Məhkəmə qərarları › İş №2(006)-3555/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3555/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3555/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Azərbaycan kredit bürosunda yerləşdirilən məlumatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Azərbaycan kredit bürosunda yerləşdirilən məlumatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə:

3. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3308/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı 1.067,09 (bir min altmış yeddi manat doqquz qəpik) manat məbləğində borcunun (aktiv öhdəliklərinin) olmamasına dair məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsinə dair öhdəliyin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.

4. Hazırda iddiaçı yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək eyni tələbin təmin edilməsini məhkəmədən xahiş edir.

5. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 31,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.2-ci maddə. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

7. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman artıq eyi tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğuna görə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qətnamənin icra vəziyyəti barədə məlumat almaq üçün icra icraatını həyata keçirən Nəsimi rayon İcra şöbəsinə müraciət etmək hüququ vardır. İcra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayətə qətnaməni qəbul etmiş məhkəmə tərəfindən məhkəmə qətnamələrinin icrası qaydasında (“8” indeksi ilə) baxılır.

Nəticə:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar