Məhkəmə qərarları › İş №2(006)-3570/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3570/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3570/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı X2 nümayəndəsi X9, cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X2 cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətinə qarşı "kredit məbləğinin mövcud olması və müqavilənin həqiqiliyi barədə" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətinə qarşı "kredit məbləğinin mövcud olması və müqavilənin həqiqiliyi barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə (Birləşmiş) ünvanında yerləşən 94 saylı evin 35-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının qohumu olan X15 ilə “Cavabdehbank” ASC (hazırki adı Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyəti) arasında xx.xx.2009-cu ildə 184PB/BF saylı kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X10 18 ay müddətinə illik 33% dərəcəsi ilə 10000 (on min) manat kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə (Birləşmiş) ünvanında yerləşən 94 saylı evin 35ci mənzili ipoteka ilə yüklü edilmişdir. Bu barədə iddiaçı ilə (hazırki iddia tələbi üzrə iddiaçı olan X6) "Cavabdehbank” ASC arasında xx xxxxxxxx 2009-cu ildə 184PB/B1 saylı ipoteka (girov) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə "Bu müqavilənin predmetini borclu X15 ilə ipoteka saxlayan "Cavabdehbank" ASC arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 184PB/BF saylı kredit müqaviləsi üzrə illik 33%-lə 18 ay müddətinə 10000 (on min) manat kredit aldığı borc öhdəliklərinin icrasının təmin edilməsi təşkil edir". X3 tərəflər arasında bağlanmış xx xxxxxxxx 2009-cu il tarixli, 184PB/BF saylı kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. "Cavabdeh Bank” ASC iddia tələbi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia tələbi təmin edilmiş və iş üzrə Nizami Rayon Məhkəməsi xx.xx.2010-cu ildə 2(007)-2508/2010 saylı qətnamə qəbul etmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)- 2508/2010 saylı qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2( 103)-2332/2011 saylı qətnaməsi ilə faiz borcu hissəsində (1142,88 manat ləğv edilib faiz borcunun 571 manat olduğu müəyyən edilib) ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən Ali Məhkəməyə verilmiş olan kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin xx.xx.2011 -ci il tarixli, 2(102)-3977/2011 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(103)-2332/2011 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə, "Cavabdehbank” ASC ilə X15 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə görə əsas borcun 6933,99 manat, 571 manat faiz borcunun, 500 manat dəbbə pulu olmaqla, cəmi 8576,87 manat olduğu məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış və iddiaçının mülkiyyətçisi olduğu mənzilin açıqhərracda satılması üçün "xxxxx” MMC tərəfindən xx.xx.2011-ci ildə iddiaçının ünvanına bildiriş göndərilmişdir. Lakin iddiaçının mülkiyyətçisi olduğu mənzilin açıq hərracda satılması mümkün olmamışdır. Bundan sonra, X15 banka olan borcunu hissə-hissə 2014-cü ilin iyul ayına qədər ödəməyə başlamışdır. 2014-cü ilin sonunda onun 1457 manat ödənilməmiş borcu qalmışdır. "Cavabdehbank” ASC-nin Bakı filialının müdiri olan Babayev Qüdrət iddiaçının həyat yoldaşı Nubari Kərimə zəng edərək ona bildirmişdir ki, əvvəlki krediti bağlamaq üçün onun adına kredit versinlər. Nəticədə krediti bağlayaraq evi girovluqdan azad etsinlər. Bundan sonra, iddiaçının həyat yoldaşı X18 ilə “Cavabdehbank” ASC-nin Bakı filialı arasında xx.xx.2015-ci ildə 2913 PB BF saylı kredit müqaviləsi bağlanmış və ona 12 ay müddətinə, 32% dərəcəsi ilə 2100 ABŞ dolları kredit verilmişdir. Sonradan manatın devalivasiyası ilə əlaqədar olaraq müqavilənin müddəti 6 ay müddətinə uzadılmışdır. Götürülən krediti bank özü xx.xx.2009-cu il tarixli müqavilənin bağlanması üçün köçürmüşdür. Beləliklə, xx.xx.2009-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanan kredit müqaviləsinin şərtlərinə tam əməl edilmişdir. Lakin iddiaçının mülkiyyətçisi olduğu mənzil üzərində olan girov yükü götürülsə də, ƏMDK yanında DƏDRX-nin X21 tərəfindən xx.xx.2009-cu ildə qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında MH seriyalı, ******* saylı çıxarış iddiaçıya təqdim edilməmişdir. İddiaçı həmin sənədin alınması üçün dəfələrlə cavabdehə müraciət etsə də, xahişinə əməl olunmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin X21 tərəfindən xx.xx.2009-cu ildə qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında MH seriyalı, ******* saylı çıxarışın cavabdehdən alınaraq iddiaçıya təqdim edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi X16 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə istifadədə olan 0,078 ha torpaq sahəsində yerləşən 94 nömrəli, 4 mərtəbəli binanın 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən 41,41 kv.m ümumi, 28,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 35 nömrəli mənzil X2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan “Cavabdehbank” ASC ilə X16 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2913 PB/BF saylı kredit (borc) müqaviləsinə əsasən bank tərəfindən X11 12 ay müddətinə, 32 faizlə, 2100 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən bu müqaviləni tərəflər imzaladıqdan və təminat müqavilələri qüvvəyə mindikdən sonra kreditor tərəf müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə pul vəsaitini borclu tərəf üçün kreditor bankda açılmış AZ74PAAA21120USD**********00 №-li ssuda hesabına köçürür. Bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş müddət ərzində borclu kredit üzrə əsas məbləğin ödənilməsində sərbəstdir. İş materiallarında olan "Cavabdeh" BOKT ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)- 2508/2010 saylı qətnaməsi üzrə X7 6933,99 manat əsas, 1142,88 manat faiz, 500 manat dəbbə pulu olmaqla, cəmi 8576.87 manat kredit borcu, 150 manat hüquqi yardıma görə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 170 manat məhkəmə xərcinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-2332/2011 saylı qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilərək 517 manat faiz borcunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)- 3977/11 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-2332/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarına əsasən borcludan 7950,99 manat kredit borcu və 170 manat məhkəmə xərcləri tutulmalıdır.xx.xx.2010-cu il tarixindən borclu tərəfindən Cavabdeh BOKT ASC-ə ümumilikdə 7557 manat pul ödənilmişdir. Borclunun Cavabdeh BOKT ASC-ə 393,99 manat kredit borcu və 170 manat məhkəmə xərci ödənilməmiş qalmışdır. Məhkəmə hazırki mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Belə ki, Mülki Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçının həyat yoldaşı X18 ilə “Cavabdehbank” ASC-nin Bakı filialı arasında xx.xx.2015ci ildə 2913 PB BF saylı kredit müqaviləsi bağlanmış və ona 12 ay müddətinə, 32% dərəcəsi ilə 2100 ABŞ dolları kredit verilmişdir. Sözügedən kredit müqaviləsi əvvəlki xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün bağlanılmışdır. Nəticədə girovla təmin edilmiş öhdəlik icra edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, bank qarşısında olan əsas öhdəlik icra edildiyindən, həmin öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakın çıxarışı iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X21 tərəfindən xx.xx.2009-cu ildə qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında MH seriyalı, ******* saylı çıxarış cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətindən alınaraq iddiaçı X4 qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin X21 tərəfindən xx.xx.2009-cu ildə qeydə alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında MH seriyalı, ******* saylı çıxarış cavabdeh "Cavabdeh" X24 X20 Cəmiyyətindən alınaraq iddiaçı X4 qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar