Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3632/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” KB ASC cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh2 ASC-nin xeyrinə 11 sentyabr 2013cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: 12 yanvar 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 7836 ABŞ dolları, faiz borcu üzrə 644.80 ABŞ dolları, cərimə borcu üzrə 204.14 ABŞ dolları, cəmi 8717.94 ABŞ dolları; 03 fevral 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 12131 ABŞ dolları, faiz borcu üzrə 1056.30 ABŞ dolları, cərimə borcu üzrə 376.77 ABŞ dolları, cəmi 13564.07 ABŞ dolları; 12 may 2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 4996.63 ABŞ dolları, faiz borcuna görə 598.45 ABŞ dolları, cəmi 5595.08 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 60000 ABŞ dolları, faiz borcu üzrə 3700.02 ABŞ dolları, cərimə borcu üzrə 3902.32 ABŞ dolları, cəmi 67602.34 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 20000 manat, faiz borcu üzrə 1973.62 manat, cərimə borcu üzrə 1714.59 manat, cəmi 23688.21 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan X4 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına X3 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 8717.94 ABŞ dolları, 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 13564.07 ABŞ dolları, 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 5595.08 ABŞ dolları, 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə 67602.34 ABŞ dolları, 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə 23688.21 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağının (6 saylı mənzil) ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər X3 və Cavabdeh1 çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” KB ASC-yə və X4 qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinin ləğv edilməsi və ilkin iddianın ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərlə onun arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinə xitam verilməsi və ilkin iddianın ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Bundan başqa Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx” KB ASC-yə və X4 qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilərək iddiaçı “xxxx” KB ASC ilə cavabdehlər X8 və Cavabdeh2 ilə bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34YZ/13 saylı üçtərəfli zaminlik müqaviləsinə xitam verilmişdir. “xxxx” KB ASC Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərardadından 20 noyabr 2020-ci ildə apelyasiya şikayəti vermişdir. Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmədiyindən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərardadı ləğv olunmuş və mülki iş iddiaçının ilkin iddia ərizəsinə baxılması üçün məhkəməyə qaytarılmışdır. Bundan başqa “xxxx” KB ASC Nəsimi rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti mümkün hesab edilmiş, mülki iş apelyasiya baxışından çıxarılmış, iş ilkin iddiaya mahiyyəti üzrə baxılması üçün Məhkəməyə qaytarılmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ASC ilə X8 arasında 11 sentyabr 2013-cü il tarixli 34Y/13 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış 12 yanvar 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən X4 30 ay müddətinə 12 iyul 2017-ci il tarixədək illik 22% ödəmək şərtilə 10000 ABŞ dolları; 03 fevral 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən X4 30 ay müddətinə 03 avqust 2017-ci il tarixədək illik 22% ödəmək şərtilə 15000 ABŞ dolları; 12 may 2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi X4 24 ay müddətinə 12 may 2017-ci il tarixədək illik 28% ödəmək şərtilə 5000 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsinə əsasən X4 32 ay müddətinə 08 avqust 2018-ci il tarixədək illik 15% ödəmək şərtilə 60000 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə 08 dekabr 2017-ci il tarixədək illik 24% ödəmək şərtilə 20000 manat məbləğində kreditlər verilmişdir. Eyni zamanda 12 yanvar 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5%, müddət isə 12 iyul 2018-ci il tarixədək müəyyən edilmiş, 03 fevral 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5%, müddət isə 03 iyul 2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ASC ilə X8 arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34yi/13 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otaqlı (6 saylı mənzil) ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 13 sentyabr 2013-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. 11 sentyabr 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh2 ilə ASC arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34YZ/13 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra edilməməsinə görə X8 ilə ASC qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Mэmmədov Seymur Əliyusif oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X3 qanun üzrə vərəsəsi Cavabdeh1 iddiaçı “xxxx” KB ASCnin xeyrinə 11.09.2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış: • 12.01.2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 7869.00 ABŞ dolları, faiz borcu üzrə 644.80 ABŞ dolları, cərimə borcu üzrə 204.14 ABŞ dolları, cəmi 8717.94 ABŞ dolları; • 03.02.2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 12131.00 ABŞ dolları, faiz borcu üzrə 1056.30 ABŞ dolları, cərimə borcu üzrə 376.77 ABŞ dolları, cəmi 13564.07 ABŞ dolları; • 12.05.2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 4996.63 ABŞ dolları, faiz borcu üzrə 598.45 ABŞ dolları, cəmi 5595.08 ABŞ dolları; • 08.12.2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 60000.00 ABŞ dolları, faiz borcu üzrə 3700.02 ABŞ dolları, cərimə borcu üzrə 3902.32 ABŞ dolları, cəmi 67602.34 ABŞ dolları; • 08.12.2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 20000.00 AZN, faiz borcu üzrə 1973.62 AZN, cərimə borcu üzrə 1714.59 AZN, cəmi 23688.21 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 8717.94 ABŞ dolları, 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 13564.07 ABŞ dolları, 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 5595.08 ABŞ dolları, 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə 67602.34 ABŞ dolları, 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə 23688.21 AZN borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN və xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağının (6 saylı mənzil) ilkin satış qiymətinin 140000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzil) tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun azyaşlı övladı X6 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X8, Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” KB ASC ilə X8 arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsinin çərçıvəsində bağlanmış 12 yanvar 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə əsasən X4 30 ay müddətinə 12 iyul 2017ci il tarixədək illik 22% ödəmək şərtilə 10000 ABŞ dolları; 03 fevral 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən X4 30 ay müddətinə 03 avqust 2017-ci il tarixədək illik 22% ödəmək şərtilə 15000 ABŞ dolları; 12 may 2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi X4 24 ay müddətinə 12 may 2017-ci il tarixədək illik 28% ödəmək şərtilə 5000 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsinə əsasən X4 32 ay müddətinə 08 avqust 2018-ci il tarixədək illik 15% ödəmək şərtilə 60000 ABŞ dolları; 08 dekabr 2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə 08 dekabr 2017-ci il tarixədək illik 24% ödəmək şərtilə 20000 manat məbləğində kreditlər verilmişdir. Eyni zamanda 12 yanvar 2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5%, müddət isə 12 iyul 2018ci il tarixədək müəyyən edilmiş, 03 fevral 2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 13 mart 2015-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdirilərək illik 20.5%, müddət isə 03 iyul 2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi ASC ilə X8 arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34yi/13 saylı ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otaqlı (6 saylı mənzil) ASC-yə ipotekaya qoyulmuşdur. 11 sentyabr 2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda Cavabdeh2 ilə ASC arasında bağlanmış 11 sentyabr 2013-cü il tarixli 34YZ/13 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə Cavabdeh2 zamin kimi əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra edilməməsinə görə X8 ilə ASC qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh3 üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb, təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, ASC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 qanun üzrə vərəsəsi Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 11.09.2013-cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12.01.2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 7.869,00 ABŞ dolları, faiz borcu üzrə 644,80 ABŞ dolları, cərimə borcu üzrə 204,14 ABŞ dolları, cəmi 8.717,94 ABŞ dolları; 03.02.2015ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 12.131,00 ABŞ dolları, faiz borcu üzrə 1.056,30 ABŞ dolları, cərimə borcu üzrə 376,77 ABŞ dolları, cəmi 13.564,07 ABŞ dolları; 12.05.2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 4.996,63 ABŞ dolları, faiz borcu üzrə 598,45 ABŞ dolları, cəmi 5.595,08 ABŞ dolları; 08.12.2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 60.000,00 ABŞ dolları, faiz borcu üzrə 3.700,02 ABŞ dolları, cərimə borcu üzrə 3.902,32 ABŞ dolları, cəmi 67.602,34 ABŞ dolları; 08.12.2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 20.000,00 manat, faiz borcu üzrə 1.973,62 manat, cərimə borcu üzrə 1.714,59 manat, cəmi 23.688,21 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) yönəldilməli, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 8.717,94 ABŞ dolları, 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 13.564,07 ABŞ dolları, 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 5.595,08 ABŞ dolları, 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə 67.602,34 ABŞ dolları, 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə 23.688,21 manat borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağının (6 saylı mənzil) ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzil) tutma yönəldilməli və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun azyaşlı övladı X9 çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh3 qanun üzrə vərəsəsi Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 11.09.2013cü il tarixli 34Y/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12.01.2015-ci il tarixli 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 7.869,00 ABŞ dolları, faiz borcu üzrə 644,80 ABŞ dolları, cərimə borcu üzrə 204,14 ABŞ dolları, cəmi 8.717,94 ABŞ dolları; 03.02.2015-ci il tarixli 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 12.131,00 ABŞ dolları, faiz borcu üzrə 1.056,30 ABŞ dolları, cərimə borcu üzrə 376,77 ABŞ dolları, cəmi 13.564,07 ABŞ dolları; 12.05.2015-ci il tarixli 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 4.996,63 ABŞ dolları, faiz borcu üzrə 598,45 ABŞ dolları, cəmi 5.595,08 ABŞ dolları; 08.12.2015-ci il tarixli 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 60.000,00 ABŞ dolları, faiz borcu üzrə 3.700,02 ABŞ dolları, cərimə borcu üzrə 3.902,32 ABŞ dolları, cəmi 67.602,34 ABŞ dolları; 08.12.2015-ci il tarixli 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 20.000,00 manat, faiz borcu üzrə 1.973,62 manat, cərimə borcu üzrə 1.714,59 manat, cəmi 23.688,21 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutulsun. Tələb ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzilinə) yönəldilsin, bu əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 34Y/13-3 saylı əlavə kredit müqaviləsi üzrə 8.717,94 ABŞ dolları, 34Y/13-4 saylı əlavə kredit müqaviləsi üzrə 13.564,07 ABŞ dolları, 16mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə 5.595,08 ABŞ dolları, 34Y/13-5 saylı əlavə kredit müqaviləsi üzrə 67.602,34 ABŞ dolları, 34Y/13-6 saylı əlavə kredit müqaviləsi üzrə 23.688,21 manat borcu, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağının (6 saylı mənzil) ilkin satış qiymətinin 140.000 manat məbləğində müəyyən edilsin, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 3 otağına (6 saylı mənzil) tutma yönəldilsin və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun azyaşlı övladı X9 çıxarılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3632/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3632/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver