Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3843/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı (Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı (Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1kəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, digər Cavabdeh2 qeydiyyat ünvanı Laçın rayonu, Minkənd ərazi dairəsidir. Vergi ödəyicilərinin məlumatları haqqında elektron portaldan çıxarışdan görünür ki, digər cavabdeh ünvan 3 ünvanı AZ 1001, ünvan 4blikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə cavabdehlərin yuxarıda qeyd olunan qeydiyyat ünvanları üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə və yaxud Laçın Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 41 saylı Notariat Ofisinə qarşı (Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə cavabdehlərin qeydiyyat ünvanları üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə və yaxud Laçın Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3843/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3843/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver