Məhkəmə qərarları › İş №2(006)-386/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-386/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-386/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 “xxxx” QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafıq olaraq onunla “xxxx” QSC arasında xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin miiqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 36 % olmaqla 4600 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə ZM1-1-6379-2017 saylı zaminlik, Cavabdeh3 ilə 6379 saylı birgə borcluluq müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2017-ci il tarixindən bu günə qədər borclular tərəfındən 4600 manat məbləğində borcun 2732,04 manat və müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 961,27 manat məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 7.2-ci bəndinə əsasən 3 manat məbləğində cərimə ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 1867,96 manat məbləğində əsas borcu və 2695,21 manat faiz borcu, cəmi 4563,17 manat məbləğində borcu qalmışdır və xx.xx.2020-ci il tarixinə cavabdehin 263 günlük gecikməsi mövcuddur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli KR-1-6379-2017 nömrəli müqavilənin 5.1.3-cü bəndinə əsasən “Ödəniş Cədvəli” üzrə müddətlər “Kredit alan" tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda iddiaçının vaxtından əvvəl tələb etmə hüququ yaranır. Göstərilənlərə əsasən, cavabdehlərlə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli KR- 1-6379-2017 nömrəli Kredit müqaviləsi, ZM1-1-6379-2017 saylı zaminlik müqaviləsi və 6379 saylı birgə bocluluq müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ödənilməmiş 1867,96 manat məbləğində əsas borcun və 2695,21 manat faiz borcunun, cəmi 4563,17 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə Cavabdeh1 iddiaçının nümayəndəsinin ərizəsi əsasında cavabdehlikdən çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavadehlər məhkəmədə iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə qeyd olunan mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 36 % olmaqla 4600 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2017-ci il tarixli ZM1-1-6379-2017 saylı Zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 bu müqaviləyə əsasən Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli 6379 saylı birgə borcluluq müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 birgə borclular olaraq kreditdən təyinatı üzrə istifadə etməyi və müvafiq kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi, müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli BŞ-0626/2020 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi üzrə borc 1867,96 manat əsas, 2695,21 manat faiz, cəmi 4563,17 manat təşkil edir. İşdə olan AZ-İ seriyalı 962920 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4335 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 iddiaçıya olan borcu müqavilə müddətinin sonuna, yəni xx.xx.2019-cu il tarixinədək əsas borc üzrə 1864,37 manat,, faiz borcu üzrə 1253,63 manat, rəyin tərtib olunduğu müddətə, yəni xx.xx.2020-ci il tarixinədək əsas borc üzrə 1864,37 manat, faiz borcu üzrə 1827,86 manat müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 120 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 36 % olmaqla 4600 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli ZM1-1-6379-2017 saylı Zaminlik müqaviləsi və Cavabdeh3 ilə isə xx.xx.2016-cı il tarixli 6379 saylı birgə borcluluq müqaviləsi bağlanmış və müqavilələrə əsasən cavabdehlər Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti öhdələrinə götürmüşlər. Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh1 xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi üzrə qalıq borcu 1867,96 manat əsas, 2695,21 manat faiz, cəmi 4563,17 manat təşkil edir. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilələr əsasında borc münasibətləri yaranmış, iddiaçı Cavabdeh1 borc pul verdiyini, eyni zamanda cavabdehlərlə aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc, bircgə borcluluq və zaminlik müqavilələrinə istinad edir, cavabdehlər isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsinə əsasən əsas borc üzrə 1867,96 manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4335 saylı rəyi ilə Cavabdeh1 iddiaçıya ödəməli olduğu əsas borc 1864,37 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə Cavabdeh1 xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 1864,37 manat məbləğində müəyyən olunduğundan məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçıya ödənilməli olan 1864,37 manat məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, faiz borcunun məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcu 2695,21 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4335 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli KR-1- 6379-2017 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Cavabdeh1 1253,63 manat faiz borcu hesablanmışdır. Ekspert rəyi ilə bağlı yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən olunmuş 1253,63 manat məbləğində faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi, ZM1-1-6379-2017 saylı zaminlik müqaviləsi və 6379 saylı birgə bocluluq müqaviləsinə əsasən ödənilməmiş 1864,37 manat məbləğində əsas borc, 1253,63 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 120 manat cavabdehlərdən müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli KR-1-6379-2017 nömrəli Kredit müqaviləsi, ZM1-1-6379-2017 saylı zaminlik müqaviləsi və 6379 saylı birgə bocluluq müqaviləsinə əsasən ödənilməmiş 1864,37 (bir min səkkiz yüz altmş dörd mant, otuz yeddi qəpik) manat məbləğində əsas borc, 1253,63 (bir min iki yüz əlli üç manat, altmış üç qəpik) manat faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 3148 (üç min yüz qırx səkkiz ) manat Cavabdeh3 və Cavabdeh2 alınaraq “xxxx” QSC-yə verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 120 manat Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar