Məhkəmə qərarları › İş №2(006)-3712/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3712/2022

22.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3712/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “medalla təltif olunma” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı medalla təltif olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 qarşı edilmiş haqsızlıq və məsuliyyətsizliyi dərindən araşdıraraq N saylı hərbi hissənin komandanlığının cinayət məsuliyyətinə cəlb edilməsini və oğlu X1 Azərbaycan Respublikası Prezidentinin Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallar ilə təltif edilməsi haqqında imzaladığı Sərəncamlara uyğun olaraq medallarla təltif olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı olmadığından, qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, mübahisələndirilən hüquq münasibəti mülki hüquqla tənzimlənən münasibətlər dairəsinə daxil deyil. Bu münasibətlər publik hüquq normaları ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hərbi hissənin üzərinə hər hansı öhdəliklər qoymaq birinci instansiya məhkəməsi olan rayon məhkəmələrinin səlahiyyətlərinə daxil deyildir. Göründüyü kimi hazırki iddia tələbinə baxılması ümumi məhkəmənin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.6-cı maddəsinin tələblərinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “medalla təltif olunma” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.6, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “medalla təltif olunma” tələbinə dair mülki iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçıya izah edilsin ki, qeyd olunan məsələ ilə əlaqədar olaraq inzibati orqana müraciət etmək, həmin orqan bundan imtina etdikdə, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar