Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3562/2024 23.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehlər Bakı Şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin nümayəndəsi Nümayəndə və Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi və Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər cavabdehlər Bakı Şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyi və Cavabdeh1nə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin bir otaqlı, yaşayış sahəsi 18.5 kv. metr olan 75 nömrəli mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması xahiş olunur. İşin iddia ərizəsində qeyd edilən halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhəri Nəsimi rayonu X15 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 6/13 saylı qərarı ilə A.A.Arutyunov yeddi nəfər ailə tərkibi ilə birlikdə 28 May küçəsi 14 saylı binanın üç otaqlı yaşayış sahəsi 76.5 kv.metr olan 75 saylı mənzilin kirayəçisi hesab edilmişdir. Həmin vaxtdan onlar bu mənzilə köçüb orada yaşamağa davam etmişlər. Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən bu mənzilə dair onun adına “ Şəxsi hesab vərəqəsi “ tərtib edilmişdir. Təqribən 1988-ci ilin əvvəlləri olardı onun A.A.Arutyunovun oğlu ilə tanışlığı yaranmışdı. O, həmin vaxtlar onlarla tez-tez görüşüb müxtəlif məzmunda söhbətlər edərdi, bu söhbətlərin birində A.A.Arutyunovun oğlu ona bildirmişdir ki, Rusiya Federasiyasına getmək istəyir, o, mənzil boş qalmaması üçün mümkünsə köçüb gələnədək orada yaşasın, onda aralarında yaranmış dostluq münasibətinə görə onun bir ailə üzvü kimi köçüb həmin mənzildə yaşamağa başlamışdır. O, Rusiya Federasiyasında olan vaxtlarında mənzilin bütün maddi xərclərini ödəyirdi. Onun Rusiya Federasiyasına gedib-gəlməsi məlum hadisələrlə əlaqədar olaraq müntəzəm xarakter daşıdığına görə o, 1989-cu ilin əvvəllərindən daimi olaraq bu mənzildə yaşamağa başlamışdır. Təqribən 1990-cü ilin əvvəlləri olardı ki, onlar Rusiya Federasiyasına getdilər və bir daha geri qayıtmadılar. Lakin həmin vaxt iddiaçı ona geri qayıdıb onu öz mənzilinə pasport qeydiyyatına saldırıb, mənzilin kirayə müqaviləsini onunla bağlanması üçün razılıq verəcəyini bildirmişlər, buna görə də iddiaçı ona müəyyən miqdarda pul vermişdir. Nəsimi rayon XDS-nin xx.xx.1991-ci il tarixli İ 7/1 saylı qərarı ilə 28 may küçəsi 14 saylı evin keçmiş kirayəçisi A.A.Arutyunovun üç otaqlı yaşayış sahəsi 76.5 kv.metr olan 75 saylı mənzilin yaşayış sahəsi 56 kv metr iki otağı 74 saylı mənzildə yaşayan Ə.Əliyevanin mənzil sahəsinə birləşdirilmişdir. Artıq 32 ildən çoxdur ki, bu mənzildə yaşayır, mənzildə yaşadığı müddət ərzində şəxsi maliyyə vəsaiti hesabına mənzildə təmir-bərpa işləri görmüş, kommunal xidmət haqqlarını ödəməklə o vaxtdan burada daimi olaraq yaşamaqda və mənzildən istifadə etməkdə davam edir. Onun Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin bir otaqlı yaşayış sahəsi 18,5 kv.metr olan 75 saylı mənzilinə dair yaşamaq və istifadə hüququ vardır və hüququ qanuni olaraq məhkəmə tərəfindən tanınmalıdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin nümayəndəsi Nümayəndə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəsimi Rayon Xalq Deoutatları İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 6/13 nömrəli qərarından görünür ki, A.A.Arutyunov yeddi nəfər ailə tərkibi ilə birlikdə 28 May küçəsi 14 saylı binanın üç otaqlı yaşayış sahəsi 76.5 kv.metr olan 75 saylı mənzilin kirayəçisi olmuşdur. xx.xx.1991-ci il tarixli şəxsi hesab vərəqəsinə əsasən X10 Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 nömrəli mənzilindən 1991-ci ildə qeydiyyatdan çıxıb. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli aktına əsasən, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 saylı mənzilinin keçmiş icarədarı Adronik Arutyunov olmuş, 1991-ci ildə həmin mənzildən qeydiyatdan çıxmışdır. Mənzilin yaşayış sahəsi 18,5 m2 olan bir otaqdan ibarətdir. Mənzil Dövlət fonduna aiddir və Nəsimi rayonu MKTB-nin balansındadır. Hal-hazırda həmin mənzildə İddiaçı qeydiyyatsız yaşayır və mənzildə qeydiyyatda heç kim yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 3-52-13-6/2-478-23/24 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 saylı mənzili Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır və 75 saylı mənzilə İddiaçı oğlu tərəfindən «mənzil xidmət» haqları ödənilir. Ona görə də İddiaçı iddia tələbinin təmin olunmasına Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi etiraz etmir. 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli 109 nömrəli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 nömrəli mənzilində qeydiyyatsız yaşayır. Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli 963843 nömrəli mədaxil qəbzinə əsasən, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 nömrəli mənzilinə dair yanvar-dekabr 2024-cü il üçün mənzilkommunal xidmətinə görə 19.38 manat ödənilmişdir. 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli 110 nömrəli arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 nömrəli mənzilinin icarədarı X4muş və 1991-ci ildə qeydiyyatdan çıxmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 49 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli 156 nömrəli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 nömrəli mənzilində yaşayır və kommunal xidmətlərə borcu yoxdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-2868/24 saylı məktubuna əsasən, X3 1989-2001-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. X3 xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhəddində hərəkəti barədə İAMAS bazasında məlumat alınmamışdır. Daşınma zƏmlakın Dövlət teyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33391/2024 nömrəli məktubuna əsasən, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi ev14, 75 saylı mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilmədi. X6 və X7 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən, qonşuluqlarında olan Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 saylı mənzilində İddiaçı yaşayır. ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətinə əsasən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mənzilin yerində müayinəsi zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki, 1989-cu ildən Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evdə yaşayır və İddiaçı̇ İsa oğlu ilə həmin evdə qonşudurlar, iddiaçının oğlu isə onun dostudur. Mənzilin yerində müayinəsi zamanı şahid qismində dindirilmiş X13 bildirdi ki, briqadirdir, İddiaçı ilə uzun müddət bir yerdə işləmişlər, hazırda iddiaçının evini təmir etməyə hazırlaşır. Qohumluq münasibətləri də olduğu üçün həmişə bu evə gəlib-getmişdir. Mənzilin yerində müayinəsi zamanı şahid qismində dindirilmiş X12 bildirdi ki, İddiaçı̇ İsa oğlunun qonşusudur, 1984-cü ildən ünvan 1 ünvanında yaşayır. İddiaçı 2000-ci ilə qədər ünvan 2 14 saylı evin 75 nömrəli mənzilində daimi yaşamışdır. 2000-ci ildə baş vermiş zəlzələdən sonra evlər qəzalı vəziyyətə düşmüşdür. Ona görə hazırda İddiaçı mənzilinin təmirini həyata keçirir. Tətbiq edilən hüquq: xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunda nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. Həmin vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Qeyd edilən Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. AR Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2 nömrəli qərarının 7-ci bəndinə əsasən ərin (arvadın) yaşayış sahəsinin hüququ haqqında mübahisəni həll edərkən, məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən, etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatında olmadığı hallarda belə yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Mlüki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri onun yaşadığı yer sayılır. xx.xx.1996-cı il tarixdə qəbul edilmiş və xx.xx.2008-ci il tarixədək dəyişiklər edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə bə bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 202.1-ci maddəsinə əsasən, məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. 202.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır. 202.3-cü maddəsinə əsasən, müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1989-cu il tarixdən etibarən Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin bir otaqlı, yaşayış sahəsi 18.5 kv. metr olan 75 nömrəli mənzilində yaşamışdır. Balans saxlayıcı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi İddiaçı həmin mənzilə köçüb yaşamasına etiraz etməmiş və iddiaçı həmin vaxtdan etibarən qeyd olunan mənzilə köçüb yaşayır. İddiaçı kommunal xidmət xərclərini ödəyir. Balans saxlayıcı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən bu günə qədər mənzilə dair digər hər hansı şəxslə icarə müqaviləsi bağlanmamışdır. Eyni zamanda, yuxarıda sadalanan iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin 75 saylı mənzil Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Balans saxlayan məhkəməyə ünvanladığı məktubunda qeyd edilən mənzildə iddiaçının yaşamasına hər hansı bir etirazını bildirməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən olundu ki, iş üzrə İddiaçı mənzilin balans saxlayanı olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə icarə münasibətlərinə daxil olmuş, mənzilin istismar yığımı, digər kommunal xərcləri ödəmiş və mənzildə yaşamaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirmişdir. Məhkəmə tərəfindən mənzilin yerində müayinəsi keçirildikdə mənzilin giriş qapısının açarlarının iddiaçıda olduğu, qapının açılaraq mənzilin təmir işləri görülməsi üçün hazır vəziyyətə gətirildiyi, məxtəb və hamamın ümumi istifadədə olduğu, İddiaçı qonşularla səmimi münasibətdə olduğu müşahidə edilmişdir. Eyni zamanda yerində baxış keçirilən zaman qonşular X2, X12 və usta X13 müvafiq iltizamlara imza etməklə şahid qismində dindirilmiş və İddiaçı yaxından tanıdıqlarını, 1989-cu ildən onun müvafiq mənzildə yaşadığını, qonşuluq münasibətlərinin yaxşı olduğunu, mənzildə təmir işlərinin görüldüyünü bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən mənzildə 1989-cu il tarixdən yaşadığından həmin mənzilə dair hüquq münasibətləri həmin dövrdə yaranmışdır. Bu səbəbdən hazırkı işə xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı balans saxlayıcı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin razılığı ilə 1989-cu ildən mənzilə köçdüyündən və halhazıradək balans saxlayıcının razılığı ilə orada yaşadığından, habelə balans saxlayıcı onun mənzilə istifadə hüququnun tanınmasına etiraz etmədiyindən, həmin mənzilə istifadə hüququ əldə etmişdir. Göründüyü kimi iddia əsaslıdır və təmin edilməli, İddiaçının Bakı şəhəri, Nəsimi rayonu 28 May küçəsi 14 saylı evin bir otaqdan ibarət, ümumi sahəsi 18.05 kv.m olan 75 saylı mənzilinə istifadə hüququ tanınmalıdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçının ünvan 2ndə yerləşən 14 saylı evin bir otaqdan ibarət, ümumi sahəsi 18.05 kv.m olan 75 saylı mənzilinə istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, A.Məhərrəmov küçəsi 15 Tel.: (99412) 431 44 05 İş № 2(006)-1055/2018 xx.xx.2018 İddiaçı: X8 Bakışəhəri, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 10, mənzil 29 Cavabdeh: X9 Bakı şəhəri, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, ev 10, mənzil 29 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, bina 6, mənzil 591 Nəsimi Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(006)-1055/2018 saylı qətnamənin surətini məlumat üçün Sizə göndərir. Qoşma: qətnamənin surəti Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3562/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3562/2024
23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver