Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3643/2022 20.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankına qarşı “tutulmanın qanunsuz hesab olunması və vəsaitin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əmək haqqının tuitulmasının qanunsuz hesab edilərək tutulmanın dayandırılması, tutulmuş 350 manat məbləğində vəsaitin geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-12/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə 36555,17 ABŞ dolları tutularaq "xxxx" ASC-yə ödənilməsi və eyni zamanda tutmanın ipoteka predmeti olan “Subaru Legasy” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qət edilmişdir. Qətnamənin icrası Sabunçu rayon İcra Şöbəsinə həvalə olunmuş, icra tədbirləri çərçivəsində ilkin olaraq nəqliyyat vasitəsinin açıq hərracda satılması üçün icra məmurunun tələbi əsasında icra şöbəsinə dəvət olunmuş, nəqliyyat vasitəsini könüllü olaraq icra şöbəsinə təhvil vermiş və bundan sonra nəqliyyat vasitəsi ona saxlanca verilmişdir. Daha sonra nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin rəy təqdim edilməmişdir. Bu səbəbdən indiyədək nəqliyyat vasitəsinin açıq hərracda satılması baş tutmamışdır. Buradan da görünür ki, icra sənədinin icrası ilə bağlı aparılan ilkin icra tədbiri kimi nəqliyyat vasitəsinin açıq hərracda satılması hələ qalmaqdadır. Qanunvericiliyin tələbinə görə icra sənədi ilkin olaraq tutmanın ipoteka predmeti olan nəqliyyat vasitəsinə yönəldiyi hissə icra olunmalı, daha sonra isə icra sənədi üzrə digər ( pulun tutulması) hissəsi icra olunmalıdır. X4 adına kitabxanada işləyir və 669 manat əməkhaqqı alır və əməkhaqqı üzrə kart hesabı Azərbaycan Beynəlxalq Bankındadır. İyun ayı üçün nəzərdə tutulan əməkhaqqını almaq üçün ona məxsus plastik kartı 01 iyul 2022-ci il tarixdə bankomata daxil etdikdə əməkhaqqının Beynəlxalq Banka olan borca görə tam çıxıldığını gördü. Bundan sonra o, bankın baş ofisinə getdi, orada ərizə yazaraq əməkhaqqından tutulmanın qanunsuz olduğunu və tutulmuş vəsaitin geri qaytarılmasını bildirdim, ertəsi gün əməkhaqqımdan 319 manat mənə geri qaytarıldı, 350 manat isə geri qaytarılmadı. Bankın baş ofisindən mənə bildirildi ki, hazırda sizə 319 manat geri qaytarılsa da, növbəti aydan əməkhaqqınızdan tam tutulma edəcəyik. Bundan sonra mən tutulmanın qanunsuz olduğunu və bununla bağlı məhkəmədə iddia qaldıracağımı bildirdi. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrası onun əməkhaqqına yönəlməmiş, bununla bağlı icra məmuru tərəfindən qərar qəbul olunmamışdır. Qanunvericiliyin tələbinə görə icra sənədinin icrası ilə bağlı tədbirləri icra məmurları həyata keçirir, tələbkarın icra sənədi üzrə icra məmurunun səlahiyyətlərini həyata keçirməyə hüququ yoxdur və bu səbəbdən də hesab edir ki, cavabdehin bu hərəkəti tam qanunsuzdur. Buna görə də, cavabdeh tərəfindən onun əməkhaqqından edilmiş tutulma qanunsuz hesab olunmalı və alınmış vəsait ona geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmdən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının banka olan borcu ilə bağlı qətnamə qəbul edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bank iddiaçının kartından maksimum 50%-ə qədər məbləğdə pul tuta bilər. Pulu sistem özü silir. Bank ona müdaxilə edə bilmir. Daha sonra pul karta geri qaytarılır. Hesab olunur ki, iddiaçının tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Qeyd edilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(008)-12/2018 saylı mülki iş üzrə İcra vərəqəsindən görünür ki, məhkəmənin qətnaməsinə əsasən cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 27577.17 ABŞ dolları borcu üzrə 8778 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 36555,17 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi "xxxx" ASCnin qarşısında ipoteka ilə yüklü edilmi. **-KO-*** dövlət qeydiyyat nişanlı “Subaru Legasy” markalı minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması, avtomobilin satışından əldə olunacaq məbləğdən cəmi 36555,17 ABŞ dolları borcun iddiaçı"xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı 36555,17 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, iddiaçının borcu **- KO-*** dövlət qeydiyyat nişanlı “Subaru Legasy” markalı minik avtomobilə yönələrək, avtomobil açıq hərrac yolu ilə satılması nəzərdə tutulmuşdur. İcra vərəqəsinin icrası ilə bağlı borclu icra şöbəsinə dəvət olunmuş, cavabdeh özü könllü şəkildə avtomobili icra şöbəsinə təhvil vermişdir. Daha sonra **-KO-*** dövlət qeydiyyat nişanlı “Subaru Legasy” markalı minik avtomobil İddiaçı məsul saxlanca verilmiş, borcluya AR CM-nin 303-cü maddəsi izah olunmuşdur. Sözügedən avtomobilin tam istifadəyə yararsız olduğu tərəflərindən müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-12 saylı xx.xx.2018ci il tarixli icra vərəqəsinə əsasənborclu İddiaçı məxsus **-KO-*** dövlət qeydiyyat nişanlı “Subaru Legasy” markalı avtomobilin qiymətləndirilməsi üçün mütəxəssis dəvət edilmiş, xx.xx.2021-ci il tarixli cavab məktubundan isə görünür ki, qeyd olunan minik maşınının tələbkarı aşkar edilmədiyi üçün iş icra olunmadan geri qaytarılmışdır. Beləliklə, işin mübahisələndirilən hallarından aydın oldu ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan "xxxx" ASC-nin xeyrinə 36555,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan **-KO-*** dövlət qeydiyyat nişanlı “Subaru Legasy” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması qət edilmişdir. Lakin, müəyyən səbəblərə görə avtomobilin açıq hərracdan satılması mümkün olmamışdır. Hal-hazırda iddiaçı borcun ödənilməsi üçün onun hazırki maaşından tutulmaların olduğunu iddia edərək, tutulmanın dayandırılmasını, tutulan 350 manat məbləğində və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi isə iddia tələbinin əsassız olduğunu bildirərək, bank tərəfindən iddiaçının maaş kartından tutulmalara müdaxilə edilə bilmədiyini qeyd edir və bank tərəfindən tutulan məbləğlərin iddiaçıya geri qaytarılacağını bildirir. Həmçinin, məhkəmə baxış iclasında o da müəyyən edildi ki, iddiaçı sonradan banka müraciət etmiş və məbləğlər onun kartına geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Əvvəla, iddia ərizəsində göstərdiyi halları (əmək haqqından pulun qanunsuz tutulması) iddiaçı sübut etməlidir. Çünki, bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin, iddiaçı bu halları sübut edə bilmir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankına qarşı “tutulmanın qanunsuz hesab olunması və vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3643/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3643/2022
20.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver