Məhkəmə qərarları › İş №2(006)-3843/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3843/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3843/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı “xxxxxxx” ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2233,72 (iki min iki yüz otuz üç manat yetmiş iki qəpik) manat əsas, 361,60 (üç yüz altmış bir manat altmış qəpik) manat faiz, 37,89 (otuz yeddi manat səksən doqquz qəpik) manat cərimə, cəmi 2633,21 (iki min altı yüz otuz üç manat iyirmi bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi A.Tağızadə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 % ödəmək şərtilə 3902 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 2233,72 manat əsas, 361,60 manat faiz, 37,89 manat cərimə, cəmi 2633,21 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təminedilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 % ödəmək şərtilə 3902 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 2233,72 manat əsas, 361,60 manat faiz, 37,89 manat cərimə, cəmi 2633,21 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 2233,72 manat əsas, 361,60 manat faiz, 37,89 manat cərimə, cəmi 2633,21 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - cavabdeh Həsənov Mehdi Əlövsət oğlunun üzərinə düşür. Lakin, mülki işdə cavabdeh Həsənov Mehdi Əlövsət oğlunun öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermişdir. Lakin, Cavabdehkredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, 2233,72 (iki min iki yüz otuz üç manat yetmiş iki qəpik) manat əsas, 361,60 (üç yüz altmış bir manat altmış qəpik) manat faiz, 37,89 (otuz yeddi manat səksən doqquz qəpik) manat cərimə, cəmi 2633,21 (iki min altı yüz otuz üç manat iyirmi bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutulması barədə tələbi əsaslıdır vətəminedilməlidir. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. HəminMəcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilənlərəəsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli,Cavabdeh 2233,72 (iki min iki yüz otuz üç manat yetmiş iki qəpik) manat əsas, 361,60 (üç yüz altmış bir manat altmış qəpik) manat faiz, 37,89 (otuz yeddi manat səksən doqquz qəpik) manat cərimə, cəmi 2633,21 (iki min altı yüz otuz üç manat iyirmi bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia tələbi tam həcmdə təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2233,72 (iki min iki yüz otuz üç manat yetmiş iki qəpik) manat əsas, 361,60 (üç yüz altmış bir manat altmış qəpik) manat faiz, 37,89 (otuz yeddi manat səksən doqquz qəpik) manat cərimə, cəmi 2633,21 (iki min altı yüz otuz üç manat iyirmi bir qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar