Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3627/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işdə iddiaçının nümayəndəsinin işlərin bir icraatda birləşdirilməsi məqsədilə işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsi və ona naturada təhvil verilmiş ünvan 1 ünvandakı qeyri-yaşyış sahəsinin İddiaçı MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, bu iş üzrə Cavabdeh tərəfindən təmsil etdiyi hüquqi şəxsə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. İş həmin məhkəmənin icraatındadır. Həmin işin daha əvvəl baxılmağa daxil olduğunun nəzərə alınmaqla bir-birilə əlaqəli ola tələblərin birgə baxılması məqsədilə hazırki iş üzrə materialın Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdim edilmiş vəsatəti araşdıraraq hesab edir ki, hazırki tələb daha əvvəl Yasamal Rayon Məhkəməsinin icraatına qəbul edilmiş mülki işlə bir icraatda birləşdirilməli və bununla əlaqədar icraata xitam verilməlidir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının nümayəndəsinin işlərə birgə baxılması barədə vəsasətini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işdə iddiaçının nümayəndəsinin işlərin bir icraatda birləşdirilməsi məqsədilə işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilsin. İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair 2(006)-3627/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair e-2(004)-2647/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə e-2(004)-2647/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3627/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3627/2025
23.06.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver