Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3588/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin miqdarının artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində alimentin miqdarının artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə dəyişdirərək, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 193 manat alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikah bağlayaraq ailə qurmuşdur və bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı övladı doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında boşanmışlar, uşaq onun yanında saxlanılıb, saxlanması üçün isə cavabdehin qazancının 4/1 hissəsi miqdarında aliment kəsilmişlir. Lakin sonradan cavabdeh işləmədiyi üçün hər ay o, 86 manat aliment almağa başladı. Demək olar ki, o, 10 il 86 manat aliment almışdır. Hazırda isə bilir ki, cavabdeh işəyir, lakin harada işləməsi barədə isə o, məlumat ala bilmir. Bildirir ki, uşaq hazırda 14 yaşına çatıb və böyüdükcə də tələbatları daha da çoxalır. Bu ona verilən 86 manat alimentlə isə uşaq saxlamaq ona çox çətindir. Ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Ona görə ki; Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2022-ci il üçün 193 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıdakı məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-2427/2011 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində 01 avqust 2009-cu il tarixdə 573 saylı akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 06 aprel 2008-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanılması və 06 aprel 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 may 2011-ci il tarixdən başlayaraq, Cavabdeh qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 125539 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah bu barədə nikah haqqında akt qeydləri kitabında 216 nömrə ilə qeyd edilməklə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əzimova soyadı verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/6-1534 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 10:30da keçirilməsi nəzərə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 299805 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının onların övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-2427/2011 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-3588/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3588/2022
27.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver