Məhkəmə qərarları › İş №2(006)-3650/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3650/2024

06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3650/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 2530 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin, dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin, 2500 manat məbləğində mənəvi zərərin əvəzinin, 800 manat məbləğində çəkilmiş hüquqi xidmətə görə xərcin, ümumilikdə 6035.50 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 03 yanvar 2024-cü il tarixdə dostu X2 onunla birlikdə a nöqtəsindən b nöqtəsinə gedərkən mülkiyyətçisi olduğu “X6 Rover” (minik) markalı, **-MF- *** dövlət qeydiyyat nişanlı avtomobili faktiki olaraq idarə edərkən DYP əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblərin pozulması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən 21 gün sonra, yəni 23 yanvar 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bildirir ki, avtonəqliyyat vasitəsi 2016-cı il buraxılışlı olmuşdur və zavod tərəfindən istehsal olunan, zavod şərtlərinin tələblərinə tam şəkildə tabe olan hərhansısa kəsilmə, əlavə qaynaq və sair işlər görülmədən 2018-ci ilin detallarına yığılmışdır. Zavod detallarına uyğun olması və digər faktlar rəsmi rəsmi servisdən verilən arayışlarla təsdiq edilib. İnzibati xəta haqqında protokoldan və qərardan narazı olduğumuz üçün məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN- nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, əməldə inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə araşdırılma aparlarkən müəyyən edilmişdir ki, avtonəqliyyat vasitəsi 2016-cı il buraxılışlı olmaqla zavod tərəfindən istehsal olunan, zavod şərtlərinin tələblərinə tam şəkildə cavab verən, hər hansısa kəsilmə, əlavə qaynaq və sair işlər görülmədən 2018-ci ilin detallarına uyğun olaraq yığılmışdır. Avtonəqliyyat vasitəsinin zavod detallarına uyğun olması və digər faktlar rəsmi servisdən verilən arayışlarla təsdiq edilir. Belə ki, "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, avtomobilin 7 adda avadanlığı dəyişdirilmiş və həmin avadınlıqlar heç bir kəsmə və doğrama işi aparılmadan, yekunda isə yoxlanış aparılaraq dəyişdirilmiş və təhvil verilmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən verilən arayışdan da görünür ki, işiq cihazları yoxlanılıb və zavod standartlarına uyğundur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məxsus “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin servisinə daxil olmuş, avtomobildə hər hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələrilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön i uman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən 5n fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktından müəyyən edilir ki, Land Rover” markalı **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il turixdə sevisə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. jQäbaq və arxa hissəsinin sökülübyığılması xidməti göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə işin hallarına əsasən müəyyən etmişdir ki, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında qərar qəbul edilərkən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Qeyd əlunan xətanın tərkib əlamətinin yaranması üçün normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, qeyd olunan nəqliyyat vasitəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək olan müddət ərzində ön kapot, ön radiator barmaqlığı, ön fənərlər, ön bamper, ön duman əleyhinə işıqlar, arxa banper, arxa işıqlarda dəyişikliklər edilmişdir. Həmin arayışa əsasən qeyd olunan dəyişikliklər tam standartlara uyğundur. Nəticədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş № 3(004)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X1 şikayətinin qismən təmin olunması, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X4 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməsi, Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Həmin qərardan sonra nə apellyasiya şikayəti verilmiş nə də başqa addımlar atılmamışdır. Qeyd edilməsi zəruridir ki, fevral ayından bu günədək DYP idarəsinə müraciətlərim nəticəsində qətnamənin icra edilməsi üçün aidiyyatı üzrə göndərildiyi bildirilmiş və başqa da heçnə bildirilməmişdir. Hazırda hesab edir ki, avtonəqliyyat vasitəsinin 21 gün müddətində cərimə duracağında saxlanıldığı üçün mənə dəymiş zərərin əvəzi qaytarılmalıdır. Belə ki, 21 gün ərzində o avtomobilsiz qalmış və öz şəxsi və digər ehtiyyaclarını qarşılamaq məqsədilə icarə avtomobil götürmüşdür. 21 gün avtomobilsiz qalmış və bu 21 gün ərzində də avtomobilinin parametrlərinə uyğun olan bir avtomobili icarəyə götürərək gündəlik 230 manat olmaqla ümumilikdə 2530 manat icarə haqqı ödəmişdir. Qoşmaya əlavə edilmiş AY300 Rent a Car tərəfindən verilmiş avtomobilin icarə müqaviləsindən və mədaxil qəbzdən də göründüyü kimi qeyd etdiyi faktlar öz təsdiqini tapmışdır. Qoşmaya əlavə edilmiş məhkəmə qərarının surətindən də göründüyü kimi tərtib edilmiş protokol ləğv edilmişdir. Qoşmaya əlavə edilmiş DYP və digər yuxarı səlahiyyətli orqanlar tərəfindən göndərilən cavab məktublarından da göründüyü kimi tərəflərindən cərimə məbləği tam şəkildə ödənilmişdir. Cərimə məbləği faizlər hesablanıldığına görə artıq sürücülük hüququ məhdudlaşdırılırdı buna görə də məcbur qalıb cəriməni ödəmişlər. Hazırda hesab edir ki, avtomobilsiz qaldığı müddətlər ərzində icarə avtomobil xərcinin əvəzi, ödənilmiş cərimə məbləğinin əvəzi və vurulmuş mənəvi zərərin əvəzi kompensasiya olaraq ona ödənilməlidir. Qeyd edilməsi zəruridir ki, səlahiyyətli orqanlara şikayətlərin yazılması, hüquqi xidmətə görə müqavilənin bağlanılması və digər xərclərə görə də tərəfindən 800 manat məbləğində xərclər çəkilmişdir ki, bu da cavabdehdən tutulub ona ödənilməlidir. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, xx.xx.2024-cü il tarixində o idarəyə dəvət edilmiş və şərlənərək guya polisin qanuni tələblərinə məhəl qoymamış və nəticədə buna görə də o j\m inzibati cərimələnərək 1 gün də polis bölməsində saxlanılmışdır. Bütün bunlar da vurulmuş zərərin əhatə dairəsinə aid edilməlidir. Daha sonra iddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu “iddia tələbinin artırılmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin, dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin, 2500 manat məbləğində mənəvi zərərin əvəzinin, 800 manat məbləğində çəkilmiş hüquqi xidmətə görə xərcin, ümumilikdə 8335.50 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş № 3(004)-525/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nzərədə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 150 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin İş № 3(004)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X1 şikayətinin qismən təmin olunması, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin baş polis leytenantı X4 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilməsi, Qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimənin silinməsi qərara alınmışdır. Həmin qərardan görünür ki: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Yol Patrul Xidmətinin polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü E.A.Hüseynzadə 03 yanvar 2024-cü il tarixdə, saat 15:06-da idarə etdiyi “X6 Rover” (minik) markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş qaimədən müəyyən edilir ki, “Land Rover” markalı **- MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə servis xidməti göstərilməsi üçün qəbul edilmiş, orada elektron diaqnostikadan keçirilmiş və faraları tənzimlənmişdir, verilən texniki rəyə əsasən ön faraların işığı yayma bucaqları tam standartlara uyğundur, heç bir nasazlıq aşkar edilməmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı məxsus “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin servisinə daxil olmuş, avtomobildə hər hansı kəsmə və doğrama işi aparılmadan müştərinin təqdim etdiyi aşağıdakı ehtiyat hissələri avtomobilin eyniadlı hissələri ilə əvəzlənmişdir: 1) Ön kapot, 2) On radiator barmaqlığı, 3) Ön fənərlər, 4) Ön bamper, 5) Ön duman əleyhinə işıqlar, 6) Arxa banper, 7) Arxa işıqlar. Avtomobil müştəriyə təhvil verilərkən ön fara, dönmə və qabarit işıqları yoxlanılaraq təhvil verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təmir aktından müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə sevisə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Qabaq və arxa hissəsinin sökülüb-yığılması xidməti göstərilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Land Rover” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - AY300 Rent a Car tərəfindən verilmiş avtomobilin icarə müqaviləsindən və mədaxil qəbzdən də görünür ki, Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu avtomobili icarəyə götürərək gündəlik 230 manat olmaqla ümumilikdə 2530 manat icarə haqqı ödəmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, hazırkı iddia tələbi 4 hissədən ibarətdi:

1. vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin,

2. dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin,

3. 2500 manat məbləğində mənəvi zərərin əvəzinin,

4. 800 manat məbləğində çəkilmiş hüquqi xidmətə görə xərcin ona ödənilməsindən ibarətdir. Məhkəmə iddia tələbinin “vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, vurulmuş zərərin əvəzi olaraq 21 gün üzrə 1 gün hesabı ilə 230 manat olması nəzərə alınaraq ümumilikdə 4830 manat avtomobilin icarə xidmətinə görə ödənilən ödənişin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin məhkəmə tərəfindən “Rent a car”-a sorğu göndərilərək 2016-cı il buraxılışlı “X6 Rover” markalı avtomobilin günlük və aylıq icarə məbləğləri barədə məhkəməyə ətraflı məlumat verməklərini, həmçinin AR DİN Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X5 Şöbəsinə sorğu göndərilərək yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayonu RPİ-nin DYPŞ-nə göndərilmiş inzibati xəta haqqında iş barədə məhkəməyə ətraflı məlumat verməkləri xahiş edilmiş, lakin həmin yerlərdən hər hansı məlumat təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə iddia tələbinin “dəbbə pulu ilə birlikdə ödənilmiş 205.50 azn cərimə məbləğinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Belə ki, iddiaçı özünün güman etdiyi pozulmuş hüququnun müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi iddiaçının ödənilmiş 205.50 azn cərimə məbləğinin cavabdeh tərəfindən ona ödənilməsi barədə tələb irəli sürdüyü cərimə X2 tərəfindən ödənilmişdir. Göründüyü kimi iddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu iddia qaldıraraq X2 tərəfindən ödənilmiş 205.50 manat cərimənin Azərbaycan Respublikası Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi iddiaçının belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə əsassızdır və rədd edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərər ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyi üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 800 manat hüquqi xidmətin göstərilməsinin əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırda iddia tələbi əsas hissələrdə rədd edildiyindən iddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlu tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Əfəndı̇ yev Sı̇ racəddin Rasim oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar