Məhkəmə qərarları › İş №2(006)-3756/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3756/2022

21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3756/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışda əsassız və qanunsuz olaraq qeyd olunan borc məbləğinin silinməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4914,19 manat əsas, 2537,99 manat faiz, cəmi 7452,18 manat borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Əlibaba oğlundan 4.914 manat 19 qəpik əsas, 2.536 manat 22 qəpik faiz, 01 manat 77 qəpik çərimə, 720 manat 07 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 8.172,25 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “Zaminbank'’ ASC-nin xeyrinə ödənilinəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO Cavabdeh ASC-nin Lcğvedicisi Əmanətlərin Sığortalanması Fondun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsini qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2219/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1861/2021 saylı 10 mart 2021-ci il qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni məhkəmə tərəfindən dəfələrlə iddiaçı LPO Cavabdeh ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun iddiası təmin edilməmişdir və həmin bankın qarşısında heç bir öhdəliyi, kredit borcu mövcud deyildir. Lakin, Ali Məhkəmənin qərarına baxmayaraq, Mərkəzləşdirilmiş kredit reyestrində həmin Bank qarşısında borclu kimi görünür. Hansısa idarələrin düzgün işləməməsi, etdiyi hansısa qanunsuzluqların əziyyətini çəkir. Hansısa idarələrin düzgün işləməməsi, etdiyi hansısa qanunsuzluqlardan dolayı imkansızlıqdan əziyyət çəkir, bankdan kredit götürməyə ehtiyacı olur, gedir banka, adına Mərkəzləşdirilmiş Kredit Reyestrində borc məbləği göründüyündən ona kredit verilmir. Dövlət işində işləyir, bütün sənədləri qaydasındadır. Ona rahat şəkildə istənilən bank kredit verə bilir. Lakin MKR-ə görə heç bir bank kredit vermir. Bu problemlə bağlı 08 aprel 2022-ci ildə cavabdehə adından sistemnən əsassız borcun silinməsi dair ərizə ilə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq 20 aprel 2022-ci il tarixli, **********605 saylı Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentin direktoru cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-874/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2( 105)-2219/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-874/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1861/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 2219/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1861/2021 saylı 10 mart 2021-ci il qərarından müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsidə dair iddia tələbi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-874/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 2219/2020 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-874/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının göstərilən qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2219/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qərardan müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən kredit müqaviləsi nə iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəməyə təqdim edilmişdir. İddiaçının istinad etdiyi kredit müqaviləsi məhkəməyə təqdim edilsə idi belə, həmin müqavilə hazırki iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməzdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 1 (105)-95/2017 saylı hökmündən isə görünür ki, iddiaçının cavabdehdən pul tələbinin əsası kimi istinad etdiyi kredit müqaviləsinin aşağı hissəsində “Borcalan” qrafasında İddiaçı qeydinin qarşısındakı, xx.xx.2010-cu il tarixli “kassa məxaric orderi"ndə "orderdə göstərilən məbləği aldım" qeydinin qarşısındakı, “Kredit sifarişimin üçüncü vərəqəsində sifariş verən şəxsin qeydinin qarşısındakı, xx.xx.2010-cu il tarixli 981 nömrəli "müddətli öhdəçilik”də “Müştərinin imzası” qeydinin qarşısındakı, xx.xx.2010-cu il tarixli ödəmə qrafıkində “İddiaçı” qeydinin qarşısındakı, “Fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri vərəqəsinin arxa üzündə “İmza nümunələri” qrafasındakı, İddiaçı xx.xx.2010-cu il tarixli ərizədə “İmza nümunələri” qrafasındakı imzaların - İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının pul tutulması tələb etdiyi kredit müqaviləsi cavabdeh İddiaçı tərəfindən imzalanmamışdır. Bu səbəbdən sözügedən müqavilə cavabdeh İddiaçı üçün hər hansı hüquq və vəzifə, o cümlədən, öhdəlik yarada bilməz. xx.xx.2022-ci il tarixli SF-24024 saylı Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, iddiaçının Ləğv prosesində olan Cavabdeh ASC-yə 4914,19 manat əsas, 2537,99 manat faiz borcu olmaqla 7452,18 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1861/2021 saylı 10 mart 2021-ci il qərarının məzmunundan müəyyən olunur ki, ləğv prosesində olan Cavabdeh ASC tərəfindən kredit müqaviləsi nə iddia ərizəsinə əlavə edilmiş, nə də məhkəməyə təqdim edilmişdir. Eyni zamanda kredit müqaviləsində və kassa məxaric orderində olan imzaların İddiaçı tərəfindən imzalanmaması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə aktları ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi İddiaçı üçün hər hansı hüquq və vəzifə, o cümlədən, öhdəlik yarada bilməz. Məhkəmə aktları ilə ümumilikdə 7452,18 manat məbləğində kredit borcunun iddiaçıya aid olmaması, onun bank qarşısında belə bir öhdəlik götürməməsi müəyyən olunmuşdur ki, bu halda məhkəmə hesab edir ki, iddiaçının adında qanunsuz qaldığından həmin borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 4914,19 manat əsas, 2537,99 manat faiz, cəmi 7452,18 manat borcun silinməsi öhdəliyi ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun və ödənilmiş 100 manat dövlət rüsumu ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar