Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-363/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxx 2018-ci il tarixli 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə 19513 ABŞ dolları əsas, 3387.95 ABŞ dolları faiz və 282.83 ABŞ dolları cərimə olmaqla, cəmi 23183.78 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2018-ci il tarixli 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 12 faizlə 24 ay müddətinə 20305 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx xxxx 2020-ci il tarixə Cavabdeh banka xx xxx 2018-ci il tarixli 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə 19513 ABŞ dolları əsas, 3387.95 ABŞ dolları faiz və 282.83 ABŞ dolları cərimə olmaqla, cəmi 23183.78 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxx 2018-ci il tarixli 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə 19513 ABŞ dolları əsas, 3387.95 ABŞ dolları faiz və 282.83 ABŞ dolları cərimə olmaqla, cəmi 23183.78 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müarciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli, 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə 19513 (on doqquz min beş yüz on üç) ABŞ dolları əsas, 3390 (üç min üç yüz doxsan) ABŞ dolları faiz, 2356 (iki min üç yüz əlli altı) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 334 (üç yüz otuz dörd) ABŞ dolları hesablanmış borc olmaqla, cəmi 25593 (iyirmi beş min beş yüz doxsan üç) ABŞ dolları məbləğində pul vəsaitin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək bildirmişdir ki, bankın məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışından sonra cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli, 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə hər hansı ödəniş edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 107.LN.1604.240518.00001 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 12 faiz hesablanmaqla 24 ay müddətə 20305 ABŞ dolları məbləğində kredit verməyi, borclu isə müvafiq ödənişləri və kredit üzrə öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 20305 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 107.LN.1604.240518.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka əsas borc üzrə 19513 ABŞ dolları, faiz borcu üzrə 3390 ABŞ dolları, cərimə borcu üzrə 2356 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 334 ABŞ dolları, ümumilikdə 25593 ABŞ dolları məbləğində borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən borcluya ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ 635637523) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 107.LN.1604.240518.00001 kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 12 faizlə 20305 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən kreditor borcalana kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 19513 ABŞ dolları əsas, 3390 ABŞ dolları faiz, 2356 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 334 ABŞ dolları, ümumilikdə 25593 ABŞ dolları borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditoriddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Çünki 19513 ABŞ dolları əsas borc məbləğinə münasibətdə 100 ABŞ dolları məbləğində dəbbə pulu daha ədalətlidir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 19513 ABŞ dolları, faiz borcu üzrə 3390 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 334 ABŞ dolları, ümumilikdə 23337 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat 27 manatı məbləğində pul Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 19513 ABŞ dolları, faiz borcu üzrə 3390 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 334 ABŞ dolları, ümumilikdə 23337 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat 27 manatı məbləğində pul Cavabdeh tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ1116 Ünvan: Bakı şəhəri, A.Məhərrəmov küçəsi, 15 İş № 2(006)-1162/2019 Tarix: xx.xx.2019 İddiaçı: “xxxx” İKB ASC-yə Bakı şəhəri, Puşkin 30 Cavabdeh: Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, .Əzizbəyov küçəsi, ev 94 m Cavabdeh: X3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr, ev 32, m 71 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1162/2019 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamənin surəti. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-363/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-363/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver