Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-384/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi və gələcəkdə pulun düzgün hesablanması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi və gələcəkdə pulun düzgün hesablanması” tələbi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 03.05.2018-ci il tarixli, 124CLM********** saylı kredit müqaviləsinə əsasən "KapitalBank” ASC-nın Xızı fılyalından 8900 (səkkiz min doqquz yüz) manat məbləğində, illik faiz dərəcəsi 25 faiz olmaqla 48 ay müddətinə kredit götürmüşdür. Müqavilənin şərtinə görə mən hər ay banka 295.14 manat pul ödəməli idi. Müqaviləyə uyğun olaraq hər ay müntəzəm banka ödənişlərini etmişdir. Sonuncu ödənişi 03.03.2020ci il tarixdə 280 manat ödəmiş, lakin o, ödənişlərini etdikcə ödəmə terminalında onun ödəmələri əksilmirdi, əksinə artmağa başlayırmışdır. Yaranmş vəziyyətlə əlaqədar Cavabdeh ASC-nin «196» çağrı mərkəzinə zəng vurmuş, ona cavab verilmədi. Hardasa onun 1 manata yaxın konturu silinəndən sonra operator qız ona cavab vermişdir. O, operatora bildirmişdir ki, hər ay kreditini ödədikdən sonra onun qalıq kredit borcunun üzərinə əlavə pul gəlir. Bunu ona izah edin görüb bu pul hardan gəlir. Operator ona bildirdi ki, hər ay aylıq aylıq kredit borrcunu ödədikdən sonra yerdə qalan kredit borcuna 3% tətbiq olunur. Sual vermişdir ki, hansı qalıq puldan söhbət gedir. Bankın ona təqdim etdiyi kreditin ödəniş cədvəlində onun götürdüyü kredit 4 ilə aylar üzrə son qəpiyinə qədər bölünüb və hər ay 25% tətbiq olunmuşdur. Operator ona bildirmişdi ki, bu bankın qaydasıdır, başqa izah verə bilməyəcək deyib telefonu söndürdü. O, bir neçə dəfə zəng etsə də ona "atlı açıqlama verən olmadı. O, Bank tərəfindən ona verilmiş kreditin ödənişi üzrə bölgü cədvəlinə baxdıqda görmüş, cədvəldə 8900 manat kredit borcuna 5267,02 faiz borcu hesablanmışdır. Dünyanın heç bir ölkəsində Kapital Bankın götürülən kreditə tətbiq etdiyi 25 % yoxdur. Kapital Bankın onun götürdüyü 8900 manat kredit borcuna tətbiq etdiyi faiz 25% deyil, 59,18%-dir. Bunu aşağıdakı hesablamalarda görmək olar. Kreditə hesablanmiş faiz üzrə cəmi məbləğ 5267,02:8900 kredit borcu=59,18%. Ən düzün aşağıdakı kimi olmalıdır. 8900 kredit:48 ay=185,41666 manat bir aya düşən nağd kredit ödənişi. Həmin aylıq 185,41666 manx25%=46,354165 manat, aylıq ödəniş 185,41666 man + 46,354165 aylıq faiz=231,77082 manat, bir aylq 231,77082 ödənişi 48 aya vursaq 231,77082x48 ay =2224,999 manatdır. Həqiqətdə 8900 manat kredit borcuna hesablanan faiz borcu 2224,999 olmalıdır. X4 hesabatında faiz borcu 5267,02 manat olmuşdur. Borcdan görünür ki, Kapital Bank onun götürdüyü kreditə sənəddə qeyd olunduğu kimi 25%-deyil 59,18% tətbiq etmişdir. Bu səbəbdən də 3042,021 manat artıq faiz hesablanmışdır. Bundan əlavə bank ona hər ay tətbiq etdiyi 3%-ə görə də 2789 manat artıq pul hesablanmışdır. O, ərizəsinə bankın ona kredit ödənişi üçün verdiyi cədvəlləri əlavə edir. Kapital Bankın cədvəldə göstərdiyi kimi kredit borcunun aylıq ödənişi 295,14 manat deyil 231,77 manat olmalıdır. Bankla onun arasında bağlanmış kredit müqaviləsində kredit borcunun aylıq ödənişindən sonra yerdə qalan kredit borcuna 3% tətbiq edilməsi və həmin faizin qalıq kreditin üzərinə əlavə edərək müştəriyə ödətdirilməsi haqqında heç bir maddə yoxdur. Bank hətta qanunsuz olaraq hesabladığı 3% ona ödətdirsə də həmin məbləği onun kredit borcundan çıxmamışdır. Bu səbəbdən də hesab edir ki, bankın əsassız hesabladığı 2789 manat pul məbləği qalıq kredit borcundan çıxılmalı, gələcəkdə bu cür qanunsuz absurt hesablanmanın qarşısı alınmalıdır. O, X5 fılalından kreditin ödənişi ilə əlaqədar 16.03.2020-ci ilə aldığı çıxarışdan görünür ki, onun 16.03.2020-ci il tarixinə banka borcu yoxdur. Lakin kreditin ödənişi terminalına baxdıqda görünür ki, axırıncı dəfə yəni 03.03.2020-ci il tarixdən 16.03.2020-ci il tarixinə kimi 13 günə Kapital Bankın baş ofisi ona 53.12 manat borc hesablamışdır. Başa düşmək olmur ki, bankın ona verdiyi möhürlü rəsmi sənədlə (çıxarışda) heç bir borc olmadığı halda 53.12 manat borc terminalda haradan yaranmışdır. X5 filalının əsas binasında yerləşən ödəniş terminalında 16.03.2020-ci il tarixinə olan kredit borcum 5936.62 manat olması göstərilir. Deməli onun Kapital Bankdan götürdüyü kredit borcu faizlə birlikdə 14167.02 manatdan 5936.62 manat kredit borcunu çıxdıqda məlum olur ki, 16.03.2020-ci il tarixiə 14162.02 manat, -5936.62 man=8225.4 manat kredit borcu ödənilmişdir. X5 fılalında aprel 2020-ci ilə olan kredit borcum olmuşdur. O, bütün ödənişlərini X5 fılalında olan terminal vasitəsi ilə vaxtı-vaxtında banka ödəmişdir. Bu səbəbdən hesab edir ki, bankın əsassız hesabladığı artıq faizləri silinməli, gələcəkdə də bu cür absurd hesablamanın qarşısı alınmalıdır. Kapital Bankın törətdiyi qanunsuzluqlardan biri də ondan ibarətdir ki, Bank tərəfindən ona verilmiş 8900 manat puldan 445 manat sığorta pulu, 62 manat xidmət pulu və 5 manat pulları nəğd şəkildə çıxdıqdan sonra ona 8388 manat nəğd pul verdiyi halda ödəniş cədvəlində 512 manat pulu yenidən cədvəldəki məbləğə əlavə etmişdir. Beləliklə də Kapital Bank qanunsuzluğa yol verərək nəğd götürdüyü pulu 2-ci dəfə ona ödətdirir. Ona görə də iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiyə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirdi ki, iddiaçı kredit müqaviləsi imzalayarkən iradə ifadəsini göstərərək, borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə azadlığın təminatı olaraq müştərilərlə müqavilə rəsmiləşdirildikdə həmin müqavilələrdəki şərtlər, tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan əvvəl müştərilərə müqavilədə qeyd edilən məsələrlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. İş materiallarında olan kredit müqaviləsindən göründüyü kimi kredit müqaviləsinin şərtləri, həmçinin kreditin müddəti müqavilədə aşkar şəkildə göstərilmiş və tərəflər həmin müqaviləni öz imzaları ilə təsdiqləmişlər. Əlavə olaraq, kreditin müddəti kredit müqaviləsi ilə yanaşı həmin müqaviləyə əlavə olunmuş ödəniş qrafikində də açıq qeyd olunmuş və iddiaçı həmin sənədi də imzalamaqla öz razılığını bildirmişdir. Həmin ödəniş qrafikində iddiaçınnı həmin sənədi də imzalamaqla öz razılığını bildirmişdir. Həmin ödəniş qrafikində iddiaçının hər ay ödəməli olduğu məbləğlə yanaşı ödəniş olunduqdan sonra qalan qalıq borcun məbləği də qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 03.05.2018-ci il tarixli, 124CLM********** saylı kredit müqaviləsindən görünür ki, "KapitalBank” ASC-nın Xızı filialından 8900 manat məbləğində illik faiz dərəcəsi 25 faiz olmaqla 48 ay müddətinə kredit götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2021-ci il tarixli, 9/6048 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı Cavabdeh ASC-yə müqavilə iddia ərizəsinin tarixinə yəni 02.06.2020-ci il tarixə olan borcu 5.640,11 manat məbləğində müəyyən edilir, o cümlədən 5.540,09 manat, faiz borcu üzrə 100,03 manat təşkil edir. Cavabdehin 02.06.2020-ci il tarixdən 05.10.2020-ci il tarixə kimi, cəmi 709,65 manat məbləğində cari hesaba mədaxil olunmuşdur. Ödənilmiş 709,65 manat məbləğində pul vəsaitinin 146,96 manat məbləği əsas borca 562,12 manat məbləği faiz borcuna silinmişdir. 709,65 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə İddiaçı banka 5.392,56 manat məbləğində borcu qalacaqdır, o cümlədən 5.392,56 manat əsas borc, 00,00 faiz borcu vardır. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 03 may 2018-ci il tarixli, 124CLM********** saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablanmamışdır. Buna görə də hazırkı tədqiqatla İddiaçı cərimə hesablanmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.05.2021-ci il tarixli, 09/2804 saylı rəyindən görünür ki, Cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 03.05.2018-ci il tarixli 124CLM********** saylı kredit müqaviləsi müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı banka olan borcu aşağıdakı kimi müəyyən olunur, 30.03.2021-ci il tarixinədək olan borcu, əsas borc üzrə 5.254,04 manat, faiz borcu üzrə 771,41 manat. Cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 124CLM********** saylı, 03.05.2018-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü 8.900,0 manat kredit Cavabdeh ASC tərəfindən 25% tətbiq edilərək yaranmış 5.267,02 manat faiz borcun düzgün hesablanması müəyyən edilir. Borclu tərəfindən 295,14 manat ödəniş vaxtında aparılmaması müəyyən edilir. Borclu tərəfindən aparılmış bir qisim ödənişlər aylıq 295,14 manat məbləğindən az ödənildiyi üçün ödənişlər bank tərəfindən faiz borcundan silinmişdir. İş materiallarından göründüyü kimi, cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 03.05.2018-ci il tarixli 124CLM********** saylı kredit müqaviləsinin 1.4 bəndinə əsasən illik faiz dərəcəsi üzrə aparılmış hesablamalar 59,18%-lə yox 25%-lə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.09.2021-ci il tarixli, 09/5263 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış 03 may 2018-ci il tarixli, 124CLM********** saylı kredit müqaviləsi üzrə İddiaçı 02.06.2021-ci il tarixə Cavabdeh ASC-yə olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmadı. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 03.05.2018-ci il tarixli 124CLM********** saylı kredit müqaviləsinin 1.4 bəndinə əsasən illik faiz dərəcəsi üzrə aparılmış hesablamalar 59,18%-lə yox 25%-lə aparılmışdır. Borclu tərəfindən ödənişlər vaxtinda aparılmadığına görə, bank tərəfindən düzgün olaraq silinmələr aparılmışdır. Belə olan halda iddiaçının “əsassız hesablanmış pulun silinməsi və gələcəkdə pulun düzgün hesablanması” tələbi əsassızdir və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Mülki Məcəllənin 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 527.2 maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.3 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tətqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi və gələcəkdə pulun düzgün hesablanması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış pulun silinməsi və gələcəkdə pulun düzgün hesablanması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 220 manat məbləğində pul vəsait İddiaçı tutularaq, Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-384/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-384/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver