Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3825/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kreditin qalıq və faiz məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kreditin qalıq və faiz məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xankəndi şəhərindən məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 51/57, mənzil 53-də məskunlaşdımşdır. «xxxx» ASC iddia ərizəsi ilə 2017-ci ildə Bakı şəhəri, Nizami rayon Məhkəməsinə müraciət edərək cavabdehlər ona, X4 və X2 qarşı borc tələbinə dair müraciət etmişdir. «xxxx» ASC məhkəməyə bildirmişdir ki, «xxxx» ilə onun arasında bağlanmış 25.06.2013-cü il tarixli 254-13 AZN saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə «xxxx» ASC-nin xeyrinə 924,66 manat əsas borc, 701,02 manat faiz borcu, 20 manat cərimə borcu, cəmi 1645,68 manat məbləğində borcu, habelə ödənilmiş 20 manat dövlət rüsumu tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli fərmanına əsasən iddiaçının «xxxx» ASC-də olan ABŞ dolları ilə kreditinə görə ona 2687,59 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin məbləğində kompensasiya hesablanmışdır. Həmin məbləğdən «xxxx» ASC-də iddiaçının adına olan 25.06.2013-cü il tarixli 254-13 AZN saylı kredit üzrə 924,66 manat kredit borcundan 214,12 manat silinmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərn geri çağırılmasını təmin edən tədbirlər görülməsi barədə götərişlər verilmişdir. Bununla da iddiaçı hesab edir ki, onun adından olan borc məbləğindən faiz və dəbbə pulu silinməli idi. Bakı şəhəri, Nizami rayon Məhkəməsi 01.12.2017-ci il tarixli, 2(007)-5111/2017 saylı qətnamə qət etsə də, lakin bu günə kimi həmin müqaviləyə görə qeyd edilən məbləğ iddiaçının adından silinməmişdir. Hal-hazırda da, «xxxx» ASC ləğv olunduğundan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 40 ünvanda yerləşən Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmuşdur. Bu səbəbdən iddiaçı cavabdeh Ləğvedici Əmanətlərin Sığortalanması Fondunu qeyd etmişdir. İddiaçı hesab edir ki, «xxxx» ASC-nin 25.06.2013-cü il tarixli 254-13 AZN saylı kredit müqaviləsi üzrə tələb olunan 1431,56 manat məbləğdən əlavə olaraq əsassız tələb olunan 721,02 manat məbləği silinməlidir. Hesab edir ki, iddiaçının hal-hazırda həmin kredit üzrə öhdəliyi 710,54 manat təşkil edir. Göstərilənlərə əsasən ləğv prosesində olan «xxxx» ASC-nin 25.06.2013cü il tarixli, 254-12 AZN saylı kredit müqaviləsi üzrə 1431,56 manat məbləğdən əlavə olaraq əsassız tələb olunan 721,02 manat məbləğin silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçının ərizəsi əsasında cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 5111/2017 saylı, 01.12.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 25.06.2013-cü il tarixli kredit müqaviləsindən yaranmış əsas borc üzrə 924,66 manat, faiz borcu üzrə 701,02 manat, cərimə borcu üzrə 20 manat, cəmi 1645,68 manat və 20 manat məbləğində dövlət rüsumu İddiaçı, X3 və X1 iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” barədə 22.02.2021-ci il tarixli çıxarışa əsasən, İddiaçı ləğv prosesində olan «xxxx» ASC-yə 01 mart 2019-cu il tarixə əsas borcu 924,66 manat, borcun azaldılmasına yönəldilən məbləğ 214,12 manat, qalıq borcunun məbləği 710,54 manat təşkil etmişdir. İş üzrə ləğv prosesində olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış 12.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış 25.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırmış və Nizami rayon Məhkəməsinin 01.12.2017-ci il tarixli, 2(007)-5111/2017 saylı icra sənədi ilə İddiaçı «xxxx» ASC-nin xeyrinə 1645,68 manat və 20 manat dövlət rüsumu borcun tutulması qət edilmişdir. İcra sənədi qüvvəyə mindikdən sonra banka 214,12 manat ödəniş həyata keçirilmişdir və sözügedən icra sənədi üzrə «xxxx» ASC qarşısında 1431,56 manat və 20 manat dövlət rüsumu borc öhdəliyi mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının məhkəmə qətnaməsi ilə banka 1431,56 manat borcu mövcud olmuş, daha sonradan iddiaçının borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmana uyğun olaraq iddiaçının faiz borcları silinmiş və daha sonradan 214.12 manat kompensasiya məbləği borca yönəldilmişdir. Mərkəzi Bankın son çıxarışına əsasən iddiaçının LPO “xxxx“ ASC-yə 710, 54 qəpik borcun qaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin 25.06.2013-cü il tarixli 254-13 AZN saylı kredit müqaviləsi üzrə 1431,56 manat məbləğdən tələb olunan 721,02 (yeddi yüz iyirmi bir manat, iki qəpik) manat pul vəsaiti silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin 25.06.2013-cü il tarixli 254-13 AZN saylı kredit müqaviləsi üzrə 1431,56 manat məbləğdən tələb olunan 721,02 (yeddi yüz iyirmi bir manat, iki qəpik) manat pul vəsaiti silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3825/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3825/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver