Məhkəmə qərarları › İş №2(006)-3732/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3732/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3732/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X21 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 qızının iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh X8 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 113-xx.xx.2017-002916 nömrəli xx.xx.2017ci il tarixli kredit müqaviləsi üzrə 1040.31 (bir min qırx manat otuz bir qəpik) manat əsas, 0,01 (bir qəpik) manat faiz borcu, cəmi 1040.32 (bir min qırx manat otuz ik qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 qızı izahatında bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialı ilə X10 arasında bağlanmış 113xx.xx.2017-002916 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən X7 36 ay müddətinə illik 26 faizlə 1500 manat məbləğində kredit verilmişdir. X11 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ölüm faktı 01 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Resspublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə 2V-99 reyestri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Nəsimi filialı ilə X10 arasında bağlanmış 113-xx.xx.2017-002916 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X7 36 ay müddətinə illik 26 faizlə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İİ № 000082 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X5 vərəsəsi X13 ünvan 1 ünvanında miras amlakdan tam pay almalıdır. AzərbaycanRespublikasıMülkiMəcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh X12 üzərinə düşür. Lakin, mülki işdə cavabdeh X12 öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X14 vermişdir. Lakin, cavabdeh X15 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun cavabdeh X4 tutulması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. HəminMəcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, cavabdeh X1 müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçıtərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh X4 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X6 113-xx.xx.2017-002916 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1040.31 (bir min qırx manat otuz bir qəpik) manat əsas, 0,01 (bir qəpik) manat faiz borcu, cəmi 1040.32 (bir min qırx manat otuz ik qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilməlidir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. YuxarıdagöstərilənlərəəsasənvəAzərbaycanRespublikasıMPM-nin 216-220 və 222ci maddələrinirəhbərtutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 113-xx.xx.2017-002916 nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 1040.31 (bir min qırx manat otuz bir qəpik) manat əsas, 0,01 (bir qəpik) manat faiz borcu, cəmi 1040.32 (bir min qırx manat otuz ik qəpik) manat kredit borcu, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar