Məhkəmə qərarları › İş №2(006)-3817/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3817/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3817/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi – Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyətin in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiyaya yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli "Kredit müqaviləsi" üzrə borcun restrukturizasiyaya edilmiş 4706,48 manat məbləğə yönəldilməsini və yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 4706,48 manat məbləğində borcun restrukturizasiya olunaraq yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli "Kredit müqavilə"si ilə "xxxx" ASC-nin Qazax filialından illik 28.1% dərəcəsi ilə 6370 ABŞ Dolları məbləğində 24 ay müddətinə kredit götürmüşdür. Kredit müqaviləsinin şərtləri 2015-ci ilin devalvasiyasına qədər yerinə yetirilmiş, ödənişlər aparılmışdır. Məlum devalvasiyadan sonra manatın məzənnəsi ABŞ dollarına nisbətdə hal-hazirki dövrdə 100 faiz dəyərdən düşərək 1 ABŞ dolları 1 manat 63 qəpik civarında olması səbbindən ödəmənişlərində çətinliklər yaranmışdır. Qazax Rayon Məhkəməsinin 2(023)-1733/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı Nurəddin qızına, X1, X3 və X5 qarşı müştərək qaydada 5533,03 ABŞ dolları əsas, 1509,11 ABŞ dolları faiz, 660,55 ABŞ dolları cərimə olmaqla cəmi 7706,69 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə iddiası tam şəkildə təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2530/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı ilə Qazax Rayon Məhkəməsinin 2(023)-1733/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməmi qismən, dəyişdirilərək cavabdehlərdən yəni, İddiaçı Nurəddin qızına, X2, X4 və X5 qarşı müştərək qaydada 7112,64 ABŞ dolları alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsini qət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2530/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı icra edilməsi üçün Qazax Rayon İcra Şöbəsinə yönəldilmiş və müvafiq qaydada icra edilir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 551 saylı Fərmanın tələblərinə uyğun olaraq kredit borcu restrukturzasiya edilərək borcu 4706,48 manat müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun xx.xx.2014 cü il tarixli 'Kredit müqaviləsi" ilə restrukturzasiya edilmiş 4706.48 manat məbləğ üzrə yeni müqavilənin bağlanmasını xx.xx.2019-cu il tarixli ərizə xahiş etmişdir. Lakin məlum olmayan səbəblərdən Ərizəsi itirilmişdir, baxmayaraq ki, "xxxx" ASC ərizəsini qəbul etdiyi barədə öz ərizəsinin surətinə öz möhürünü də vurmuşdur. Ancaq "xxxx" ASC-nin məqsədli səhlənkarlığı səbəbindən xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun onunla yeni kredit müqaviləsi bağlanmamışdır. xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təkrar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna pretenziya ilə müraciət edərək onunla xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanın tələblərinə uyğun olaraq yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Ancaq sözügedən müraciətindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq ona heç bir cavab verilməmişdir. Pozulmuş mülki hüquqlarını bərpa etmək mümkün olmadığından Məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli Problemli kreditlərin kompensasiyası barədə məlumatdan müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu il tarixinə "Dəmirbank” ASC-yə əsas kredit borcu 9412,95 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4706,48 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğ 4706,48 manat olmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış “Borc məbləğinin restruktrizasiya olunmasına dair” Ərizədən görünür ki, iddiaçı, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq Ləğv prosesində olan "Dəmir Bank” ASC ilə bağladığı müqavilə üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 4706.48 manat məbləğində borcunun 60 ay müddətinə (0 ay güzəşt olmaqla) restruktruzasiya olunmasını və bankın elektron sistemi üzrə hesablanmış faizlərin silinməsini xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Bakı şəhər AZ1010 saylı Poçtun xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh tərəfindən iddiaçının adına göndərilmiş SS637616070AZ saylı sifarişli məktub ünvan Qazax rayon alıcı Əliyeva xx.xx.2019-cu ildə AZ 1025 saylı Poçt şöbəsində qəbul olunmuş və xx.xx.2019-cu ildə Qaza rayon MPŞ-nə daxil olmuş, X8 qəbul etmişdir. xx.xx.2020-ci il tarixində D**********00465 saylı forma 8 vasitəsi ilə vətəndaş Əliyevaya məktub çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının 1 -ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019cu il tarixli ********** saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmin Qaydanın 6.17-ci bəndinə əsasən ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası 27 mart 2019-cu il ********** nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1 -ci bəndinə əsasən bu Qayda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra - Fərman) 3.1 -ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7.10-cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1 ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması):

1. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri;

2. fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanması üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. 7.10.2. Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh ASC ilə iddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh ASC tərəfindən iddiaçıya 24 ay müddətinə illik 28,1 faiz ödənilmək şərti ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının xx.xx.2019-cu il tarixinə Cavabdeh ASC-yə əsas kredit borcu 9412,95 manat, borcun azaldılmasına yönəldilən məbləğ 4706,48 manat, qalıq borcunun və restrukturizasiya olunması təklif olunan məbləğ 4706,48 manat olmuşdur. Məhkəmə qeyd edir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 7.10-cu bəndinin tələblərindən göründüyü kimi kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanması ilə bağlı restrukturizasiya prosesləri kredit təşkilatı tərəfindən həyata keçirilməli idi. Cavabdeh tərəfindən bu prosesin keçirilməsi bildirilsə də, məhkəmə tədqiqatı zamanı cavabdeh tərəfindən restrukturizasiya prosesi ilə əlaqədar bildirişin iddiaçıya xx.xx.2019-cu il tarixdə göndərildiyi və həmin bildirişin xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim olunduğu müəyyən olunmuşdur ki, bu halda qanunla müəyyən edilən müddətin buraxılması iddiaçının deyil, cavabdehin təqsirindən baş verdiyindən həmin proses cavabdeh tərəfindən keçirilmiş kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanının təsir dairəsinə düşdüyündən və cavabdeh tərəfindən restrukturizasiya prosesi iddiaçıya münasibətdə düzgün həyata keçirilmədiyindən iddia təmin edilməli, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi restrukturizasiya olunaraq yeni kredit müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4706,48 manat məbləğində borcun restrukturizasiya olunaraq yeni kredit müqaviləsinin bağlanması öhdəliyi Ləğv prosesində olan "Dəmirbank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar