Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3715/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşma çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğinin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat pulun Cavabdeh Şahmalı oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015- ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2 (006)- 4110/2017 nömrəli qətnaməsi ilə nikahı pozulmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 iddiaçının himayəsinə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(006)-3661/2017 nömrəli qətnaməsi ilə 10.12,2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh Şahmalı oğlundan 160 manat sabit pul məbləği tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 avqust 2021-ci il tarixli 2(006)-5260/2021 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh 175 manat sabit pul məbləği tutularaq mənə ödənilməsi qət edilmişdir. Uşağın bütün qayğısını ehtiyacını iddiaçı və atası çəkir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatları ödəmək tək qadın olaraq mənə çox çətindir, çünki atası təqaüdçüdür. Övladı məktəblidir, məktəb və təhsil xərclərinə hər ay maddi ehtiyac yaranır. Məktəb hazırlıqlarına xeyli miqdarda xərc çəkir. Övladınıın hərtərəfli inkişafı üçün digər dərnəklərə, idmana və musiqiyə cəlb etmək istəyir, ona görə də bu işdə cavabdeh də maddi köməklik etməlidir. Sonradan - 12 avqust 2022-ci il tarixdə Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, 2017-ci ildən qızım Ayla Hacızadənin saxlanılması üçün İddiaçı hər ay boğazımdan kəsərək. 175 manat aliment ödədiyim halda, o. qərəzlə və aidiyyəti sübut təqdim etmədən alimentin artırılıb. 300 manat müəyyən edilməsinə dair iddia qaldırmış, hətta mediatora ödədiyi 50 manatı məndən tələb etmişdir. Lakin onun həmin iddiası aşağıdakılara görə əsassızdır. Əvvəla. qeyd etməliyəm ki, uşağı hər iki valideyn saxlamalıdır. Uşağın saxlanılmasım təkcə atanın üzərinə qoymaq Ailə Məcəlləsinə ziddir. Azərbaycan Respuolikasının Milli Məclisi 2022-ci il üçün yaşayış minimumunu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən etmişdir. Bu o deməkdir ki, mən və ailə üzvlərim əmək qabiliyyətli kimi minimum 220 manat almalıyıq, uşağıma isə mən əmək haqqımdan 96.5 (193:2=96.5) manat verməliyəm. Alimentin artırılmasına dair iddianın nə sübutu, nə də məntiqi yoxdur. Alimert o zaman alına bilər ki, uşağından ayrı yaşayan valideynin gəlirində müsbətə doğru dəyişiklik olsun. Məndə isə köhnə hamam, köhnə tasdır, əksinə, ailəmin xərcləri artmışdır. 2 il bundan qabaq oğlum ADU-ya ödənişli qayda ilə qəbul edilmişdir. Təhsilinin davam etdirilməsi üçün hər il universitetə 2500 manat, yəni ayda təxminən 280 manat ödəməlidir. İşsizəm, xx.xx.2017-ci ildən, yəni ondan aliment tutulan vaxtdan bu günə qazancında hər hansı dəyişiklik olmamışdır. İddiaçı qızım Ayla Hacızadənin saxlanılması üçün alimentin artırılmasına dair iddiası əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi - X4 iddia tələbinin təmin olunmasını və məhkəmənin baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3661/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Şahmalı oğluna qarşı «aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, 10 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 mart 2017-ci il tarixdən başlayaraq, hər ay 136 manat 60 qəpik sabit pul məbləğində alimentin Cavabdeh Şahmalı oğlundan tutularaq İddiaçı verilməsi; 10 dekabr 2015-ci il təvəllüdlü X5 üç yaşı tamam olana kimi 17 mart 2017-ci il tarixdən başlayaraq hər ay 30 manat sabit pul məbləğində alimentin Cavabdeh Şahmalı oğlundan tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5260/2021 saylı qətnaməsindən görünür ki, 10 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-3661/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Şahmalı oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ 762284 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş, anası İddiaçı, atası Cavabdeh Şahmalı oğludur. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış və protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəməyi öhdəsinə götürdü. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən 10 dekabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2022-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 10 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli və iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat məbləəğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3715/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3715/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver