Məhkəmə qərarları › İş №2(012)-2024/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-2024/2025

15.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-2024/2025 15.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, Cavabdeh verilmiş ünvan 1 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilə dair müqavilənin ləğv edilməsi, həmin ev ünvan 1 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 79 saylı mənzilin Progress-2016 tərəfindən ona verilən 25 noyabr 2020-ci il tarixli müqavilə əsasında ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsidə yerləşən 79 saylı Progress-2016 Mənzil Tikinti Kooperativində məxsus evi Xırdalan şəhərində yaşayan X1 arasında ona məxsus olan AAAF-İNŞAT MMC-tərəfındən tikilən binada 103.0 kv metr olan evə dəyişmişdir. Xırdalan şəhəri, Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsidə yerləşən 79 saylı Progress-2016 Mənzil Tikinti Kooperativinə məxsus olan ofisində 25 noyabr 2020-ci il tarixdə 6810 saylı müqavilə əsasında adına sənədləşdirilmişdir. Mənzilin dəyişdirmə barədə AAAF Park MMC-yə aid olan sənədlər mövcuddur. Bir müddətdən sonra məlum olmuşdur ki, binada problem var. Prokurorluqda araşdırma gedir. Müəyyən olunmuşdur ki, ondan sonra ev Cavabdeh çatmışdır. O, bununla razı deyil. Çünki ev ona məxsusdur. İşi araşdıran müstəntiq işi ətraflı araşdırmamış, cavabdehin izahatını əsas tutaraq, mənzili ittiham aktında onun adına yazmışdır. Bu əsas deyil, çünki o, evin əsas sahibidir və ev ons məxsusdur. Cavabdehə verilən müqavilə əsassızdır. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, Xırdalan şəhəri, Rəsulzadə küçəsi ev 1 A ünvanında inşa edilən 5 bloklu 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsidə yerləşən 79 saylı mənzili təxmini 1 ay yarım qabaq təhvil almışdır. O, mənzili tam təmir etməmişdir. Mənzili ona “Şərur MTK”-nın əməkdaşları rəsmi sənədlərlə təhvil vermişlər. Lakin həmin sənədlər onda yoxdur. Hazırda işığın və suyun abunə kodları onun adına rəsmiləşmişdir. Lakin hələ qazın abunə kodları hazır deyildir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırara hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4. maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 150.1.6-cı maddəsinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki mübahisə ilə bağlı cavabdehə pretenziya ünvanlamamış və birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin AR Mülki Məcəllənin 421.1-ci maddəsindən göründüyü kimi müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Məhkəmə hesab edir ki, iddiaçı əvvəlcədən cavabdehə müqavilənin ləğv edilməsinə dair pretenziya qaydasında müraciət etmədiyindən müqavilənin ləğv edilməsi və mənzilin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və mənzilin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar