Məhkəmə qərarları › İş №2(012)-1628/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1628/2025

12.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1628/2025 12.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsindən çıxarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında 18 noyabr 2020-ci il tarixli, bina 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvləri X5, X6, X3 ünvan 1 ünvanındakı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 2020-ci il 18 noyabr tarixli, bina 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Laçın rayonundan məcburi köçkün Cavabdeh və ailə üzvləri "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Qarant yaşayış kompleksi, 3 nömrəli binada 29 nömrəli, 3 otaqlı mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində Laçın şəhəri, İ.Mirzəyev küçəsi, ev 67 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 85 nömrəli evə köçmək üçün Cavabdeh Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları Bakı şəhəri, ünvan 2 ünvanındakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, bildirdi ki, dövlət proqramı çərçivəsində Laçın şəhərində evlər bərpa edilmişdir. Artıq 1 ildir ki, həmin ev cavabdehin istifadəsinə verilmişdir. Hazırda bu tələblə bağlı 25-ə yaxın məhkəmə mübahisəsi vardır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, evin şəraitinin yaxşı olmadığını, bununla bağlı hətta evə baxış keçirildiyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İş materiallarına əlavə edilmiş əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminə sorğu edilərək əldə edilmiş məlumatlardan görünür ki, mülkiyyət hüquqi ilə Cavabdeh məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 1-ci bəndindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksi küçəsi, 3 nömrəli evdə, 29 nömrəli mənzildə yerləşən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin mənzil fonduna aid ümumi sahəsi 45 kv.metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müvəqqəti Kirayəçinin (Cavabdeh) sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndindən görünür ki, Kirayəçinin ailə üzvləri X5 (həyat yoldaşı), X2 (övladı) ibarətdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. Həmin müqavilənin 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Abşeron rayon 1 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 822 nömrəli arayışdan görünür ki, Cavabdeh və onun ailə üzvləri X5 və X1 rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər Şəhərciyi” məcburi köçkünlər qəsəbəsində yerləşən ev 3, mənzil 29 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti tərəfindən tərtib olunmuş bildirişdən görünür ki, Cavabdeh dövlət tərəfindən bərpa edilən 85 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri və Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaqları üçün verilmiş dövlətə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi ünvanında yerləşən 3 nömrəli evin, 29 nömrəli mənzilin boşaldaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə təhvil verilməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Təmir-bərpa olunan evlər haqqında akt”dan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdığı təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş mənzilin fotoşəkillərindən görünür ki, evdə təmirbərpa işləri başa çatmışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.2-ci maddəsinə görə sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla xx.xx.2020-ci il tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanılmış və hazırda cavabdeh ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi ünvanında yerləşən 3 nömrəli evin, 29 nömrəli mənzilində yaşayır. İddiaçı xx.xx.2023-cü ildə cavabdehə bildiriş göndərməklə, Laçın şəhəri ünvanında yerləşən 85 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi ünvanında yerləşən 3 nömrəli evin, 29 nömrəli mənzilinin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilməsinin əsası tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsidir. Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh ayrılmışdır. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsinə əsasdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi həyata keçirir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi ünvanında yerləşən 3 nömrəli evin, 29 nömrəli mənzilinin kirayə verilməsi barədə müqavilə 2020-ci ildə bağlanılmışdır. 18 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan- Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. 2020-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Cavabdeh ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin təmirsiz olduğunu bildirsə də, bu halı heçbir qayda da mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni, iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə xx.xx.2020-ci il tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olmuşdur. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Odur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi ünvanında yerləşən 3 nömrəli evin 29 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdeh və onun ailə üzvlərinin yaşamaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh, X5 və X4 həmin mənzildən çıxarılmalı və mənzili boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 2020-ci il 18 noyabr tarixli 3/29 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdeh və onun ailə üzvləri X5 və X1 rayonu, Mehdiabad qəsəbəsi, Qarant yaşayış kompleksində yerləşən 3 nömrəli evin 29 nömrəli mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar