Məhkəmə qərarları › İş №2(006)-3755/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3755/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3755/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hesab edilir ki, aşağıda şərh olunan beynəlxalq və milli qanunvericilik aktı normalarının, o cümlədən Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin tələblərinə əasən, birgə nikahlarından doğulmuş və yetkinlik yaşlarına çatmamış uşaqların mənafelərini və onların böyüdükcə artan tələbatlarını, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması şərtlərini, cavabdehin gəlirlərinin artması və İddiaçı azyaşlı uşaqların saxlanılmaları üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, 16 may 2018-ci il tarixli qətnaməsilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı və 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Belə ki, Cavabdeh işləyir, yüksək məbləğdə gəlir əldə edir. Bundan başqa qeyd edilmişdir ki, iddiaçı heç bir yerdə işləmir və övladlarını maddi cəhətdən tam təmin edə bilmir. Cavabdehlə birgə yaşadıqları müddətdə uşaqlara qulluq etməklə məşğul olduğundan müstəqil qazancı olmamışdır. Lakin, cavabdeh faktiki ayrıldığı vaxtdan bugünə kimi birgə nikahlarından doğulmuş uşaqlarının yaşayış şəraiti ilə maraqlanmamış, onların saxlanılmalarına heç bir maddi yardım göstərməmişdir. Halbuki, atanın uşaqların saxlanılmaları üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. Cavabdehin yüksək gəlirləri vardır və azyaşlı uşaqlarının yaşayış minimumu həddində deyil, normal həddə saxlanılmaları üçün kifayət qədər maddi imkanı vardır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdi. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(006)-3165/2018 saylı qətnaməsilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(006)-7336/2014 saylı müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09 aprel 2018-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu Arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə (alimentin artırılması tələbi) 08 iyul 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: A.Kərimov). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 16 fevral 2005-ci il təvəllüdlü X5 və 14 iyun 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli, 2(006)-3165/2018 saylı qətnaməsilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2014-cü il tarixli, 2(006)-7336/2014 saylı müəyyən edilən alimentin məbləğinin artırılaraq Cavabdeh 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 09 aprel 2018-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 308 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 4 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Buna görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 193 manat sabit pul məbləğində aliment X4 tutularaq İddiaçı verilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3165/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh 16 fevral 2005-ci il təvəllüdlü X2 və 14 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar