Məhkəmə qərarları › İş №2(006)-3785/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3785/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3785/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X4” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 999, 87 əsas borc, 213,59 faiz borcu, 30 manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC -nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, iddiaçı “X4” ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30 % ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdi. Tərəflər asında bağlamış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdi. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 23.04.2021-ci il tarixinə “X4” ASC-yə 999, 87 əsas borc, 213,59 faiz borcu yaranmışdır. Sonda iddia tələbinin təmin edilməsin məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, o, “X4” ASC-dən 24.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30 % ödəmək şərtilə 1000 manat məbləğində kredit götürmüşdür. O, vaxtında krediti ödəmişdir, sonra pandemiya dövründə iş yeri bağlanmışdır və o, krediti bağlıya bilməmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır və edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “X4” ASC ilə Cavabdeh arasında bağlanmış 24.12.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 30 % ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdi. İş materiallarında olan maliyyə arayışından görünür ki, 23.04.2021-ci il tarixinə “X4” ASC-yə 999, 87 əsas borc, 213,59 faiz borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı “X4” ASC cavabdeh qarşısında müqavilə ilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir və borcun ödənilməsi barədə iddiaçı “X4” ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 999, 87 əsas borc, 213,59 faiz borcu, 30 manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC -nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 999, 87 əsas borc, 213,59 faiz borcu, 30 manat dövlət rüsumu tutularaq, iddiaçı “X4” ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar