Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3857/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 atasıdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X2 anaları hazırki İddiaçı ilə qalmaları, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 170 manat alimentin tutulması qət edilmişdir. Hazırda 2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır və hərbi xidmətdədir. Lakin 2007-ci il təvəllüdlü X1 hazırda 16 yaşı var, orta məktəbdə təhsil alır və məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə İddiaçı çəkir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Həmçinin iddiaçı azyaşlı uşağı ilə birlikdə kirayədə qalır və Respublikada uşaqlar üçün yaşayış minimumu da artmışdır. Həmçinin cavabdeh uşağın saxlanılması üçün aliment ödəməmişdir. Buna görə də iddaçı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu barədə Bakı 2 saylı Mediasiya Təşkilatına da müraciət etmiş, lakin 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin mediasiya prosesində iştirak edilməməsi barədə arayış alınmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün nəzərdə tutulmuş alimentin məbləği artırılaraq hər ay 220 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 cavabdehlə onun birgə nikahından doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanmış və onların saxlanması üçün hər ay 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. xx.xx.2007-ci il təvəllüdlü X3 isə 16 yaşındadır. Onun məsrəflərini isə bir ana kimi ödəməkdə çətinlik çəkir. Həmçinin cavabdeh bu günə kimi aliment ödəməmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, birgə nikahdan doğulmuş oğlu hazırda hərbi xidmətdədir və onun zəruri ehtiyaclarını o qarşılayır. Bundan başqa işləmir və himayəsində 1-ci qrup əlil şəxs var. Həmçinin ailəlidir və həyat yoldaşı hamilədir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmış və saxlanmaları üçün hər ay 170 manat məbləğində aliment tutulmuşdur. Hazırda xx.xx.2004-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır və hərbi xidmətdədir. xx.xx.2007-ci il təvəllüdlü X3 isə məktəblidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
b) Mülki işin materialları:
7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVADQ tərəfindən xx.xx.2007ci il tarixində verilmiş AZ-İ № 903469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
8. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-752/2020 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 09 mart 2005-ci il tarixində bağlanmış və Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 123 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olan 18 noyabr 2004-cü il təvəllüdlü X5 atası Cavabdeh, 25 yanvar 2007-ci il təvəllüdlü X3 isə anası İddiaçı yanında qalmaları, Cavabdeh övladı xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il tarixədək hər ay 160 manat sabit pul məbləğində aliment, xx.xx.2020-ci il tarixindən başlayaraq 170 manat aliment tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/2-02526 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
10. Mülki işin materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin 06041 nömrəli üzvlük vəsiqəsinə əsasən hazırki mülki iş üzrə Cavabdeh qardaşı X4 gözdən İ qrup əlildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
13. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
14. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
19. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
22. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. Beləliklə, məhkəmə xx.xx.2007-ci il təvəllüdlü X1 mənafeyini, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə almaqla belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
24. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin təqdim etdiyi arayışları onun maddi vəziyyətində baş vermiş dəyişikliyi təsdiq edən sübut saymır. Çünki həmin şəxslərin onun himayəsində olmaları ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh ikinci nikahdan övladının olacağını qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, hazırda alimentin tələb edildiyi şəxs bir nəfərdir və bir övlad artıq yetkinlik yaşına çatmışdır (yetkinlik yaşına çatmış şəxs atanın himayəsinə verilsədə). Yəni bir uşaq üçün alimentin 220 manata qaldırılması cavabdehin əmlak vəziyyətini çətinləşdirməyəcəkdir (iki uşağa nisbətdə bir uşağı saxlamağın daha əlverişli olması mövqeyindən ).
25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
26. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
27. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
28. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-752/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov