Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3739/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından anadan olmuş 24 iyul 2009-cu il təvəllüdlü X6 və 18 avqust 2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin (vəsaitin) tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsini onunla əsaslandırdı ki, o, Cavabdeh ilə Bakı şəhəri, Səadət sarayında rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin noyabr ayının 25-i günündə 3470№ ilə qeyd edilərək nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 24 iyul 2009-cu il təvəllüdlü X10 anadan olmuşdur. Bu barədə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2009-cu il tarixdə 1400№ ilə qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. 18 avqust 2011-ci ildə qızı X8 anadan olmuşdur. Bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2011-ci il tarixdə 1664№ ilə qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və bu barədə Nəsimi rayon qeydiyyat şöbəsində 12 iyun 2020-ci ildə 146 saylı qeydiyyat aparılaraq AZ-İ № 356093 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bu məsələ ilə bağlı 4 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Təyin edilmiş mediator X4 Cavabdeh ilə əlaqə saxlamışdır. İlkin olaraq cavabdeh alimentin artırılmasına razılıq vermiş, sonradan fikrini dəyişərək, 24 iyun 2022-ci ildə saat 12.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi haqqında arayış vermişdir. Eyni zamanda Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən, ölkə üzrə 193 manat sabit pul məbləğində aliment təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq, sonda iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahilş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, hər iki uşaq üçün aylıq 340 manat məbləğində aliment xx.xx.2020-ci il tarixdən tutulur. O, hal-hazırda işləmir. Alimenti ödəməyə imkanı yoxdur. Bu səbəbdən də o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(006)-2682/2020 saylı qətnaməsilə iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə X7 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səadət sarayı tərəfindən nikahın bağlanması haqqına akt qeydləri kitabında xx.xx.2005-ci ildə 3470 nömrə ilə qeyd eidlmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları X2 yanında qalmalarının müəyyən edilnəsi, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat sabit pul məbləği olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli, AZ-İ № 356093 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikaha 30 aprel 2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 12 iyun 2020-ci il tarixdə 146 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Əsədov”, qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 sentyabr 2011ci il tarixli, AZ-İİ № 743253 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1664 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Əsədova (Əliyeva) Mətanət Aydın qızıdır. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 avqust 2009cu il tarixli, AZ-İİ № 299911 seriyalı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1400 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası Əsədova (Əliyeva) Mətanət Aydın qızıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, 24 iyun 2022-ci il tarixində 12:30-13:00 saatlarında “alimentin artırılması tələbinə dair” ailə mübahisəsi üzrə keçirilən keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh X9 ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: K.Yaqubova). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 24 iyul 2009-cu il təvəllüdlü X10 və 18 avqust 2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(006)-2682/2020 saylı qətnaməsilə iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh ilə X7 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səadət sarayı tərəfindən nikahın bağlanması haqqına akt qeydləri kitabında xx.xx.2005-ci ildə 3470 nömrə ilə qeyd eidlmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları X2 yanında qalmalarının müəyyən edilnəsi, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat sabit pul məbləği olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 340 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 2 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin hal-hazırda çalışmadığını iddia etməsi, valideynləri hər bir uşağın maddi tələbatının ödənilməsi, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması vəzifəsindən azad etmir. Uşaqların saxlanılması vəzifəsinə təkcə maddi tələbatlarının ödənilməsi daxil deyildir. Hazırda tərəflərin birgə nikahlarından olan uşaqlar iddiaçının himayəsindədir, onların bütün qayğıları ilə iddiaçı məşğul olur. Uşaqların maddi ehtiyaclarının da iddiaçının (ananın) üzərinə qoyulması ədalətli olmazdı. Ona görə də məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2682/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3739/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3739/2022
16.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver