Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3767/2021 27.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X10 iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.04.1994-cü il Bakı şəhərində anadan olmuş X17 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci il avqust ayından sonra xəbərsiz olaraq itkin düşmüşdür. X37 ilə ögey bacı-qardaşıdırlar. X13 15.04.1994-cü il təvəllüdlü X17 rəsmi qaydada qəyyumu təyin edildiyi üçün onun naməlum şəraitdə xəbərsiz olaraq itkin düşməsi barədə 2015-ci il sentyabr ayında Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. X13 qardaşının itkin düşməsi ilə bağlı etdiyi müraciətinin nəticəsi barədə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon 5-ci Polis Bölməsində aparılmış araşdırma barədə məlumat əldə edə bilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon 5-ci polis bölməsinə yenidən ərizə ilə müraciət etmişdir. X7 Polis Bölməsindən məlumat verilməyrək “Vəkil” sorğusu təqdim etməli olduğu bildirmişdilər. Ona görə də o, Bakı şəhər 18 saylı Vəkil Bürosuna müraciət etmiş. Vəkil X18 tərəfindən verilmiş 15.09.2020-ci il tarixli, 1661 saylı “ Vəkil” sorğusuna qısa məzmunda cavab olaraq bildirilmişdir ki, vətəndaş X4 Binəqədi RPŞ-nin 5-ci PB-nə 2015-ci ildə müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında təhqiqat araşdırması aparılmışdır. Material PB-nin kargüzarlığının müvafiq qaydalarına əsasən məhv edilmişdir. Hal-hazırda vətəndaş X4 müraciəti əsasında heç bir araşdırma aparılmır. Binəqədi RPŞ-nin 5-ci PB-i əsaslandırılmış qaydada onlara məlumat vermir. Dəfələrlə PB-nə müraciətləri nəticəsiz qalmışdır. Qardaşı 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci il avqust ayından sonra xəbərsiz olaraq itkin düşməsi barədə ərizəni qardaşına qəyyum təyin edilmiş X13 verdiyi üçün onun müraciətinə baxılmamışdır. Ona görə də məhkəmə qaydasında əlavə məlumatların alınmasını istəyirlər. Qardaşı 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci il avqust ayından sonra bir daha geri qayıtmamışdır. Ona görə də hesab edir o, xəbərsiz itkin düşmüş heasb edilməlidir. Qeydiyyatda olduğu və yaşadığı ünvan: ünvan 1ə mülkiyyətindədir. Mən həmin mülkiyyətində olan mənzilinin üzərində müstəqil şəkildə sərancam verə bilmək hüququndan məhrum olmuşdur. Çünki mənzil paylı mülkiyyətdə olduğundan problemlər yaşayır. Ona görə də hesab edir ki, qardaşı 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci il avqust ayından sonra bir daha evə gəlmədiyi üçün onun barəsində şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Ona görə də hesab edir ki, ərizəsi əsaslı olduğundan qardaşı 15.04.1994-cü il təvəllüdlü X17 barəsində şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X18 yuxarıda göstərilən məzmunda izahat verərək, hazırda mərhumun ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən ərizəçinin bir sıra sənədləşdirmə işlərinin həll edilməsində çətinlik çəkdiyini bildirmiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun bacısı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qardaşının itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsindən asılıdır. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 20.09.1991-ci il tarixdə verilmiş XVİ-ЖГ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1980ci ildə Bakı şəhərində anadan olmuş, atası X19, anası X5r. Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən 20.09.1991-ci il tarixdə verilmiş İ- ЖГ seriyalı, 269835 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş X2 Selvina Əbülfəz qızı tərəfindən övladlığa götürülmüşdür. Övladlığa götürmə haqqında akt qeydləri kitabında X1 dəyişdirilərək Hüseynova kimi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən 25.06.1994-cü il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 376387 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 15.04.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Hüseynov İlham, anası X5r. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 121 saylı, 06.04.2007-ci il tarixli sərəncamından görünür ki, Rayon İcra Hakimiyyətinə X13 müraciət edərək azyaşlı bacısı oğlu - 15.04.1994-cü il təvəllüdlü X23 qəyyum təyin edilməsini xahiş etmişdir. X13 azyaşlı bacısı oğlu 15.04.1994-cü il təvəllüdlü X23 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 4ndə istifadədə olan 0.04 ha torpaq sahəsində yerləşən 119 nömrəli, 5 mərtəbəli binada 50.94 kv.m ümumi, 35.84 kv.m yaşayış sahəsindən ibaroı 2 otaqlı 21 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X17 1/2 lıissə, X22mın 1/2 hissə adlarına daşınmaz əmlakın döv lət reyestrində 529 nömrəli reyestr kitabının 48727 nömrəli vərəqində qeydiyyata alınmışdır. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən vəkil Qabil Ağayevə ünvanlanmış 21.09.2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş X4 Binəqədi RPİ-nin 5-ci PB-nə 2015-ci ildə müraciəti daxil olmuşdur. Həmin müraciət əsasında təhqiqat araşdırması aparılmışdır. Material PB-nin kargüzarlığının müvafiq qaydalarına əsasən məhv edilmişdir. Hal-hazırda vət. X4 müraciəti əsasında heç bir araşdırma aparılmır. Azərbaycan Respublikası DSX sərhəd nəzarətinin 12.12.2020-ci il tarixli məlumatından görünür ki, X29 10.09.2015-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19.01.2021-ci il tarixli məktubdan görünür ki, 15.04.1994-cü ii təvəllüdlü X17 axtarışda olması barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 25.01.2021-ci il tarixli məktubdan görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 20.01.2021-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlar öyrənilərkən F.Hüseynovun ölümü barədə məlumat aşkar olunmamışdır. X13, X8, X6 və X15 tərəfindən tərtib edilmiş 02.07.2021-ci il tarixli aktdan görünür ki, 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci ilin avqust ayına qədər ünvan 3 ünvanında X4 himayəsində yaşamışdır. 2015-ci ildən sonra 15.04.1994-cü il təvəllüdlü X24 bir daha görməmişik. X4 verdiyi məlumata əsasən X29 2015-ci ilin avqust ayından xəbərsiz olaraq itkin düşmüşdür. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 06.07.2021-ci il tarixli məktubdan görünür ki, 15.04.1994-cü il təvəllüdlü X17 cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 49 saylı Mənzil Kommunal İstismar sahəsinin 423 saylı, 09.07.2021-ci il tarixli arayışından görünür ki, X29 ünvan 4 ünvanında yerləşən 119 saylı evin 21 saylı mənzildə qeydiyyatdadır. Ancaq bu ünvanda yaşamır, harada yaşaması haqda heç bir məlumatı yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı birliyinin 102 saylı Mənzil Kommunal İstismar sahəsinin 513 saylı, 05.07.2021-ci il tarixli arayışından görünür ki, X29 ünvan 6 ünvanında yerləşən 34b saylı evin 20 saylı mənzildə qeydiyyatdadır. Qonşuları verdiyi akta əsasən 15.04.1994-cü il təvəllüdlü X29 2015-ci il avqust ayına qədər Binəqədi rayonu, Ə.Naxçivani küçəsi ünvanında yerləşən 34b saylı evin 20 saylı mənzilində yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, X29 onun bacısı oğludur və onlarla birlikdə yaşamışdır. 11.09.2015-ci il tarixdə Fuad evdən getmiş, lakin sonradan geri qayıtmamışdır. Buna görə də onlar polis orqanlarına müraciət etmişlər. Araşdırma nəticəsiz yekunlaşmışdır. Fuad ilə heç kimin mübahisəsi olmamışdır, evdən getməsinin səbəbləri də bəlli deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X9 biri olmuş və ətrafındakı insanlarla elə də çox ünsiyyətdə olmamışdır. 6 ildir ki, onu görmür. Fuad əvvəllər xalası ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir; 314-cü maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə görə əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Məhkəmə iclasında toplanmış sübutlar və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, X29 10.09.2015-ci il tarixdə ölkə ərazisini tərk etmiş, bir daha geri qayıtmamış, 5 ildən artıq müddət ərzində yaşayış yerində görünməmiş, eləcə də onun axtarışı ilə bağlı göstərilmiş səylər nəticə verməmişdir. X3 itkin düşdüyü tarixdən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq, bugünki günədək olduğu yeri məlum deyildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilən halların məcmusunu rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, X29 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.04.1994-cü il təvəllüdlü X29 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3767/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3767/2021
27.07.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver