Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3570/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - X2, Cavabdeh nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adından cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının cavabdeh qarşısındakı öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə bağladığı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlardan sonra cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(060)-1187/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı 75 1.40 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 791.4 manat borc və ödənilmiş ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi qərara alınmışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(060)-1187/2022 saylı qətnaməsindən apellyasiva şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-1061/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa icraata xitam verir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadına əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)-1187/2022 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdeh İddiaçı 751,4 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, cəmi 791,4 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-1061/2022 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(060)- 1187/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “XİAOMİ POCO” markalı mobil telefonu cavabdeh İddiaçı satmış və cavabdeh İddiaçı Cavabdehndən aldığı həmin məhsulun dəyərini 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə əsas borc məbləği 751,4 manat təşkil etmişdir. İddiaçının mübahisələndirdiyi və iş materiallarında olan xx.xx.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh tərəfindən “XİAOMİ POCO” markalı mobil telefonu 6 ay müddətinə 751,4 manat məbləğə iddiaçıya satmışdır. Məhkəmə qətnamələrində göstərilən müqavilə ilə iddiaçının mübahisələndirdiyi müqavilənin tarixlərində fərq olsa da, hər iki müqavilə üzrə mobil telefonun markası, ödəniş müddəti və borc məbləği eynidir. Bundan əlavə, iddiaçı iddia ərizəsində, eyni zamanda məhkəmə iclasları zamanı tarixlərin fərqliliyini mübahisələndirməmiş, əksinə iddia ərizəsində məhkəmə qətnamələrinə istinad etməklə mübahisələndirdiyi müqavilənin həmin müqavilə olmasını təsdiq etmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının mübahisələndirdiyi əqdə əsaslanan Cavabdeh İddiaçı qarşı iddiası üzrə qanuni qüvvəsini almış məhkəmə aktı olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdehnə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ("Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3570/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3570/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver