Məhkəmə qərarları › İş №2(006)-3599/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3599/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3599/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "Aqrarkredit” QSC-yə keçmişdir. “Aqrarkredit" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X7 Edilməsi Agentliyi" MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-503saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən (və ya İH qərarına) Cavabdeh1 ilə "xxxx" QSC arasında 25 dekabr 2020-ci il tarixli 1 №-li “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdehin 1269,28 (min iki yüz altımış doqquz, 28 qəpik) manat məbləğində qalıq kredit borcu illik 1 % hesablanmaqla və 5 (beş) il müddətinə ödənilməklə restrukturizasiya edilmişdir. Həmin Müqavilənin 2.2-ci yarımbəndinə əsasən borclu qalıq 1269,28 (min iki yüz altımış doqquz, 28 qəpik) manat əsas borcu və ona hesablanmış faizləri qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 25 dekabr 2020-ci il tarixli, 1 №-li saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 cavabdehin öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək iddiaçı qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya hazırda olan borcu əsas borc 969,62 (doqquz yüz altımış doqquz manat, 62 qəpik) manat, faiz borcu üzrə 12,25 (on iki manat, 25 qəpik) manat olmaqla, cəmi 981.87 (doqquz yüz səksən bir manat, 87 qəpik) manat təşkil edir. İddiaçı tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda iddiaçıya ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 969,62 (doqquz yüz altımış doqquz manat, altmış iki qəpik) manat, faiz borcu üzrə 12,25 (on iki manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 981,87 (doqquz yüz səksən bir manat, səksən yeddi qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "Aqrarkredit” QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 arasında 25 dekabr 2020-ci il tarixli Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı Cavabdeh1 kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1269,28 manat vaxtı keçmiş əsas kredit borcunun 5 il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl cavabdehə hesablanmış və ödənilməmiş 500,67 manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını, cavabdeh isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 1269,28 manat əsas borcu və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin təminatı olaraq iddiaçı və digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmış və o, borclu Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmiş və nəticədə, onların iddiaçı qarşısında borcu yaranmışdır. Hazırda iddiaçı ödənilməmiş ümumilikdə 981.87 manat məbləğində bocun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən xeyrinə tutulmasını tələb edir, Cavabdeh1 isə iddia tələbini qəbul edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan özünə məxsujs problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. 9.Mülki işin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 arasında bağlanan 25 dekabr 2020-ci il tarixli Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər Borclunun “X2” X8 ilə bağlanmış “19” avqust 2013-cü il tarixli, 13-85 saylı Kredit müqaviləsinə əsasən aldığı və "xxxx" X5 dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-dən Kreditora ötürülmüş kredit borcu üzrə ödənilməmiş qalan vaxtı keçmiş 1419,28 (bir min dörd yüz on doqquz manat 28 qəpik) manat əsas, 500,67 (beş yüz manat 67 qəpik) manat faiz, cəmi 1919,95 (bir min doqquz yüz on doqquz manat 95 qəpik) manat borcun olmasını təsdiq edirlər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditor Borclunun bu Müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1269,28 (bir min iki yüz altmış doqquz manat 28 qəpik) manat vaxtı keçmiş əsas kredit borcunun Tərəflər arasında bu Müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətinədək uzadılmasını, bununla əlaqədar sözügedən kredit üzrə bundan əvvəl Borcluya hesablanmış və ödənilməmiş 500,67 (beş yüz manat 67 qəpik) manat faiz borcunun onun şəxsi hesabındakı uçotdan çıxarılmasını təmin edir. Borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 1269,28 (bir min iki yüz altmış doqquz manat 28 qəpik) manat əsas borcunu və ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürür. 10.Mülki işin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh2 arasında bağlanan 25 dekabr 2020-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, kredit Təşkilatı ilə Cavabdeh1 (bundan sonra “Borclu”) arasında bağlanmış «25» dekabr 2020-ci il tarixli 1 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya müqaviləsi (bundan sonra Restrukturizasiya müqaviləsi) əsasında Borclunun Kredit Təşkilatına ödənilməli olan 1269,28 (bir min iki yüz altmış doqquz manat 28 qəpik) manat borcu ilə əlaqədar olaraq Borclunun Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borclu ilə birlikdə Kredit Təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öz öhdəsinə götürür. 11.Mülki işin materiallarında olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 həmin tarixə İddiaçı QSC-yə olan kredit borcu: 981.87 AZN-dir (bundan 969.62 AZN əsas borc, 12.25 AZN faiz borcu). 12.Mülki işin materiallarında olan “X7 Edilməsi Agentliyi” MMC tərəfindən X1 (əsas borclu) və Cavabdeh2 (zamin) ünvanlanan xx.xx.2024-cü il tarixli öhdəliyin yerinə yetirilməsinə dair bildirişdən görünür ki, cavabdehlər borcun olması barədə qabaqcadan xəbərdar edilmişlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 14.Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 15.Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16.Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 17.Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 18.Eyni Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 19.Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). 20.Məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, həmçinin digər Cavabdeh2 həmin öhdəliklərin yerinə yetirilməsinə zamin durduğundan, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. 21.Bundan başqa, hazırki iş üzrə Cavabdeh1 (əsas borclu) məhkəmə iclasında iddia tələbini tam şəkildə qəbul etdiyini etiraf etmişdir. 22.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 23.Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 24.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 969,62 (doqquz yüz altımış doqquz manat, altmış iki qəpik) manat, faiz borcu üzrə 12,25 (on iki manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 981,87 (doqquz yüz səksən bir manat, səksən yeddi qəpik) manat məbləğində kredit borcu "Aqrarkredit” QSC-nin xeyrinə tutulmalıdır. 25.Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 26.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi tam təmin olunduğu üçün, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. 27.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 969,62 (doqquz yüz altımış doqquz manat, altmış iki qəpik) manat, faiz borcu üzrə 12,25 (on iki manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 981,87 (doqquz yüz səksən bir manat, səksən yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə üzrə müştərək qaydada əsas borc üzrə 969,62 (doqquz yüz altımış doqquz manat, altmış iki qəpik) manat, faiz borcu üzrə 12,25 (on iki manat, iyirmi beş qəpik) manat olmaqla, cəmi 981,87 (doqquz yüz səksən bir manat, səksən yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar