Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3719/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X27 oğlunun katibliyi ilə İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X12 və X15 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X12 və X15 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində ekspress poçt vasitəsilə ərizəçi İddiaçı1 tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakın (birotaqlı mənzilin) 1/2 hissəsi üçün “Notariat haqqında” Qanunun 19-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq X3 adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında ərizə və sənədlərin surəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X12 göndərilmişdir. xx.xx.2022-ci il tarixində notarius İddiaçı1 ərizəsinin təmin edilməsinin qeyrimümkünlüyü haqqında cavab məktubunu nümayəndə V.İddiaçı3 əlbəəl vermişdir. X1 ünvanlanmış ərizədə İddiaçı1 bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla cəzalandırılan əməllərin törədilməsi və maraqlı şəxs X13 əlbirliyi ilə cəzalandırılan əməllərin törədilməsi, ərizəçi İddiaçı1 sağlamlığına ağır zərərin vurulması və bütün Fominlər ailəsinin qətlə yetirilməsi və zorlanması təhdidləri faktları təsvir edilmişdir. Ərizəçi İddiaçı1 müntəzəm olaraq 2006-cı ildən 2023-cü ilə qədər bir otaqlı mənzilin ½ payına görə ödəniş etmişdir, ½ payı qanuna əsasən faktiki qəbul etmişdir. 28 aprel 2015-ci il tarixində Səbail Rayon Məhkəməsi tərəfindən 2(009)-1083/2015 №-li mülki iş üzrə vətəndaşlıq vəziyyəti aktlarına müvafiq olmayan qərar qəbul edilmişdir. Qərarın birinci səhifəsində Nadejda İvanovnanın soyadı göstərilmədən X10 arvadı kimi qeyd edilmişdir, yəni sübutlar saxtalaşdırılmışdır və Səbail Rayon Məhkəməsinin qərarı üzrə əmlakın 1/2 payı X14 verilmişdir, hansı ki, sonradan xx.xx.2017-ci il tarixində İsrail dövlətinin vətəndaşı kimi İsrail Dövlətində vəfat etmişdir. Açılmış 2V-475 №-li notarial işə əsasən İddiaçı1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4785/2015 saylı, xx.xx.2015-ci i tarixli xüsusi icraat işi üzrə ölmüş hesab edilən X4 vərəsəsi hesab edilmişdir, həmin işdə sübutlar saxtalaşdırılaraq X16 (X4 atası) X17 arvadı kimi göstərilmişdir və bu İddiaçı1 əmlakının özgəninkiləşdirilməsinə səbəb olmuşdur: ünvan 2 ünvanında yerləşən üçotaqlı mənzil (1/2 pay);ünvan 3 ünvanında yerləşən texniki qeyriyaşayış sahəsi (1/2 pay); ünvan 1 ünvanında yerləşən birotaqlı mənzil. 2015-ci ildə X18 varis İddiaçı1 haqqında bilərək bağışlama müqaviləsinə əsasən həmin payı X11 ölmüş hesab edilənə qədər öz doğma qızı Cavabdeh2 vermişdir. 2006-cı ildə X11 öz atası 14 yanvar 2006-cı il tarixində vəfat etmiş X10 varisi olaraq, 41-ci notarial kontorun notariusuna müraciət etmiş və mirası tam həcmdə qəbul etmişdir: Bakı şəhəri Səbail rayonunda yerləşən bir otaqlı mənzili, Bakı şəhəri Yasamal rayonunda yerləşən texniki qeyri-yaşayış sahəni. İddiaçı1 hesab edir ki, X7 və sonradan onun varislərini məlumatlandırmadan notarius X8 qəsdən hərəkətsizliyi külli əmlak zərərinə səbəb olmuşdur. T.A.Dadaşovun faktiki ölümü ilə əlaqədar 38-ci notarial kontorda qanunun kobud pozulması ilə vərəsəlik işi açılmışdır. Vərəsəlik işi notarius tərəfindən imzalanmamışdır, həmçinin notarius İkram Xəlilovun möhürü yoxdur. 2(103)-3851/2017 saylı mülki işdə sübutlar saxtalaşdırılaraq, X20 öz atasının hüquqi varisi hesab edilmişdir. Vərəsəlik işində bu sənədlər yoxdur: İsrail dövlətinin vətəndaşı T.A.Dadaşovun ölümü haqqında tibbi rəy, T.A.Dadaşovun ********* saylı şəxsiyyət vəsiqəsinin surəti, M.C.Dadaşovanın ********* saylı şəxsiyyət vəsiqəsinin surəti, İsrail dövlətindən İsrail dövlətinin Ədliyyə Nazirliyinin Tsav Yeruşa və ya vəsiyyətnamə üzrə X30 vərəsəlik orderləri, X2 olmaması ilə əlaqədar öz atasının nə qanun üzrə, nə də vəsiyyətnamə üzrə vərəsəsi ola bilməz. İsrail dövlətinin Tsav Yeruşa orderi olmadan X21 X13 xeyrinə imtinası heç bir hüquqi qüvvəyə malik deyildir. L.İddiaçı1 MM 1159.4-cü maddəsinə əsasən V.V.Qolubevin vərəsəsidir. İddiaçı1 və onun nümayəndələri qeyd edirlər ki, V.V.Qolubevin valideynləri vəfat etdikdən sonra onu vərəsəlikdən məhrum ediblər, sonra təhdid ediblər və sonra qətlə yetiriblər.2019-cu ilin əvvəlindən başlayaraq, mülki iş üzrə dələduzluq və sübutların saxtalaşdırılması üzrə açılan hallarla əlaqədar Cavabdeh2, Dadaşova M.C. İddiaçı1 keçmiş nümayəndəsi etibarnamə üzrə İddiaçı1 bütün işlərini aparan X22 ilə birləşərək, Fominlər ailəsini ölümlə və zorlama ilə təhdid edirlər. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41 saylı notarial ofisinin notariusu X8 hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Nəsimi rayonu 41 saylı notarial ofisin notariusunun üzərinə ünvan 1 ünvanında yerləşən mənzil üzrə ½ pay üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.4- cü maddəsinə əsasən X4 adına dördüncü növbə varisi kimi ərizəçi İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsi, qətnamə ilə birlikdə Cavabdeh2 və 41 saylı notarial ofisin notariusu X19 barədə məhkəmənin xüsusi qərardadı qəbul edilməsi və ya təqdimat üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5 (hədəqorxu), 178.3.2, 182.3.3, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə, həmçinin X4 qəsdən öldürülməsinə görə 120-ci maddə üzrə xüsusi ağır cinayət daxil olmaqla, cinayət icraatının başlanması haqqında qərarın qəbul edilməsi üçün iş materiallarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi xahiş edilmişdir. İddiaçı1 məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X19 tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onun iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X20 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X13 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1083/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X9 cavabdeh Bakı şəhəri 41 saylı Notariat Kontoruna qarşı “vərəsəlik hüququnun tanınması tələbi”nə dair iddia ərizəsinin təmin edilməsi, X9 anası – X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin ½ hissəsinə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7135/2017 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı1 apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1083/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, X9 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin anası – X6 adında açıq saxlanılmış ½ hissəsinə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 980 saylı qərarı ilə maraqlı şəxs İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 X13 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələblərinin əsasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının “xüsusi qərardad” çıxarılması ilə bağlı tələbinə qiymət verərək, hesab edir ki, məhkəmə baxışı zamanı bu halların əsaslı olması öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X12 və X15 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 41-ci notarial ofisinin notariusu X12 və X15 qarşı "vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s. tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3719/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3719/2022
19.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver