Məhkəmə qərarları › İş №2(006)-3822/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3822/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3822/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, X6 Kredit Təşkilatı «Embafinans» X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Kredit Təşkilatı «Embafinans» X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2019-cu il tarixində X7 Təşkilatı "Embafinans“ X1 ilə Cavabdeh1 arasında 005-NBK-0059-19 saylı kredit müqaviləsi və kredit müqaviləsinə 1 say 11 Əlavə(ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 illik 31 faizlə 12 ay müdətinə 1 500 (bir min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmçinin xx xxxxx 2019-cu il tarixində X7 Təşkilatı "Embafinans“ X1 ilə Cavabdeh2 arasında 353-F.KO-0061-19 saylı müqaviləyə əsasən qeyd edilən şəxs Cavabdeh1 öhdəliklərinin tam icrasına zamin durmuşdur. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020 il tarixə əsas borcu 792.84 AZN (yeddi yüz doxsan iki manat 84 qəpik), faiz borcu 57.04 AZN (əlli yeddi manat 04 qəpik), cərimə borcu 118.93 AZN (yüz on səkkiz manat 93 qəpik) ümumi borcu 968.81 AZN (doqquz yüz altmış səkkiz, manat 81 qəpik) qalmışdır. 005-NBK-0059-İ9 saylı kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən «Borcalan» bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə Borcverən» kreditin vaxtından əvvəl tam ödənilməsini «Borcalan»dan tələb edə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən "Borcalan” Müqaviləyə və onun əlava(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə "BorcverərTə ödənilməmiş məbləğin hər günü üçün 1% məbləğində cərimə ödəyir. Kredit borcunun qaytarılması barədə Cavabdeh1 oğlııoğluna və onun zamininə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavə (lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalandan tələb edə bilər. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən Borcalan öhdəliklərini bu müqavilə ilə və onun ələvə(lər)sinə müvafiq surətdə yerinə yetirmədiyi halda və ya müqavilənin əlavə(lər)sində göstərilən ödəmə ardıcıllığına ardıcıl olaraq 2 dəfə əməl etmədikdə Borcverən əsas və faiz borcunun, hesablanmış cərimənin Borcalandan Borcverənin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən, X7 Təşkilatı “Embafinans” X1 ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 005-NBK-0059-19 saylı müqaviləyə əsasən xx.xx.2020 –ci il tarixə əsas borcu 792.84 manat (yeddi yüz doxsan iki manat 84 qəpik), faiz borcu 57.04 AZN (əlli yeddi manat 04 qəpik), cərimə borcu 118.93 AZN (yüz on səkkiz manat 93 qəpik), 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 999.21 AZN (doqquz yüz doxsan doqquz manat 21 qəpik) borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X7 Təşkilatı “Embafinans” Qapalı Səhmdar ətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti iki min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehlərə məhkəmə tərəfindən bildiriş göndərilmiş, lakin bildirişlər poçt tərəfindən ünvana çatdırılmamışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, X7 Təşkilatı «Embafinans» X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0059-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə, illik 31 faiz dərəcəsi ilə, 1500 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməsinin təminatı qismində müqavilənin 3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli girov və zaminlik müqavilələri çıxış etmişdir. İşdə olan X7 Təşkilatı «Embafinans» X5 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0059-19 saylı zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 öhdəliklərinin tam icrasına zamin durmuşdur. İşdə olan X7 Təşkilatı «Embafinans» X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 005-NBK-0059-19 saylı girov müqaviləsinə əsasən o, Cavabdeh1 tərəfindən daşınar əmlak kreditorun xeyrinə yüklü edilmişdir. İşin materiallarında olan X7 Təşkilatı «Embafinans» X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən X7 Təşkilatı «Embafinans» X4 792,84 (yeddi yüz doxsan iki manat, səksən dörd qəpik) manat əsas borc, 57,04 (əlli yeddi manat, dörd qəpik) manat faiz borcu və 118,93 (bir yüz on səkkiz manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 968,81 (doqquz yüz altmış səkkiz manat, səksən bir qəpik) manat borcu vardır. X7 Təşkilatı «Embafinans» X5 tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 005-NBK-0059-19 saylı kredit müqaviləsinə əsasən X7 Təşkilatı «Embafinans» X2 illik 31 faizlə 12 ay müddətinə 1500 (bir min beş yüz) manat kredit götürmüşdür. Kreditin ödənilməsinin təminatı qismində müqavilənin 3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli girov və zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixə 792,84 (yeddi yüz doxsan iki manat, səksən dörd qəpik) manat əsas borc, 57,04 (əlli yeddi manat, dörd qəpik) manat faiz borcu və 118,93 (bir yüz on səkkiz manat, doxsan üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 968,81 (doqquz yüz altmış səkkiz manat, səksən bir qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında borc və zaminlik münasibətləri yaranmış, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdükləri icra etməmişlər. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 792,84 (yeddi yüz doxsan iki manat, səksən dörd qəpik) manat əsas borc, 57,04 (əlli yeddi manat, dörd qəpik) manat faiz borcu, 118,93 (bir yüz on səkkiz manat, doxsan üç qəpik) manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat, ümumilikdə 999,21 (doqquz yüz doxsan doqquz manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq X7 Təşkilatı «Embafinans» X4 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 792,84 (yeddi yüz doxsan iki manat, səksən dörd qəpik) manat əsas borc, 57,04 (əlli yeddi manat, dörd qəpik) manat faiz borcu, 118,93 (bir yüz on səkkiz manat, doxsan üç qəpik) manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat, ümumilikdə 999,21 (doqquz yüz doxsan doqquz manat, iyirmi bir qəpik) manat məbləğində pul müştərək qaydada alınaraq X7 Təşkilatı «Embafinans» X4 verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar