 33 673,00 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borc öhdəliyinin Müştəri tərəfindən vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən ərizə ilə aidiyyəti Məhkəməyə müraciət edilmişdir. Nəticədə, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-(012)-877/2016 saylı Qətnaməsinə (bundan sonra Qətnamə) əsasən Müştəridən Cavabdeh1 ASC-nin xeyrinə ümumilikdə 13 591,87 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Hundai Santafe markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin hərrac vasitəsi ilə satılması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və məcburi icra tədbirləri başlamışdır. Abşeron rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinin icra olunması üçün icra məmurları tərəfindən ipoteka ilə yüklü edilmiş əmlak saxlanılaraq Cavabdeh1 ASC-yə saxlanca verilmişdir. Lakin, Müştəri tərəfindən Apellyasiya şikayəti verilmişdir. Məsələ üzrə yekun qərarın verilməsindən sonra Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Maliyyə X2 Müqavilə üzrə xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərinə olan 10871.42 ABŞ dolları məbləğində əsas borc barədə məlumat təqdim olunmuşdur. Fərmana uyğun olaraq qeyd edirlər ki, vətəndaşların ümumi borcu 10.000 (on min) ABŞ dolları ekvivalentindən artıq olduğu halda kompensasiya həmin vətəndaşlara şamil olunmur. Bildirirlər ki, Bankın müvafiq struktur bölməsinin rəyinə əsasən, hər-hansı bir güzəştin edilməsi hal-hazırda Bankın imkanları xaricindədir. Müştəri tərəfindən borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən, Bank tərəfindən Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyinə əsasən müvafiq tədbirlər görülməkdədir. AR-nın İnzibati xətalar Məcəlləsi Maddə 528-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Araşdırılmış iş materiallarından göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2016-cı il tarixli 2(012)-877/2016 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmişdir. Nəticədə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 109625-1-4895 saylı, xx.xx.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə İddiaçı tərəfindən tutulmalı olan əsas borcun məbləği 9.749,81 ABŞ dolları, faiz borcunun məbləği 1.546,96 ABŞ dolları, cərimə borcunun məbləği 57.80 ABŞ dolları, cəmi 11.296,77 ABŞ dolları təşkil etmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən cavabdeh məhkəməyə müraciət etmiş, vaxtında icra edilməmiş öhdəlik üzrə yaranmış borcun İddiaçı tutulmasına dair qətnamə qəbul edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli, 2(105)-295/2020 saylı qətnaməsinə əsasən iddiaçının banka olan borcun məbləği dəqiqləşdirilmiş, İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixə olan əsas borcun məbləği 9.749,81 ABŞ dolları, faiz borcunun məbləği 1.546,96 ABŞ dolları, cərimə borcunun məbləği 57.80 ABŞ dolları, cəmi 11.296,77 ABŞ dolları kimi müəyyən edilmişdir. Lakin cavabdeh müvafiq məlumatı “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olması haqqında məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçının müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 109625-1-4895 saylı, xx.xx.2012-cı il tarixli kredit müqaviləsi barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 109625-1-4895 saylı, xx.xx.2012-cı il tarixli “Avtomobil krediti müqaviləsi” üzrə İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2016-cı il tarixə olan əsas borcun 9.749,81 ABŞ dolları məbləğində olması barədə məlumatların "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh1 ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-354/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-354/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver