Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3695/2019 08.07.2019 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh ilə Bakı şəhəri 19 saylı notariat kontorunda 07.04.2016-cı il tarixli kredit müqaviləsi bağladılar. Həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 25000 (iyirmi beş min) ABŞ dolları ekvivalenti ilə 38750 manat borc pul vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh 07.07.2016-cı il tarixə qədər həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə olaraq 07.01.2017-ci il tarixdə iddiaçı cavabdehə 9050 ABŞ dolları borc vermişvə Cavabdeh bu məbləği götürməyi barədə kredit müqaviləsinin arxa hissəsində öz xətti ilə qeyd apararaq imza etmişdir. Beləliklə cavabdehin bu müqavilə ilə borcu 34050 ABŞ dolları təşkil edir. Bundan başqa, İddiaçı iş üzrə Cavabdeh ilə Bakı şəhəri 19 saylı notariat kontorunda 18.05.2018-ci il tarixli kredit müqaviləsi bağladılar. Həmin kredit müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 51.000 manat borc pul vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh 18.10.2018-ci il tarixə qədər həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh boş vədlər verərək həmin borcları qaytarmamışdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 07.04.2016-cı il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca görə 34.050 ABŞ dolları manat ekvivalenti ilə 54.135 manat və Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış 18.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borca görə 51.000 manat, cəmi 105.135 manat pul vəsaitinin, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 07 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 38750 manat (25.000 ABŞ dolları) borc pul vermişdir. Eyni zamanda, 07.07.2017-ci il tarixdə Cavabdeh İddiaçı 9050 ABŞ dolları borc pul götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti 07.07.2016-cı il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu H.H.Hacızadə tərəfindən təsdiq edilmiş 18 may 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 51000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti 18.10.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 38750 manat (25.000 ABŞ dolları), 9050 ABŞ dolları və 51000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğlərini müqavilələrdə nəzərdə tutulmuş vaxtlarda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixlərdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə araşdırması zamanı, habelə məhkəmə iclasında iddiaçının verdiyi izahatdan aydın olur ki, iddiaçı cavabdehə 25000 ABŞ dolları və 9050 ABŞ dolları məbləğində borc pul verərkən manatın dollara nəzərən rəsmi məzənnəsi 1,55 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehdən kredit müqavilələri üzrə ümumilikdə 105135 manat pul tələb etməkdə haqlı deyildir. Belə ki, iş materiallarından göründüyü kimi 07.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə borc 52.777,50 manat (34050 ABŞ dolları x 1,55 manat), 18.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 51000 manat olmaqla, ümumilikdə 103.777,50 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəməhesabedirki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 07.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə 52.777,50 (əlli iki min yeddi yüz yetmiş yeddi manat, əlli qəpik) manat, 18.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 51.000 (əlli bir min) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 103807,50 (bir yüz üç min səkkiz yüz yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə 52.777,50 (əlli iki min yeddi yüz yetmiş yeddi manat, əlli qəpik) manat, 18.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə 51.000 (əlli bir min) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 103807,50 (bir yüz üç min səkkiz yüz yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3695/2019
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3695/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver