Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3821/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X4 qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, 09 yanvar 2020-ci il tarixli 6-Y- 2-0-273-20 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X5 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (rebrendinqdən sonra İddiaçı ASC) illik 17 faizlə 36 ay müddətinə 6.000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 02 aprel 2021-ci il tarixədək X4 banka 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcu vardır. X1 19 iyul 2020-ci il tarixdə vəfat etmişdir. 19 avqust 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinə ünvanlanmış sorğuya əsasən bildirmişdir ki, 19.07.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində 19.08.2020-ci il tarixdə açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyənləşmiş və mirası Cavabdeh qəbul etmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 09 yanvar 2020-ci il tarixli 6-Y-2-0-273-20 saylı kredit müqaviləsinə əsasən sonuncu İddiaçı ASC-dən illik 17 %-lə 36 ay müddətinə 6.000 manat kredit götürmüşdür. 02.04.2021-ci il tarixli maliyyə arayışında X4 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcunun mövcud olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X5 yuxarıda qeyd olunan müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X5 19 iyul 2020-ci il tarixdə vəfat etmişdir. X2 miras qalmış «QAZ 31105 120» markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil, qanun üzrə vərəsəlik hüququ haqqında 21.01.2021-ci il tarixli şəhadətnamə üzrə irsdən tam pay almaq hüququ olan Cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin avtomobil Cavabdeh tərəfindən 26 yanvar 2021-ci il tarixdə 1.800 manata satılmışdır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, mərhum X4 həyat yoldaşı, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı ASC məhkəməyə müraciət edərək, 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.763 manat 42 qəpik əsas borc, 598 manat 47 qəpik faiz və 90 manat 87 qəpik cərimə olmaqla, cəmi 5.452 manat 76 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun X4 qanun üzrə vərəsəsi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmiş, iddia tələbini əsaslandırarkən Mülki Məcəllənin 1306.1-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki hallarından və qanunvericiliyin yuxarıda göstərilən normasının tələblərindən göründüyü kimi, Cavabdeh əri X4 qanun üzrə vərəsəsi olmaqla öz miras payına mütənasib surətdə, yəni 1.800 manat məbləğində iddiaçı (kreditor) qarşısında borc öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğdən artıq pul vəsaitinin cavabdehdən tutulması qanunun tələblərinə zidd olduğundan iddia tələbi borcun tutulmasına dair hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 09.01.2020-ci il tarixli, 6-Y-2-0-273-20 saylı istehlak Kredit müqaviləsinin: 5.1.5-ci bəndinə əsasən borcalan bu müqaviləyə əsasən öhdəliyini vaxtında və ya lazımınca icra etmədikdə, kreditor kredit üzrə hesablanmış faiz və cərimə faizlərinin qaytarılmasınıl tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən 09.01.2020-ci il tarixli, 6-Y-2-0-273-20 saylı istehlak Kredit müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.800 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, 09 yanvar 2020-ci il tarixli 6-Y-2-0-273-20 saylı kredit müqaviləsi ləğv edilməli, iddia tələbi isə qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə X5 arasında bağlanmış 09.01.2020-ci il tarixli, 6-Y-2-0-273-20 saylı istehlak kredit müqaviləsi ləğv edilsin. 09 yanvar 2020-ci il tarixli istehlak kredit müqaviləsi üzrə 1.800 (bir min səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3821/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3821/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver