Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3679/2020 19.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı cavabdehlər “X1” ASC və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) “pul və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “X1” ASC və Cavabdeh2 ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizəçi tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən halları isə iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmçinin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş İddiaçı dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi barədə vəsatəti ilə əlaqədar bildirirəm ki, xx xxxxx 2004-cü il tarixli 643- İİQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 7, maddə 505) ilə “Məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və onların məbləğinin azaldılması”na dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 111-ci maddəsi çıxarıldığından vəsatətin təmin edilməsi mümkün olmamışdır. Hesab edirəm ki, iddia ərizəsinin verilməsi zamanı MPM-in tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər “X1” ASC və Cavabdeh2 ASC-yə (Azərbaycan Respublikasının Mərkəzi Bankı 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3679/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3679/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver