Məhkəmə qərarları › İş №2(006)-3566/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3566/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3566/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı XXX-ın cavabdeh XXX-a qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı XXX cavabdeh XXX-a qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxxxxx 2019-cu il tarixində XXX ilə cavabdeh XXX arasında xxxxx saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən cavabdeh XXX-a illik 35 faizlə 18 ay müddətinə 979 (doqquz yüz yetmiş doqquz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə əsas borcu 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat, faiz borcu 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat, cərimə borcu 80,34 (səksən manat, otuz dörd qəpik) manat olmaqla ümumi borcu 1162,18 (bir min yüz altımış iki manat, on səkkiz qəpik) manat qalmışdır. Kredit borcunun qaytarılması barədə cavabdeh XXX-a dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Göstərilənlərə əsasən Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə cavabdeh XXX arasında bağlanmış xxxxxxxx 2019-cu il tarixli, xxxx saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə əsas borc 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat, faiz borcu 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat, cərimə borcu 80,34 (səksən manat, otuz dörd qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 1192,58 (bir min yüz doxsan iki manat, əlli səkkiz qəpik) manat borcun iddiaçı XXX-ın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı XXX ilə cavabdeh XXX arasında bağlanmış xxxxxxxx 2019-cu il tarixli, xxxx saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh illik 35 faizlə, 18 ay müddətinə 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat məbləğində kredit verilmişdir. XXX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, xxxxxxxx 2019-cu il tarixli, xxxxx saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə Cavabdeh kredit təşkilatına 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat əsas borcu, 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat faiz borcu, 80,34 (səksən manat, otuz dörd qəpik) manat cərimə borcu, ümumilikdə 1162,18 (bir min yüz altmış iki manat, on səkkiz qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş ********** saylı xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, iddiaçı XXX təşkilati hüquqi formasını dəyişərək XXX olmuşdur. XXX tərəfindən cavabdeh XXX ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı XXX ilə cavabdeh XXX arasında bağlanmışxx xxxxxx 2019-cu il tarixli, xxxxx saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən cavabdeh XXX-a illik 35 faizlə, 18 ay müddətinə 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat məbləğində kredit verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun kredit təşkilatına xxxxxxxx 2019-cu il tarixli, xxxxx saylı kredit müqaviləsi üzrə 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat əsas borcu, 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat faiz borcu, 80,34 (səksən manat, otuz dörd qəpik) manat cərimə borcu, ümumilikdə 1162,18 (bir min yüz altımış iki manat, on səkkiz qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı XXX ilə cavabdeh XXX arasında bağlanmış xxxxxxxx 2019-cu il tarixli, xxxxx saylı kredit müqaviləsinin 3.1-ci maddəsinə görə, “Borcalan” bu Müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverənə” ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və bütün əsaslı mənafelər, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, xxxxxxxx 2019-cu il tarixli, xxxx saylı kredit müqaviləsi üzrə 80,34 (səksən manat, otuz dörd qəpik) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh XXX-dan 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat əsas borc, 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat faiz borcu, 80,34 (səksən manat, otuz dörd qəpik) manat cərimə borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqının əvəzi olmaqla, cəmi 1192,58 (bir min yüz doxsan iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı XXX-a verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh XXX-dan 979,90 (doqquz yüz yetmiş doqquz manat, doxsan qəpik) manat əsas, 101,94 (bir yüz bir manat, doxsan dörd qəpik) manat faiz borcu, 80,34 (səksən manat, otuz dörd qəpik) manat cərimə borcu, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqının əvəzi olmaqla, cəmi 1192,58 (bir min yüz doxsan iki manat, əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı XXX-a verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar