Məhkəmə qərarları › İş №2(006)-3761/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3761/2025

17.09.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3761/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin itkin düşmüş hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin itkin düşmüş hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, babası - X1 1942-ci ildə X6 itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası - X4 xx.xx.1942-ci il tarixində Ermənistan SSR Spitak rayonu, Saral kəndində anadan olmuşdur. Atasının atası X5 1910-cu ildə Ermənistan SSR Spitak rayonu Saral kəndində anadan olmuş və 1941-ci ildə X6 iştirak etmişdir. O, ağır gedən döyüşlərdə həlak olaraq itkin düşmüşdür. Babası - X1 1942-ci ildə müharibədə itkin düşməsinə dair sənəd əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə etdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktudan görünür ki, Sovet ordusu sıralarında xidmət keçmiş, həlak olmuş, itkin düşmüş və ya sonradan vəfat etmiş hərbi qulluqçulara dair məlumatlar Xidmətin strukturuna daxil olan qurumlardan başqa, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində (142100, РФ, Московская область, ropoд Подольск, ЦАМО) və Rusiya Federasiyasında yaradılmış elektron saytlarda (www.obdmemorial.ru, https://pamyat-naroda.ru) saxlanılır. Qeyd edilmişdir ki, Böyük Vətən müharibəsi illərində keçmiş Ermənistan SSR-dən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların xidmət keçməsi, döyüşlərdə iştirak etməsi, döyüş yolu və itkin düşməsi barədə arxiv sənədlərinin işğal edilmiş ərazilərdə qalmasını nəzərə alaraq müvafiq məlumatlar verilməsi mümkün deyil. Əlavə olaraq, tərəflərindən araşdırma zamanı yuxarıda qeyd olunan https://pamyat-naroda.ru saytından əldə olunmuş məlumata əsasən X5 adında olan şəxsin Böyük Vətən müharibəsi illərində hərbi xidmətə göndərilməsi və itkin düşməsi aşkar edilmişdir. Təqdim edilmiş https://pamyat-naroda.ru veb-saytından çıxarışdan müəyyən edilir ki, 1910-cu il tarixdə Ermənistan SSR, Spitak rayonu, Saralanc kəndində anadan olmuş X5 xx.xx.1942-ci il tarixdə X7 çağırılmış və 1942-ci ilin avqust ayında itkin düşmüşdür. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/Q- 617/69 nömrəli arayışdan müəyyən olunurki, X4 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikası, Hamamlı rayonu, Saral kəndində anadan olmuşdur. Bu barədə 17 may 2025-ci il tarixdə, 16 nömrəli doğum haqqqında akt qeydi bərpa olunmuşdur. xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 472031 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 1981-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2025-ci il tarixdə müvafiq akt qeydləri kitabında 499 saylı akt qeydi aparılmışdır. АЗ seriyalı 243530 nömrəli orta təhsil haqqında attestatın surətindən görünür ki, X4 1963-cü ildə Bakı şəhəri Oktyabr rayonu 106 nömrəli məktəbdə orta təhsil almışdır. Bakı Elektrik Texnikomu tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş Ф seriyalı 265686 nömrəli diplomun surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə texniki-elektrik ixtisası üzrə təhsil almışdır. xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 347657 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir, bu barədə xx.xx.2024-cü il tarixdə müvafiq akt qeydləri kitabında 213 saylı akt qeydi aparılmışdır. Azərbaycan SSR Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş AЗ seriyalı, 139523 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X4 və xx.xx.1950-ci il təvəllüdlü X3 arasında xx.xx.1969-cu il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Ərizəçi məhkəmə iclasındakı izahatından və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası X2 atası X5 1942-ci ildə X6 iştirak etmiş, lakin müharibənin bitməsindən 1 əsrə yaxın müddət keçməsinə baxmayaraq X5 tapılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi babası X5 1942-ci ildə X6 itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi babası X5 1942-ci ildə X6 itkin düşmüş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar