Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3568/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maaşa yönləndirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maaşa yönləndirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh övladı üçün maaşının ¼ hissəsinə yönləndirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyəheç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, həmin sazişə əsasən tərəflər öz aralarında aşağıdakılar barədə razılığa gəlmişlər: 1) X3 övladı xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay maaşının ¼ hissəsini aliment kimi İddiaçı ödəməyi öz öhdəsinə götürür; 2) alimentin ödənilməsi 2024-cü ilin avqust ayından başlayaraq hər ay 1-dən 10-dək İddiaçı təqdim etdiyi kart hesabına ödəniləcəkdir. Hazırda isə iddiaçı cavabdehdən birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün maaşının ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Göründüyü kimi iddiaçının hazırki tələbi ilə bağlı əvvəlcədən mediasiya prosesi zamanı onunla cavabdeh arasında barışıq əldə edilmişdir. Hazırda isə iddiaçı barışıq sazişinin məzmunu ilə eynilik təşkil edən iddia tələbi irəli sürmüşdür. Məhkəmə bu halda hesab edir ki, iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Belə ki, məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyi təqdirdə iddiaçı tərəfindən barışıq sazişinin məcburi icrası kimi xüsusi icraat qaydasında cavabdehə qarşı tələb irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maaşa yönləndirilməsi" tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi olduğundan və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maaşa yönləndirilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında ,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3568/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3568/2024
19.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver