Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3738/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilməsi» tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 avqust 2015-ci il tarixli 2(006)-2797/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 (yüz iyirmi) aliment məbləğinin və 50 (əlli) manat müalicə xərcləri dəyişdirilərək, 18.09 2012-ci il təvəllüdlü övladları X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı aliment məbləği hər ay 200 (iki yüz) manat sabit pul məbləğində, müalicə xərcləri isə 100 manat olmaqla Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 oktyabr 2011-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012 -ci il təvəllüdlü övladları X5 anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, cavabdehlə bir yerdə yaşamaqları baş tutmamışdır. Nikahın pozulmasına dair iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı mən X3 birgə nikahdan doğulmuş xx.xx.2012 -ci il təvəllüdlü övladı X1 üçün aliment tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) 17 avqust 2015-ci il tarixli, 2(006)- 2797/2015 saylı qətnaməsi ilə nikahımızın pozulmuş, birgə nikahımızdan doğulmuş övladımızın mənim yanımda qalması və uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment, müalicə xərcləri üçün isə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarmışdır. Hazırda işsizdir, müxtəlif xəstəliklərdən əziyyət çəkir, maddi imkanı övladının gündəlik tələbatını ödəmir, hazırki bazar qiymətlərinə uyğunlaşmaq mümkünsüzdür. Hesab edirəm ki, himayəmdə olan xx.xx.2012 -ci il təvəllüdlü övladımız X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki aliment məbləği dəyişdirilərək 200 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Belə ki həmin vəsaitlə hazırki dövrdə uşağın artan tələbatını, müayinə və müalicə xərclərini ödəmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ərizə verərək, iddianı müdafiə etdiyini və iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh heç bir yerdə işləmədiyindən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və sonradan təqdim edilmiş ərizələri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, 17 avqust 2015-ci il tarixli qətnaməsi ilə, 18 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 02 aprel 2015-ci ildən başlayaraq, Cavabdeh 120 manat sabit pul məbləğində aliment və uşağın müalicəsi üçün isə 50 manat məbləğində pulun tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Notarial qaydada təsdiq edilmiş nikahın pozulması haqqında AZ-İ 308207 saylı şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə № 170 ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Nəsirova soyadı verilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 969661 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5, xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası X3, atası Cavabdehdur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1986-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatı verilmiş xx.xx.2022-ci il tarixli MŞB/5-6-3711 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X3 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat ödənildi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx.xx.2012 -ci il təvəllüdlü X5 üçün 120 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2022-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2012 -ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X2 ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni – müalicə pulun 100 manat olmasına dair hissədə rədd eidlməlidir. Belə ki, iddiaçı bu xüsuatla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2797/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3738/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3738/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver