Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3725/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxx” X6 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxxxxx” X6 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxxxxx" Kommersiya Bankı ASC arasında ilkin olaraq 2014-cü ildə kredit müqaviləsi bağlanmış, 2015-ci ilin iyul ayında həmin müqavilə təzələnmişdir. İddiaçı həmin kredit müqaviləsinə görə müəyyən ödəmələr etsə də, ödəniş cədvəlinə tam əməl edə bilməmişdir. İddiaçıya sonradan məlum olmuşdur ki, “xxxxxxx" Kommersiya Bankı ASC Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsi xx xxxxxx 2016-cı il tarixdə iddiaçıdan kredit borcunun tutulması barədə qərar qəbul etmişdir. İddiaçı ikinci qrup əlildir, əlilliyə görə əmək pensiyası alır. İddiaçı təxminən 2016-cı ilin ortalarında pensiyanı çıxararkən 50%-nin azaldığını gördü. Maraqlananda məhkəmə qərarı əsasında pensiyasından 50% tutulma aparıldığı məlum oldu. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin xx xxxxxx 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki səxslərin kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına qədər tutulma aparıldı. Fərman qəbul olunandan sonra tutulma dayandırıldı.Həmin Fərmanın məzmunu ilə tanış olandan sonra iddiaçı həmin Fərmanın onunla cavabdeh "xxxxxxx" Kommersiya Bankı ASC arasında bağlanmış müqaviləyə şamil olunduğunu bilmişdir. İddiaçı Fərmanın qəbul edilməsindən sonra "xxxxxxx " Kommersiya Bankına və Mərkəzi Banka qeyd olunan Fərmanın onun kredit müqaviləsinə nə dərəcədə təsir etməsi, ona kompensasiya verilibverilməməsi barədə müraciət etdi. İddiaçıya cavab verilmədi və pensiyasından tutulmalar aparılmadı. İddiaçı belə nəticəyə gəldi ki, onun ödədikləri və Fərmanla bağlı verilən güzəştlər əsasında onun kreditlə bağlı borcu yoxdur. Lakin iddiaçı 2020-ci ilin fevral ayında pensiyasını çıxararkən yenə yarısının tutulduğunu gördü. Bundan sonra Mərkəzi Banka, DSMF-nin Lənkəran şəhər şöbəsinə müraciət etdi. DSMF- nin Lənkəran şəhər şöbəsindən iddiaçının aldığı məlumata əsasən pensiyasından hər ay 50% tutulmanın Lənkəran rayon İcra və Probasiya şöbəsi rəisinin xx.xx.2020-ci il tarixli məktubu əsasında xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən aparıldığı məlum oldu. X5 yazdığı məktubun cavablandırılması üçün cavabdeh "xxxxxxx” KB ASC-yə göndərilmişdir. "xxxxxxx" Kommersiya Bankı ASC-dən alınmış xx.xx.2020-ci il tarixli cavab məktubunda iddiaçının kredit müqaviləsinin restrukturizasiya edilməli kreditlərə aid olunduğu, lakin restrukturizasiya olunmadığı qeyd edilmiş və məhkəməyə müraciət olunmasl tövsiyə edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən iddiaçı ilə cavabdeh "xxxxxxx" KB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə Fərmanda göstərilən güzəştlər nəzərə alınmaqla tətbiq olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxxxxx" KB ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin Əmək və X3 Nazirliyi yanında DSMF-nin Lənkəran şəhər şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1922/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən borclu Lənkəran şəhəri, M.F.Axundov küçəsi, ev 15-də yaşayan İddiaçı 2581 ABŞ dolları əsas, 214,07 ABŞ dolları faiz, 50,98 ABŞ dolları cərimə olmaqla, cəmi 2846,05 ABŞ dolları ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə kredit borcunun tutularaq ünvan 3 ünvanında yerləşən tələbkar «xxxxxxx» KB ASC-yə ödənilməlidir.Hal-hazırda borclu İddiaçı oğlunun banka olan borcu 2289,62 ABŞ dolları təşkil edir. Tərəflərindən görülmüş icra tədbirləri nəticəsində borclu İddiaçı təqaüd alması faktı aşkar olunmuşdur. Odur ki, borclu İddiaçı təqaüdündən hər ay 50% tutulmaqia, cəmi 2289,62 ABŞ dolları tələbkar «xxxxxxx» Kommersiyan Bankı ASC-nin hesabına və ümumi borca hesablanmış 7% həcmində, yəni 160 ABŞ dolları icra ödənişinin Lənkəran rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsini təmin etməkdən ötrü mühasibatlığa sərəncam verilməsi xahiş edilmişdir. İşin materiallarında olan «xxxxxxx» KB ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixində müvafiq kreditin gecikmə günlərinin 360+ olmasına baxmayaraq, Banka təqdim olunan restrukturizasiya olunacaq kreditlər siyahısında mövcud deyil. Mövcud kredit borcunun restrukturizasiya edilməsi, həmçinin kredit müqaviləsi üzrə digər mübahisəli məsələlərin araşdırılması üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxxxxx" KB ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı həmin kredit müqaviləsinin restrukturizasiya edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X1 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxx” X6 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin restrukturizasiya edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxx” X6 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin restrukturizasiya edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3725/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3725/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver