Məhkəmə qərarları › İş №2(006)-379/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-379/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-379/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Əlqəməyev Araz Suca oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xalq Bank ASC” olmaqla, cavabdeh Əhməd Çingizxan İsax oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlqəməyev Araz Suca oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xalq Bank ASC” olmaqla, cavabdeh Əhməd Çingizxan İsax oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Əlqəməyev Araz Suca oğlunun nümayəndəsi və vəkili Muradlı Mehman Telman oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemininə göndərilmiş ərizəyə əsasən, cavabdeh Əhməd Çingizxan İsax oğlu ilə iddiaçı Əlqəməyev Araz Suca oğlu arasında olan mübahisə məhkəmədən kənar öz həllini tapdığı üçün məhkəmə araşdırmasına ehtiyac qalmamışdır. Bu səbəbdən qeyd olunan mülki işi iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçı Əlqəməyev Araz Suca oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xalq Bank ASC” olmaqla, cavabdeh Əhməd Çingizxan İsax oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə iddiaçı Əlqəməyev Araz Suca oğlu tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 480 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçı Əlqəməyev Araz Suca oğluna qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Əlqəməyev Araz Suca oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xalq Bank ASC” olmaqla, cavabdeh Əhməd Çingizxan İsax oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 480 manat məbləğində (xx.xx.2022-ci il tarixli ********* saylı qəbz üzrə) dövlət rüsumu iddiaçı Əlqəməyev Araz Suca oğluna qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar