Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3653/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin xitam olunması ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə öhdəliklərin xitam olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla ləğv prosesində olan "xxxx" QSC arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə xitam olunması və bu barədə qeydin Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemində yerləşdirilməsinin Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla ləğv prosesində olan "xxxx" QSC arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bank ləğvetmə prosesində olduğundan, dəfələrlə müraciət edərək ödənişləri həyata keçirmək istədiyini bildirsə də, bank ləğv olunduğundan və ləğvedicisi təyin edilməyindən ödənişləri həyata keçirə bilməmişdir, kredit müqaviləsi üzrə ümumilikdə 4108.57 manat məbləğində borc yaranmışdır. "xxxx" QSC ləğv olunduqdan sonra məhkəmə qaydasında ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin edilsə də, cavabdeh vaxtında məhkəməyə müraciət etmədiyindən iddia müddəti ötürülmüş və kredit müqaviləsinin əsli və digər sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 478/2021 saylı qətnaməsilə ləğv prosesində olan "xxxx" QSC-nin ona qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Lakin, hazırki vaxtadək Azərbaycan Mərkəzi Bankının elektron sistemində onunla "xxxx" QSC arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4108.57 manat borcun ödənilmədiyi əksini tapmışdır. Bunun nəticəsində isə başqa kredit təşkilatlarından ona kredit verilməsi mümkün olmamışdır. "xxxx" QSC ləğv edildiyindən ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliklərin xitam olunması və onun banka hər hansı borcunun olmaması barədə arayış verilməsini tələb etsə də, Nizami Rayon Məhkəməsinin qətnaməsində Əmanətlərin Sığortalanması Fonduna icra ediləcək hər hansı öhdəlik qoyulmaması əsası ilə müraciətini təmin etməkdən imtina etmişlər. Bu isə onun hüquqlarını pozur. Onunla bank arasında kredit müqaviləsi 2014-cü il tarixdə bağlandığından və Mülki Məcəllədə kredit öhdəliklərinin yerinə yetirilməməsinə görə iddia müddəti artıq ötürüldüyündən, eyni zamanda eyni tərəflər arasında, eyni mübahisəyə dair, eyni predmet barəsində məhkəmə qətnaməsi mövcud olduğundan cavabdehin ona qarşı borcun ödənilməsi tələbinə dair iddia qaldırmaq hüququ yoxdur. İddia qaldırsa belə, həmin iddiaya məhkəmə qaydasında baxılması mümkün deyildir. Bu səbəbdən hesab edilir ki, onunla LPO "xxxx" QSC arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin xitam olunması və bu barədə qeyd Azərbaycan Respublikası Mərkəzi Bankının elektron sistemində yerləşdirilməlidir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, 02 sentyabr 2014cü il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəlik qoyulması və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı 5.000 manat məbləğində kredit verilmiş, hazırda onun əsas borc üzrə 1.936,45 manat, faiz borcu üzrə 2.573,12 manat qalıq borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, xx.xx.2014-cü il tarixli, 1xx/xx/7972/14 saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-478/2021 saylı qətnaməsilə iddiaçı QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək (əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi) hər hansı bir öhdəlik qoyulmamışdır. Beləliklə, işin mübahisələndirilən hallarından aydın oldu ki, İddiaçı ilə LPO QSC "xxxx" KB arasında xx.xx.2014-cü il tarixli, 1xx/xx/7972/14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı LPO QSC "xxxx" KB-dən 36 ay müddətinə qaytarmaq şərtilə 5.000 manat məbləğində kredit götürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Ləğv Prosesində olan QSC "xxxx" KB-nin cavabdeh İddiaçı qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-478/2021 saylı qətnaməsilə cavabdeh vaxtında məhkəməyə müraciət etmədiyindən iddia müddəti ötürülmüş və kredit müqaviləsinin əsli və digər sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, ləğv prosesində olan "xxxx" QSC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 22 aprel 2022-ci il tarixli cavabdeh tərəfindən verilən cavab məktubundan göründüyü kimi cavabdehin üzərinə iddiaçının tələbi ilə bağlı hər hansı bir öhdəlik qoyulmamışdır. Hazırda iddiaçı cavabdehin üzərinə kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəliyin qoyulması və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “02 sentyabr 2014-cü il tarixli kredit müqavilə üzrə LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəlik qoyulsun və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 02 sentyabr 2014-cü il tarixli kredit müqavilə üzrə LPO "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə əməliyyat sistemindən kreditin qalıq borcunun silinməsi ilə bağlı öhdəlik qoyulsun və cavabdeh banka borcun olmasına dair qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi cavabdehə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3653/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3653/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver